Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağı ilk dəfə çimdirəndə
Uşağı ilk dəfə çimdirəndə
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 468
Səs ver:
İlk dəfə baş verən bütün şeylər kimi çimmək də xüsusi mərasimdir. Odur ki, kameranı hazır qoyun. Amma hazırlanmalı olan tək kamera deyil, balanızı ilk dəfə çimdirdiyiniz üçün həyəcanlana bilərsiniz, hər şey əl altında olmalıdır.
 
Əvvəl vanna otağını hazırlayaq.
Vanna otağının temperaturu 22-24 dərəcə, suyun temperaturu 36 dərəcə olmalıdır (termometr olmasa, suyu biləyinizin üstündən axıdıb, yoxlaya bilərsiz).
Vannanı çox doldurmayın, suyun dərinliyi bir qarış olsa, kifayətdir.
Uşağı geyindirəcəyiniz yeri müəyyən edin. Onu bir dəsmalla silib, ikincisi ilə büküb başqa otaqda geyindirmək olar. Hamamda geyindirəcəksinizsə, kiçik stolun üstünə qalın, yumşaq örtük, üstündən təmiz, ütülənmiş dəsmal salın.
Dağ olmuş günəbaxan yağı (apteklərdə satılır), ya uşaq kremi, şampun, şampunu yaymaq üçün sürtgəc, uşaq sabunu (amma sabundan hər gün istifadə etməyə ehtiyac yoxdur, uşağı həftədə bir dəfə, 6 aydan sonra həftədə 2-3 dəfə sabunla yumaq olar), ütülənmiş təmiz paltarlar, uşaq bezi, yumşaq dəsmal, daraq hazır olmalıdır.
Uşaq vannasının (uşağı başqa şeylər üçün istifadə olunan vannada çimdirmək olmaz) içinə körpəni yarıoturaq vəziyyətdə saxlayan xüsusi vasitə qoymaq olar. Bu, uşağı çox rahat çimdirməyə imkan verir. İstənilən halda uşağı tək çimdirmək təhlükəlidir. Mərasimdə anayla yanaşı atanın, ya da, məsələn, nənənin iştirakı ailəni bir az da xoşbəxt edər.
Əvvəl uşağın bədənini, axırda başını yumaq lazımdır, axı baş tez soyuyur. Çiməndə körpənin başını dik tutmağa çalışın. Suyu axıdanda biriniz uşağı ya üzü, ya da arxası üstə tutun, suyu başından elə tökün ki, gözünə, qulağına, ağzına düşməsin.
Çimmək mərasimi üçün 10 dəqiqə bəsdir.
 
Çiməndən sonra
Uşağı ehtiyatla qurulayın. Dəsmal nə qədər yumşaq olsa da, onu körpənin bədəninə sürtməyin, toxundurun.
Qurulayandan sonra balacanın dərisini yağlamaq lazımdır. Yağı, ya kremi ehtiyatla balanızın dərisinə, bütün büküşlərə çəkin.
Uşağı yağlamaq, ilk günlərdə vacibdir. Uşağın dərisi normaldırsa, həkim məsləhət görməyibsə, sonrakı günlərdə onu yağlamasanız da olar. Bunun üçün uşaq kremindən də istifadə etmək mümkündür, ancaq bəzən kremlər allergiyaya səbəb olur.
Körpənin dırnaqlarını kəsmək üçün xırda, spirtlə silinmiş qayçıdan istifadə edin.
Uşağı vannada tək qoymayın! Telefon çağırırsa, cavab verməsəniz yaxşıdır. Çox vacibdirsə, məsələn, sobanı söndürməlisinizsə, uşağı büküb özünüzlə götürün!
Vananın suyunu, uşağı çarpayısına qoyandan sonra boşaldın. Tıxacı çıxarandan sonra su sürətlə çəkilməyə başlayır, guruldayır. Bu, körpəni qorxudar.
Uşağı çimdirəndən əvvəlki və sonrakı yarım saat ərzində yedirtmək olmaz. Bu onu narahat edər, ürəkbulanmasına səbəb olar.


Şərhlər: 8
Baxılıb: 468
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
İlk biraz qorxu olur, sonra öyrəşirsən.
17 mart 2016 12:03
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
usaqi ilk defe cimizdirende evde bi panika yasanir
17 mart 2016 01:02
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
İnsallah usagim olar mende emel ederem
17 mart 2016 00:27
# 6
Fi-Ra
Sitat: BARBI
Korpeni cimizdirende ehtiyatli olmaq lazimdir. Usaq baliq kimi surusken olur. Ehtiyat etmek lazimdir

Düz deyirsiz mən ilk dəfə qızımı cimdirəndə az qaldı sürüşüb düşsün əlimdən. Sonralar yumşaq əski ilə tutub çımdirirdim elə də rahat olur
16 mart 2016 23:19
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
BIR_TANEM
Sitat: BARBI
BARBI
Korpeni cimizdirende ehtiyatli olmaq lazimdir. Usaq baliq kimi surusken olur. Ehtiyat etmek lazimdir

eyni sendediylerinle raziyam
16 mart 2016 21:16
# 4
DOSLARIMNAN GORWE COX AZ QALDI SEVINIREM
Black_Star
^^Xalam uşaqlarini men cimizdirirdim 122 Mahni oxuya oxuya cimdirirdim xoşlamirdilar sora day vannadan cixmirdilar vanna vanna
16 mart 2016 21:13
# 3
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
BARBI
Korpeni cimizdirende ehtiyatli olmaq lazimdir. Usaq baliq kimi surusken olur. Ehtiyat etmek lazimdir
16 mart 2016 20:47
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
narmiwka_15
ay Allah rebbim butun korpeleri qorusun amin
16 mart 2016 20:45
# 1
Be Happy))
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz