Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əmzik verək, verməyək? Verdiksə necə tərgidək? Hansı əmzik yaxşıdır?
Əmzik verək, verməyək? Verdiksə necə tərgidək? Hansı əmzik yaxşıdır?
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 536
Səs ver:
Əmzik uşağı sakitləşdirir, çünki onun çox təbii və güclü olan əmmək arzusunu təmin edir (hərçənd bunun ən yaxşı təminatçısı ananın döşüdür). Siz balanızı vaxtlı-vaxtında yedirdə bilmirsinizsə, uşağa hər istədiyi anda döş vermək imkanınız yoxdursa, süni qidalandırırsınızsa, işləyirsinizsə, uşaq əmməyə başqa vasitələr axtarmalı olur, əl-ayağını yeyirsə, heç yatırda bilmirsinizsə, əmzik vermək verməməkdən yaxşıdır.
Uşaq barmaqlarını, paltarını "yeyirsə” narahat olmayın, 9-cu aydan ətraf aləmlə, oyuncaqlarla tanış olmağa başlayan uşaqların əmmək arzusu azalır.
Dayə və ya nənə yanında qalan uşaqlar əmziklə sakitləşir. Amma uşağın başını əmziksiz də qatmaq mümkündür.
 
Əmziyin ziyanı…
Əmziyi sormağa öyrəşmiş uşaq döş istəməyə, iştəhasız ola bilər. Körpələr əmziyi və döşü fərqli tuturlar–fərqli əzələlərdən istifadə edirlər və bu fərq uşağın ana südü ilə normal qidalanmasına mane ola bilər.
Əmzikdən uşaq çətinliklə imtina edir, psixoloji asılılıq əmələ gəlir. Əmzik uşağın fikrini cəmləyir, ətraf aləmdən təcrid edir, ətrafla tanışlığa mane olur.
Əmzik dadbilməyə, həm də nitqin inkişafına maneədir. Defektoloqlar deyir ki, əmzik uşağın ağız boşluğunun quruluşuna, dişlərinin sıralanmasına təsir edir, bəzən gec danışmasına səbəb olur.
Əmzikdən uzun müddət istifadə qulaqda iltihab yarada bilər.
Əmziklə təmizliyə riayət etmək çətindir, uşaq böyüdükcə əmziyi daha çox çirkləndirir və onu hər dəfə təmizləmək olmur.
Əmzik verirsinizsə unutmayın ki,
1. Ana südü ilə qidalanan, əmzik götürməyən uşağı əmziyə vadar etmək olmaz.
2. Əmziyi yata bilməyən uşağa vermək olar (damaqlı əmzik!), yuxuya gedəndən sonra əmziyi çıxarın ki, asılılıq yaranmasın.
3. Əmziyi şirin şeyə batırmayın, bu, uşaqda şirinə alışqanlıq yaradar, dadbilməsinə, uşağın qidalanmasına pis təsir edər.
4. Çirklənən əmziyi yuyun, ağzınıza salmaqla təmizləməyin. Siz onu ağzınızdakı bakteriyalarla çirkləndirərsiniz.
 
Əmziyi necə tərgidək?
Əmzik 2 yaşdan sonra, uzağı 4 yaşa qədər tərgidilməlidir. Əks halda yuxarıda qeyd edilən fəsadlara səbəb ola bilər.
Bunun üçün neqativ addımlar yolverilməzdir! Əmziyi uşağın gözü qarşısında parçalamaq, atmaq, acılamaq, çirkli şeyə batırmaq, uşağı əmziyə görə danlamaq, lağa qoymaq, alçaltmaq, uşağa gülmək olmaz!
2 yaşında uşaq sizin dediklərinizi anlamağa qadirdir. Ona, artıq böyüdüyünü, böyük uşaqların əmzikdən istifadə etmədiyini, əmziyin tez-tez çirkləndiyini izah edin (lazımdırsa, dəfələrlə). Fikrini başqa, daha maraqlı şeylərə, sevdiyi yeməyə yönəldin. Ağzında əmzik görməyəndə sevindiyinizi bildirin, onu tərifləyin: "Aaa, lap böyük qızsan ki/yekə kişisən ki!” "Afərin!” Mükafat olaraq onu həyətə, ya da sevdiyi bir yerə apara bilərsiniz.
Ehtiyac olsa çeynəmək üçün oyuncaqlar alın.
 
Hansı əmzik yaxşıdır?
Əmziklər materialına, formasına və yaş qrupuna görə fərqlənir. Körpə uşaqlara damaqsız əmzik verilir, çünki bu əmziklərin forması ananın döşünə bənzəyir və uşaqlara xoş gəlir. Ancaq damaqsız əmziyi uzun müddət istifadə etmək olmaz, 1 yaşdan sonra onlar damağa təzyiq edir, dişlərin sıralanmasına mane olur.
Damaqlı əmziklər damağın formasını dəyişmir, bunlardan 2 yaşlı uşaqlar da istifadə edə bilər.
Silikon əmziklər kauçuk əmziklərdən fərqli olaraq gec xarab olur. Onları qaynar su ilə təmizləmək mümkündür. Dadı, qoxusu olmadığından silikon əmziklərə üstünlük verilir. Amma diş zərbələrinə davam gətirmədiyindən dişi çıxan uşaq silikon yox, kauçuk əmzik istifadə edə bilər. Kauçuk əmziklər təbii materialdandır, yumşaqdır, ancaq tez xarab olur, suyu, qoxunu özünə çəkir, rəngi dəyişir. Kauçuk əmzikləri təmizləmək çətindir, qaynar su ilə yumaq olmaz, yapışqan kimi olar. Bu halda əmziyi dəyişmək lazımdır.


Şərhlər: 9
Baxılıb: 536
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
usaq oz vaxti catanda onsuzda soskani atir
5 aprel 2016 01:10
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ekizlerin mamasi
Tərgitməyə çalışıram. Bir Tək yatanda verirəm çünki onsuz yatmağla ri 2 saat çəkir.
5 aprel 2016 00:06
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Roza
Mənim qizim 4-ayliqindan tərgitdi.
En pisidə orasindadi ki, əl sovurur, nə qədər çalişsamda tərgidəm alinmir.
4 aprel 2016 21:41
# 7
....
ayka95
men ogluma emziye gucle oyresdirdim tergitmekde bir az cetinlik ceksemde tergitdirdim
4 aprel 2016 21:40
# 6
narmiwka_15
wexsen men balacaliqda yememiwem hec
4 aprel 2016 20:14
# 5
Be Happy))
Sara035
Boyuk qizim emzik emib ama yaw yarimda bir gunde tergidi qiryatli qizim,balacamsa hec goturmedi,damaqsiz istifade etmiwem
4 aprel 2016 20:05
# 4
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
ulduz
Emzik even usaqin emmeyen uşaqa göre urey ritminim daha yaxsi oldugunu bilirem. Birde Ani olum sindromunu azaltddigini. Oglumun bu deqiqe uc emziyi var cetinki tərgidə
4 aprel 2016 19:41
# 3
sizin 1205
2uşagin hec birine emzik vermemişem.memeşi emzik kimi ist.de edibler.gece gunduz emibler
4 aprel 2016 19:34
# 2
L
Aybə
Mənim oğlumun birinin 5yaşı birinin 3yaşı var və hələdə gecələr yatanda yuxaları gələndə əmzik əmirlər və hələdə tərgidə bilmirəm.Söz verillər ana əmməyəcəm ama gecə gələndə yatmırlar əmziksiz. 01
4 aprel 2016 19:16
# 1
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz