Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yarımçıq doğulmuş uşağın qida rejimi
Yarımçıq doğulmuş uşağın qida rejimi
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 451
Səs ver:
Bütün uşaqlar doğulandan sonrakı bir neçə gün ərzində arıqlayırlar. Yarımçıq doğulmuş uşaqlarda arıqlama prosesi sürətli olur. Amma sağlamdırsa, yaxşı qulluq olunursa, bu uşaqlarda artım da sürətlə gedər. Yarımçıq doğulmuş uşağın çəkisi 3 həftəliyində bərpa olunur, 3 aylığında iki dəfə, 4-5 aylığında üç dəfə, yaşına qədər 6-7 dəfə artır. Beləliklə yaşıdlarına yaxınlaşır! Yarımçıq doğulmuş uşağın qidalandırılması onun çəkisindən, vəziyyətindən asılıdır. Məsələn, uşaq əmə bilmirsə, südü onun mədəsinə xüsusi boru—zond vasitəsilə çatdırırlar. Uşağın çəkisi 2000 q-ı keçərsə, vəziyyəti yaxşılaşarsa, ona döş vermək mümkündür. Belə uşağa əvvəlcə gündə bir dəfə, sonra 2-3 dəfə, sonrakı günlərdə normal qaydada ana südü—döş verilir. Döşü tuta bilməsə (ümidinizi itirməyin, uşaqların çoxu əvvəl döşü tuta bilmir), butılkadan istifadə edirlər.
Uşağın həzm sisteminin hazır olmamasını, mədəsinin ölçüsünün kiçikliyini nəzərə alaraq onu damcı-damcı yedirtmək lazımdır. İlk günlər bir dəfədə 3-5 ml, sonra 10-15 ml, günlər keçdikcə 15-20 ml, 25-30 ml süd verilir. Artıq verilərsə uşaq qusa, süd tənəffüs yollarına düşə bilər. Sonrakı günlərdə verilən südün miqdarı uşağın çəkisinə əsasən müəyyən olunur.
Zəif yeyən uşağa hər 1,5-2 saatdan bir döş vermək gərəkdir (gecələr də eyni qaydada). Problem yoxdursa, uşaq qusmursa, nə qədər istəyir, döş vermək olar. Ana südü ilə qidalanmırsa, yarımçıq doğulmuş uşağa hər 3 saatdan bir yemək verilməlidir (gecələr 6 saat fasilə verməklə).
 
Ana südü, ya süni qida?
Yarımçıq doğulan uşaq üçün ana südü hər şeydən vacibdir. Məhz anasının südünün tərkibindəki zəruri maddələr körpənin həyata qayıtması deməkdir. Döşvermə həm də sizi depressiyadan qurtarar, aranızda ünsiyyət yaradar. Araşdırmalar göstərib ki, ünsiyyət yarımçıq doğulmuş uşaqların həm psixoloji, həm də fiziki inkişafı üçün vacibdir.
Ananın südü yoxdursa, başqa anaya müraciət etmək olar.
Süd yoxdursa, ümidinizi itirməyin. İndi hətta yarımçıq doğulmuş uşaqlar üçün qidalar istehsal olunur. Həkimlə məsləhətləşib, etibar etdiyiniz şirkətin hazırladığı məhsullardan istifadə edə bilərsiniz.
Ana südündən süni qidaya keçəndə ehtiyatlı olun. Süni qida əvvəlcə gündəlik qidanın 1/8-ni, ikinci gün 1/4-ni, üçüncü gün 1/2-ni təşkil etməlidir. Yarımçıq doğulmuş uşaq ana südündən süni qidaya tam olaraq 5-6 gün ərzində keçirilə bilər.
Əlavə qida yarımçıq doğulmuş uşaqlara daha tez verilir. Məsələn, meyvə püresini, şirəsini normalda uşağa 6 aylığında vermək tövsiyyə olunursa, yarımçıq doğulmuş uşağa 1,5 aylığında yedirtməyi məsləhət görürlər.


Şərhlər: 4
Baxılıb: 451
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ay.dan
men teze bawlamiwam peyve purelerine ozun duzeldirem mawallah iwtahla yeyir
11 aprel 2016 15:08
# 4
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
vipbetul
bu cur dqulmus usaqi yadaki yaxinlari olanlar oxusun
29 mart 2016 01:18
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ekizlerin mamasi
Ekizlerim yarımçıq doğulub. Ana südü beş etmiyib süni qidadan vermişəm. Ancaq 5 aylığında az az başqa qidalardan da vermişəm etabla.şükür hər şey qaydasindadi
28 mart 2016 21:35
# 2
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Fi-Ra
Qızım yarımçıq doğulub. Yuxarıda yazılanlara əməl eləmişəm. Amma meyvə puresi vermirəm hələ.
28 mart 2016 20:04
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz