Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yarımçıq doğulmuş uşağın yuxu rejimi Xəstəliklər Gəzinti Vanna Massaj
Yarımçıq doğulmuş uşağın yuxu rejimi Xəstəliklər Gəzinti Vanna Massaj
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 294
Səs ver:
Yarımçıq doğulmuş uşaqlar adətən sakit olur, az hərəkət edir və günün çox hissəsini yatır. Vaxtından çox əvvəl doğulanlar hətta tibbi baxış zamanı gözlərini açmağa tənbəllik edirlər. Bu normaldır, axı vaxtından əvvəl doğulmasaydı, o bətndə yatacaqdı. Aylar keçdikcə onun da yuxu cədvəli başqa çağalarınkı kimi olacaq. Amma yatarkən diqqətli olun: yarımçıq doğulmuş uşaq zəif səslə ağlayır, eşitməzsiniz. Yaxud uşaq yatdığı yerdə bir neçə saniyə, bəzən 20 saniyədən çox nəfəs almaya bilər. Bu, apnoenin (nəfəs hərəkətlərinin dayanması) əlamətidir. Həkimə müraciət edin, beyində tənəffüs sisteminin işinə yardım edən dərmanlar məsləhət görəcəklər. Müalicə olunduqda apnoe bir ilə keçib gedir.
 
Xəstəliklər
Sinir sistemi tam formalaşmadığından, yaxud doğuş zamanı zədə ehtimalı olduğundan yarımçıq uşaqların nevroloji müayinədən keçməsi (həm də tez-tez) zəruridir. Yarımçıq uşaqlarda görmə problemi ola bilər, ara-sıra göz həkiminə müraciət etmək lazımdır.
Soyuqdəymə ehtimalı böyükdür. Bədənin temperaturunu hələ qoruya bilmədiyini unutmayın və körpənin yatdığı otağa termometr qoyub nəzarətdə saxlayın: hərarət 25-27 dərəcə olmalıdır. Nəmişlik isti qədər vacibdir.
İmmun sistemi zəif olduğundan yarımçıq uşaqlar infeksiyalara həssas olur. Onların paltarları, dəsmalları qaynadılmalı, ütülənməli, ana gigiyenasına xüsusi diqqət etməlidir. Uşağın əşyaları ayrı yığılmalı, sabunu, dəsmalı, vannası ayrı olmalıdır.

Vanna
Suya girməyə hazır olan kimi yarımçıq doğulan uşağı çimdirmək lazımdır. Su onlar üçün çox doğmadır (suyun temperaturu 36-37° omalıdır). Çəkisi 1 kq-dan az olan uşaq 4 həftəsi tamam olandan sonra çimdirilir. Hələ ki, onun bədənini yaş pambıqla silə bilərsiniz, pambığı çobanyastığı dəmləməsində islatmaq olar.
Vanna otağı isti və nəm olmalı, uşaq soyunan kimi suya salınmalıdır. Geyindirəcəyiniz şeyləri əvvəldən hazır qoyun. Çimdiyi gün uşağa daha diqqətli olmalı, otağın temperaturunu artırmalısınız.
 
Hava vannası
Hava vannası (paltarını dəyişdirəndə uşaqlar onsuz da belə vanna qəbul etmiş olurlar) birinci ay 3-4 dəqiqədən artıq çəkməməlidir. Sonralar hava vannasının müddətini 10-12 dəqiqəyə qədər uzatmaq olar.
Soyundurmuşkən uşağı qarnı üstə uzadın, əzələləri möhkəmlənər. Bunun üçün körpənin çəkisi 2000 q-a çatmalı, ayı tamam olmalıdır. Onu üzü üstə əvvəl cəmi bir neçə dəqiqə saxlayın. Sonralar müddəti uzadın; gündə 3-4 dəfə 10 dəqiqəliyə.

Massaj
Yarımçıq doğulmuş uşaqların sümükləri, qulaq seyvanı çox yumşaq və zərif olur. Onları ələ alanda da ehtiyatlı olmaq vacibdir.
Uşağın çəkisi 2000 q-a çatandan, bir ayı tamam olandan sonra qarnını yüngül massaj etmək olar. Ümumi massaja uşağın çəkisi 3 kq-a çatanda başlamaq mümkündür. Unutmayın ki, bu işi siz yox, peşəkar massajist görməlidir. İlk günlərdə 3-5 dəqiqəlik seans kifayətdir. 3-4 ayından sonra massaja gimnastika elementləri əlavə etmək olar. Zəif və yarımçıq doğulmuş uşaqlar üçün xüsusi gimnastika hərəkətləri kompleksi var. Fizioterapevtə müraciət etsəniz, sizə bu işdə yardımçı olar.
 
Gəzinti
Yarımçıq doğulmuş uşaq 2-3 həftəliyində (çəkisi 2000 q-ı keçibsə!) təmiz havada gəzintiyə çıxarıla bilər. Havanın hərarəti 10-12°С-dən artıqdırsa, uşağı əvvəl 10 dəqiqəliyinə, gündə bir dəfə çıxarın. Getdikcə artıraraq gündə 2-3 dəfə, hər dəfə 30-40 dəqiqə gəzdirmək olar.
Temperatura həssas olduğunu nəzərə alaraq, uşağı havaya uyğun, amma özünüzlə müqayisədə qalın geyindirin.
Yarımçıq doğulmuş uşaqlara peyvənd və vitaminlər fərqli vaxtlarda verilir. Həkimlə əlaqə saxlayın, peyvənd və vitaminləri vaxtında verməyi unutmayın. Körpənin inkişafdan qaldığını güman edirsizsə, psixoloqla məsləhətləşin. Görüş zamanı istər həkim, istər psixoloqa sual verməkdən çəkinməyin!


Şərhlər: 3
Baxılıb: 294
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah tam saqlam ovlad nesib etsin insallah
31 mart 2016 02:05
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sizin 1205
Alkah hamiya saglam ovlad versin.amin
30 mart 2016 21:19
# 2
L
Fi-Ra
Mənnim qızım yarımçıq doğulub, ama çəkisi 2 kilodan çox olub. Bu sayılanların hamsını vaxtı vaxtında etmişəm. Şükür heç bir xəstəliklə rastlamamışam. Bunlar haqqında məlumatım var idi. Təşəkkürlər
30 mart 2016 19:34
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz