Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda yuxusuzluğun 5 əsas səbəbi
Uşaqlarda yuxusuzluğun 5 əsas səbəbi
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 546
Səs ver:
Uşağın sağlam böyüməsi üçün vaxtında və doyunca yatması zəruridir. Araşdırmalar göstərir ki, vaxtında yatmaq (böyük uşaqlar üçün axşam saat 9-10 arası) uşaqların böyüməsinə, yaddaşın inkişafına müsbət təsir edir. Körpələrin vaxtsız oyanması, hətta gecə ilə gündüzü qarışdırması normaldır. Amma elə uşaq var ki, böyüyüb, sağlam olsa da, gecə yeməyə ehtiyacı qalmasa da, az qala hər saatbaşı oyanır. Problemi həll etmək üçün kökünü bilməliyik. "Bebek” jurnalı uşaqlarda yuxusuzluğun 5 əsas səbəbini göstərir.

1. Yuxu ilə bağlı hərəkətlər
Uşaqların yuxuya getməsi üçün çox şeyə ehtiyacları ola bilər. Onlar bəzi şeylərə vərdiş edirlər. Uşaq arabasında və ya qucaqda gəzib yatmaq, ana südü ilə qidalanmaq, əmziklə, ayaqda, yaxud çarpayıda yellənmək və s uşaqların yuxu ilə bağladığı (əslində biz valideynlərin bağladığı) hərəkətlərdir.
Bu hərəkətlərin bəzisini uşaq özü edə bilir, məsələn, gecə oyananda əmziyini özü tapıb, ağzına qoyur, bir qədər iri uşaq öz çarpayısını özü yelləyir və yenidən yuxulayır, beləliklə problem olmur. Ancaq qucaqda gəzdirilən, ayaqda yatırdılan uşaq gecə oyananda həmin hərəkəti özü təkrarlaya bilmir və nəticədə yata bilmir. Ona görə də bu vərdişləri tərgitsək yaxşıdır
 
2. Həddən artıq yorğunluq
Uşaqların oyaq qala bildikləri müddət yaşdan asılı olaraq fərqlidir. 1 aylıq uşaq cəmi 1 saat, 7 aylıq uşaq 3 saat oyaq qala bilər. Həddən artıq yuxusuz qalanda uşaqların bədənində yorğunluqla mübarizə aparan kortizol hormonu ifraz olunur. Stresə qarşı yaranan bu hormon yuxulamağa mane olur. Uşaq yuxuya getsə də, bu hormonun təsiri ilə tez-tez oyana bilər. Belə hallarda uşağın yuxulaması üçün anlayış və yardım göstərmək xüsusilə vacibdir.

3. Fiziki inkişaf
Çevrilmək, iməkləmək, ayağa qalxmaq, yerimək, danışmaq kimi yeniliklər uşağın yuxusuna mənfi təsir edə bilər. Axı bu hərəkətlərin hər biri uşaqdan daha artıq enerji tələb edir, uşaq hər dəfə hansısa əzələsini istifadə etməyə başlayır və bəzən uşaqlar bu hərəkətləri gecə də təkrarlamağa cəhd edirlər. Yaxud uşaq oyanıb fərqli şəkildə uzandığını görür, amma necə çevriləcəyini unudur və çevrilə bilmədiyi üçün yata bilmir.

Bu halda uşağı rahat uzatmaqla yuxulamasına yardım etmək olar.

4. Aclıq
Qidalanma yuxuya birbaşa təsir edir. Ac uşaq yata bilməz, yemək istədiyi üçün ağlayar.
Amma uşaqların çəkisini, yaşını nəzərə almaq vacibdir. Məsələn, 9 aylıq körpə gecə 2-3 dəfə oyanıb, yemək istəyirsə, deməli, oyanmağa vərdiş edib (9 aylıq uşağın gecə 2-3 dəfə yeməyə ehtiyacı yoxdur).
Uşağın aclıqdan ağladığını, doymadığını düşünürsünüzsə, həkimə müraciət edin. Bəlkə südünüz azdır, ya da sizin uşağın yaşıdlarından çox qidalanmağa ehtiyacı var…

5. Dişlər
Uşaqların bütün dişlərinin çıxması təqribən 2 il çəkir. Diş bəzən ağrısız, uşağı heç narahat etmədən çıxır. Amma elə uşaqlar var ki, ağrıdan yata bilmir, bəzilərində bədənin hərarəti artır, həzm sisteminin fəaliyyəti pozulur və s.
Ağrı olanda özü yata bilən uşaq da ağlamağa başlayır, çünki valideynin yardımına ehtiyacı olur. Belə vaxtlarda uşağa yardım üçün bəzi üsullara əl atmaq, məsələn uşağı yelləmək, gəzdirmək, öz yatağınızda yatırtmaq olar. Ancaq ağrı keçəndən sonra bu hərəkətləri təkrarlamayın ki, vərdiş halını almasın.


Şərhlər: 8
Baxılıb: 546
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Anelercin maraqli melumatdir
27 mart 2016 00:30
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
Oğlum dis cixarir üstəlikdə qrip olub cox narahatdir. Ayaq üstunde yatir gece iki uc defe durur narahat ve nadinc usaqdi. Qizimda hele kicikdi qucqda süd icir yatir. Neneler demis alti gunlukdu qucaq qusu olub. Yazilanlar cox düzdü.
27 mart 2016 00:05
# 7
pozitiv
uwaq boyudukce az yatmaga bawlayir.menim bacım artiq 7 ayına kecib.hiss edirik ki artık evvelki kimi yatmir.eğer cox yorgunusa normal yatır amma belede 1 saat uzaqbawi 2 saat yatir
26 mart 2016 23:48
# 6
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
14MsM
Qizim biraz diwine gore narahat olur axwamlar oglum rahat yatir nagil daniwmasam yatmaz nagila oyretmiwem hergece ureyime nagil daniwiram miwil miwil yatir
26 mart 2016 22:06
# 5
BARBI
Usaqlarda yuxusuzlugun bir sira problemi var. esas sebebi ya xestelik ya daki dis cixaran zamanlarda olur.
26 mart 2016 20:08
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Bizim Ümid♥ artıq 1 yaş 9 aylıqdır yuxusu normal deyil.Gecəni yatmır.Günüz vaxtı 2-3 dəfə yatır.Ancaq gecəni yatmır.Dişi çıxıb.Hələ tam çıxmasada amma narahatlığa arqument bu deyil.Çox dəcəldir bəlkədə yorğunluq ola bilər.
26 mart 2016 19:59
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Ekizlerin mamasi
Hər bir donemde-yerimə,düş çıxarma və s.narahatlıq olurdu gecələr. İndi xəstələnməselər gecələr şükür normal yatır ikiside
26 mart 2016 19:29
# 2
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Barbaris
oglum yaxwi yatir wukur
26 mart 2016 19:11
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz