Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çağanın yuxu cədvəli - Gecəylə gündüzü ayıraq
Çağanın yuxu cədvəli - Gecəylə gündüzü ayıraq
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 678
Səs ver:
Təzə doğulan uşaq günün yarıdan çoxunu yatır! Birinci ayın sonunda uşaqlar adətən sutkada 16-18 saat yatırlar. Problem odur ki, uşaqlar istənilən saatda, hətta gecə də oyanırlar Çağanın tez-tez oyanması normaldır və siz ona cəld—30 saniyə ərzində reaksiya verməlisiniz.

Yuxu cədvəli uşağın da, sizin də rahatlığınızı təmin edər. Təzə doğulan uşağın yuxu cədvəli təxminən belədir:



Gecəylə gündüzü ayırın.

İlk həftələrdə bu mümkün olmur. Amma siz balanızı yavaş-yavaş öyrədə bilərsiniz. Uşaq gündüz saatlarında çox yatırsa, otağı işıqlı saxlayın, pərdəni kənara çəkin, ya işıqları yandırın. Televizorun səsini almayın (amma normadan yuxarı qaldırmağa da ehtiyac yoxdur!) Yedirdəndən, altını dəyişəndən sonra balanızı maraqlandırmağa çalışın. Onunla söhbət edin, onun əl-qolunu oynadın, oyuncaqlar göstərin.
Gecələr, əksinə, körpəniz yatmaq istəməsə belə, işıqları söndürün, ya zəiflədin. Uşağı yedirdəndə də, altını dəyişəndə də sakit və yavaş olun. Çalışın onunla danışmayasınız. Bir azdan görəcəksiniz ki, balanız gecələr daha çox yatır.
 
Uşağın rahat yatması üçün bir neçə şeyi bilməliyik:
1. Otağın temperaturu normal—20-22 dərəcə olmalıdır. İsti olanda uşaq yata bilmir. Temperatur 24 dərəcədirsə, körpənin üstünə bir döşəkağı atsanız kifayətdir (sinəsinə qədər çəkin). Temperatur 21 dərəcə olsa, döşəkağına ədyal salın. Otağın temperaturu 18 dərəcədirsə, yorğana ehtiyac var. (1 yaşına çatmamış uşağın üstünə yun yorğan və ya yun ədyal salmaq məsləhət deyil.) Soyuqdan qorunmaq üçün uşağı bərk bələməyə ehtiyac yoxdur. Uşağın əl-ayağı sərin olsa belə, qarnı istidirsə, soyuqdan qorxmağa dəyməz.
2. Uşaq tox olmalıdır. Yatmalı olduğu saatlarda onu yedirdin. Bəzən uşaq yeyəndən sonra da narahat olur. Bəlkə böyüyüb, daha çox yemək istəyir?
3. Uşağın yeri rahat olmalıdır. O çox yumşaq yerdə yatmamalıdır. Uşağı balıncın üstündə, yumşaq tük doldurulmuş döşəkdə, içi doldurulmuş heyvan dərisi üzərində uzatmaq olmaz! Uşaq döşəyi bərk olmalıdır. Bir yaşa qədər uşağın başının altına balınc qoymayın. Döşəyin bir hissəsini azca qaldıra bilərsiniz.
4. Uşağın əyni rahat olmalıdır. Onu az bələyin. Çalışın başı açıq qalsın (Otağın temperaturu normaldırsa, baş örtüyünə ehtiyac yoxdur)
Yatmalı olduğu saatlarda uşağı çimdirmək, mahnı oxumaq, yüngül sığal, masaj da rahat yuxulamasına səbəb olar.
Siz balanıza öyrəşdikcə onun nə vaxt və niyə oyandığını, yuxusuzluğunun səbəbini, nə vaxt yatmaq istədiyini biləcəksiniz. Hər bir uşaq özünəməxsusdur. Bəziləri yatmaq istəyəndə vurnuxmağa başlayır, yaxud gözlərini ovxalayır, ya öz qulağını dartır, bəziləri gözlərini boşluğa zilləyir, ya da ağlayır.
Balanızın yatmaq istədiyini bilən kimi qoyun yatsın.


Şərhlər: 10
Baxılıb: 678
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
Oğlum isdi sevmir üsdünü örtürem durur. Yuxu rejimi vacibdir
8 mart 2016 12:27
# 10
Happiness lady
Hemise calisiram rejimle yatizdiram indi 8 ayliqdi gunde iki defe 2 saat ve gece 10 saat yatir yeni 13-14 saat yatizdirmaga calisiram .Allah butun balalari qorusun,xebere gore de sagolun
7 mart 2016 23:47
# 9
Sevgi yasamaqla olum arasindaki serheddir,yasama sebebim oldugun ucun cox sagol
vipbetul
teze olmus bebeskalarin onsuzda gunleri yatmaq kecirda
7 mart 2016 20:14
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Ana olanlara lazimli xeberdi...yenede tsk:)
7 mart 2016 20:12
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Tomris Müslümova
Xəbərin başlığı maraqlıdıre loru dildə çağa)) Bu xəbəri atdım seçilmişlərə.Mənim gözüm qorxur uşağa baxmaqdan.Yuxu ölüm kimi şeydir.Ancaq çox şirindir.Zamanı gəldisə saxlamaq olmur özünü.Ona görədə uşağı rejimə salmaq yaxşıdır ki,həm uşaq həm də valideyn rahat olsun hər mənada.
7 mart 2016 19:45
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
1205
Oglanlarimin 2sinde olub 40li vaxti sehv saliblar gece funduzu.şukur duzelib sonra
7 mart 2016 19:37
# 5
Fi-Ra
O qədər qarışdırıb qızım. Nə qədər eləmişəm oyanmıyıb gündüzlər. Bütün günü yatırdı gecəni oyaq qalırdı. İndi şükür düzəlir. Məlumata görə təşəkkürlər
7 mart 2016 19:34
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
_damla_
Faydalı məlumatlardır.Tşk!
7 mart 2016 19:26
# 3
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
BARBI
Usaqlara ilk 6 ay baxmaq cox cetindir. Gerek doguldugu zamannan rejime alisdirasan.
7 mart 2016 19:16
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Faydalı məlumatlardır ana olmağa hazırlaşan təcrübəsiz xanımlar üçün ) Çox körpə ilk 40 gün müddəti gecəylə gündüzü səhv salır amma səhv salsada heç manedə olmurlar bircə yatsın deyirlər ancaq bu üsullarla rejim yaratmaq olar.
7 mart 2016 19:12
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz