Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İstidə uşaqları hansı xəstəliklərdən qoruyaq?
İstidə uşaqları hansı xəstəliklərdən qoruyaq?
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 288
Səs ver:
Kəskin respirator virus infeksiyaları—qriplər, bronxit, müxtəlif mənşəli anginalar, xüsusilə mədə bağırsaq xəstəlikləri yayda ən çox yayılan xəstəliklərdir. Süd məhsulları ilə ehtiyatlı olmaq vacibdir.

Suallarımıza 35 illik təcrübəsi olan pediatr-infeksionist Nərgiz Alışova cavab verir.
–Yayda uşaq qidasına aid olan südlü məhsullarda– sıyıq və ya dondurmalarda, kremli şirniyyatlarda bakterial floranın sayı çox sürətlə-bir saatın içində artır, toksiki maddələr əmələ gəlir. Ən qorxulusu da salmonellyoz (qida toksinləri) infeksiyasıdır, stafilakokdur.
Süd məhsullarını qış aylarında soyuducudan kənarda 3-4 saat saxlamaq olurdusa, yayda 1 saatdan artıq saxlamaq mümkün deyil. Onların tərkibindəki bakteriyalar sürətlə inkişaf edərək, toksiki xarakter alır.
Xarab qidanı qəbul elədikdən 1-2 saat sonra mədəyə böyük miqdarda mikrob daxil olduğu görünür: qızdırma, titrətmə, qusmalar olur. Vaxtında düzgün yardım göstərilmədikdə isə bu mədə-bağırsaq pozuntusu, uşaqlarda sinir sisteminin sıradan çıxması və hətta qıcolma ilə nəticələnə bilər.

Analara məsləhət
Ana olan xanımlara birinci məsləhətim o olardı ki, yemək hazırlayarkən keyfiyyətinə və onun temperaturuna diqqət etsinlər.
Sanitar gigiyenik qaydalara fikir vermək lazımdır. Yemək hazırlamamışdan öncə əllər yuyulmalıdır, əks halda dizenteriya xəstəliyinə yoluxma təhlükəsi var. Əldən çıxan mikrob keçir yoğun bağırsağa, toplanaraq ishal əmələ gətirir və selikli qişanın fəaliyyətini pozur.
Mədə-bağırsaq pozuntusu uşaqlarda, ən çox 3 yaşlı uşaqlarda olur.
Qida rasionuna fikir vermədən bir neçə çeşiddə olan yeməkləri ard-arda yeyəndə də həm uşaq, həm də böyüyün səhhətində prolemlər yaranır.
Havanın hərarəti nəzərə alınmalıdır.
Uşaqlar temperatura çox həssasdırlar. Tez istiyə düşür, soyuqda tez donurlar.
Yayda həddən artıq isti olur, ana istiyə arxayın olur, soyuq qida, külək, qəfil hava axını nazik geyinmiş, ya da qalın geyinib tərləmiş uşağı tutur.
İstidə uşaqlar bağçadan, məktəbdən gələndə və sadəcə küçədə oynadıqdan sonra evə qacaraq dərhal soyuq su içməyə tələsir. Valideyn müdaxiləsi olmazsa, hava-damcı yolu ilə daxil olan viruslar yeniyetmənin orqanizmində xəstəliyin ilkin bünövrəsini qoyur.
Yayda uşaqları su vannasına öyrətmək yaxşıdır. Bu immuniteti artırır, dəri təmizlənir, qan dövranı yaxşılaşır. İmkan varsa, uşaq hər gün çimsin.
Uşaqları açıq havada, əlbəttə, kölgədə gəzdirmək lazımdır.
Südün turş məhsulları-qatıq, kəsmik, duzsuz, yağsız pendir, meyvə-tərəvəz xeyirlidir.


Şərhlər: 4
Baxılıb: 288
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
valideyinlercin yaxsi meslehetdir
15 mart 2016 01:55
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
İmmuniteti zəif olan uşaqları daha tez tutur xəstəlik. Çalışmalıyıq dəyişkən havaya qarşı uşaqları qoruyaq
14 mart 2016 21:46
# 3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
ulduz
Yayda oğlumu hər gün cimizdirirdim. Qidasına, temiz hava almadlna fikir verirdim. Meyvələr verirdim ən Cox masallah totusuydu. Yayda zəhərlənmə cox olur gərək fikir veresen
14 mart 2016 20:01
# 2
Cindrella
Xususile meyve-tereveze ve qatig yemeye ustunluk vermek lazimdir.
14 mart 2016 19:12
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz