Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çağaya su versək
Çağaya su versək
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 581
Səs ver:
Su orqanizmin ən vacib tərkib hissəsidir. Bütün maddələr mübadiləsi suyun iştirakıyla baş tutur. Insan böyüdükcə bədəndə suyun miqdarı dəyişir. Adam nə qədər balacadırsa, suyun nisbəti bir o qədər çox olur. Yeni doğulan uşaqda su orqanizmin 80%-ni, bir yaşlı körpədə 66%, böyük adamda 60%-ni təşkil edir. Elə buna görə də analara "çağaya su vermək olmaz” deyəndə təəccüblənirlər:

Necə yəni uşağa su verməyək? Adam susuz necə yaşaya bilər?
Haqlısınız, adam susuz yaşaya bilməz! Amma istədiyinizdən artıq su içə bilərsinizmi?

Məsələ burasındadır ki, siz versəniz də, verməsəniz də, çağa su içir. Çünki ana südünün (eləcə də ana südünə yaxın olan uşaq qidalarının) 90%-i sudur.
Dünya Səhiyyə Təşkilatı, Amerika Pediatrlar Akademiyası və bir çox başqa etibarlı təşkilatlar 6 ayı tamam olana qədər uşağa su verilməsinin qəti əlehinədirlər. Amerika Pediatrlar Akademiyası bəyan edir: "Bərk məhsulla qidalanmaq dövrünə qədər uşaqlar onlara lazım olan suyu ana südündən, ya da ana südünə yaxın olan uşaq qida məhsulundan alırlar”. "Həkim göstərişi olmadan südəmər çağaya əlavə şeylər (su, şirin su, hansısa uşaq qidası və başqa maye) verilməməlidir… Hətta isti iqlim şəraitində 6 ayı tamam olmayan körpəyə su və şirə vacib deyil və su allergiyaya, yaxud zəhərlənməyə səbəb ola bilər.”
Bəzi mənbələr qəbizlik zamanı çağanın adi suya ehtiyacı ola biləcəyini yazır, amma yenə də 6 ay tamam olmayıbsa, əvvəl həkimlə danışmağı məsləhət görürlər.
6 ayı tamam olmayan çağaya su verməyin bir neçə ziyanı müəyyən olunub.
• Su içən uşaq özünü doymuş hiss edir, yeməli olduğu qədər yemir, süddəki kalorilərlə kifayət qədər qidalanmır, çəkisini itirir
• Su verəndən sonra uşaq döşü əvvəlki qədər istəməz, nəticədə ananın südü vaxtından əvvəl azala bilər
• Su əlavələri sarılıqlı çağaya mənfi təsir edir
• Həddən artıq su çağada "hiper hidrotasiyaya”–su ilə zəhərlənməyə səbəb olar. Çox su içəndə orqanizmdə su-duz balansı, maddələr mübadiləsi pozulur. Orqanizm ana südünün (yaxud ana südünə yaxın qida məhsulunun) tərkibindəki lazımlı maddələri mənimsəyə bilmir. Bu hala az rast gəlinib, amma su ilə zəhərlənmə uşağı komaya da sala bilər.
 
Niyə əvvəllər çağaya su verilirdi, indi "olmaz” deyirlər?
Bütün sahələrdə olduğu kimi tibbin də səriştəsi artır. Araşdırmalar hansısa təcrübənin mənfi, ya da müsbət nəticələrini sübut edəndən sonra yeni nəslə yeni məsləhətlər verməyə məcbur olurlar. Məsələn, əvvəllər qərbdə çağanı üzü üstə yatırardılar, yaxın keçmişdə müəyyən olundu ki, bu, uşaqlarda qəfil ölümün səbəblərindən biridir. Çağaları arxası üstə yatırandan sonra qəfil uşaq ölümü halları dəfələrlə azaldı.

Bəs uşağa nə vaxt su verə bilərik?
Körpənizin 6 ayı tamam olandan sonra onun orqanizmi əlavə qida tələb edir. Yeni ərzaq məhsulları istifadə etməyə başlayanda uşağın menyusuna bir neçə qurtum su əlavə edə bilərsiniz.
Suya şəkər qatmayın. Bununla körpəni şəkərə aludəçilikdən, gələcəkdə-dişləri çıxanda kariesdən qorumuş olarsız.
Suya lap az çay əlavə etmək (rəngini azacıq dəyişmək) olar.
Körpəyə hansısa otlardan hazırlanmış çayları verməzdən əvvəl mütləq həkimə müraciət edin.


Şərhlər: 8
Baxılıb: 581
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Mən böyük qıza verirdim, hökumət yeməyi yeyirdi deyə, balaca qız 6ay su içmədi, ana südü yeyirdi deyə su verdim içmədi, 6 aydan sonra içdi.
10 mart 2016 08:53
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Zinyet
Men cemi bir ay ana sudu vermiwem galan gunleri magazin yemekleri suda oz yerinde prosda krant suyu gaynadilmiw yow xususen boyuk butulkalarda satilan sulardan vermiwem olar bagirsaglarini daha yaxwi iwledirdi
10 mart 2016 06:51
# 7
vipbetul
usaqa su verilmelidir su boyuge lazim olduqu kimi bebeklerede lazimdir esasende yayda olan usaqlara hokmen verilmelidir
10 mart 2016 00:17
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Belinda
Here bir cur soz diyir. Hekim ushagimin 1 ayi tamam olanda dediki 1,2 qashiq vere bilersen. Mende sudan cox razgeneli cay verirdim, qarni agriyirdi diye. Bir ara vobshe su icmedi. Indi bashliyib Stakandan icmeye az-az
10 mart 2016 00:06
# 5
14MsM
Ilk alti ay ovladima su vermedim cun ana sudu qebul edene bu ehtiyac deyilmi smes verilirse ve diger yemeyler kawa ve s onda olar qizima indi wuyudlu cay verirem hergun adi suda
9 mart 2016 21:21
# 4
BARBI
Bu barede oxumusdum. Korpeye ilk alti ay su verilmemeyi meslehet gorulur
9 mart 2016 20:46
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
Oglumu banilsadan cixardandan suda süddə verirdim. Nə qədər düzgün dür bilmirem. Çünki hər həkim bir avaz calır. Övladımın baş həkimi yəni özum müsaiyətlərimə göre deyirem ki vermək lazımdır. Adi insan süd icende agzinda quruma gedir. 6 ay su verməsən o bağırsaq söyər insana
9 mart 2016 20:23
# 2
Fi-Ra
Mənə həkimin biri deyir vermə o birisi deyir ver. Mən vermirəm. Məlumatım var idi bu haqda təşəkkürlət
9 mart 2016 19:25
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz