Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süd verən ana nə yeməlidir? Nəyi yeməməli?
Süd verən ana nə yeməlidir? Nəyi yeməməli?
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1184
Səs ver:
"Hamiləlik bitdi!” deyib, hər istədiyinizi geyinə bilərsiniz, amma yemək məsələsində indi daha diqqətli olmalısınız. Süd verən ana daha yaxşı qidalanmalı, daha müxtəlif, daha keyfiyyətli, təbii (!) məhsullardan istifadə etməlidir.
 
Hansı məhsullar zərərli ola bilər?
• Hisə verilmiş, konservləşdirilmiş məhsulları yemək qadağandır. Məsələ burasındadır ki, ananın yedikləri daxili mexanizm sayəsində südə çevrilir, daha doğrusu qana keçir və süd qan və limfanın tərkibi əsasında əmələ gəlir. Ancaq yeməyin tərkibindəki kimyəvi maddələr südə keçərkən dəyişmir. Məhz bu səbəbdən analara konservləşdirilmiş qida məhsullarından uzaq durmaq məsləhət görülür.
• Elə ərzaq növləri var ki, onlar bəzi uşaqlara əziyyət verə bilər. Məsələn, kələm, paxlalı bitkilər, sitrus bitkiləri, moruq, üzüm, yemiş, xiyar, bibər, kofe, kakao, şokolad, qoz, yumurta, bəzən hətta toyuq, balıq əti yeyən ana körpəsində dəyişiklik olduğunu, məsələn, köp əmələ gəldiyini, ya uşağın narahat yatdığını, yaxud boyun-boğazının səpdiyini, qızardığını görə bilər. Uşaqda dəyişiklik olanda həkimə müraciət edin, müəyyən müddət, lazımdırsa 1 ay pəhriz saxlayın.
• Ailədə kiminsə nəyəsə allergiyası varsa, ehtiyatlı olun, uşaq yaxınlarına oxşaya bilər. Məsələn, moruğa allergiyası olan varsa, uşaq da moruq yemiş ananın südünə reaksiya verər.

Az yeyək, hər şey yeyək!
Siz hamiləlik dövründə olduğu kimi süd dövründə də hansısa yeməyə üstünlük verə bilərsiniz. Bu, təbiidir, ancaq balanızın müxtəlif vitaminlərlə təmin olunması üçün keyfiyyətli məhsullardan imtina etməyin. Ümumiyyətlə, süd verən ana ehtiyatlı olmalı, əvvəl—uşağın məhsullara reaksiyasını bilənə qədər hər şeydən az-az yeməlidir. Bir müddətdən sonra siz uşağınızın sevmədiyi qida məhsullarını müəyyən edəcəksiniz (belə məhsulların sayı adətən çox az—1-2 olur). Ancaq bu məhsulları menyudan çıxarmayın! Həkimlər uşağı bütün məhsullara elə süd dövründə alışdırmağı məsləhət görürlər.
Unutmayın ki, hər uşağın, eləcə də ananın orqanizmi müxtəlifdir. Ola bilər ki, başqa qadınların çəkinmədən istifadə etdiyi, məsələn, tərəvəzi hansısa ana həzm edə bilmir, nəticədə uşaq narahat olur. Yaxud bir uşağınızı narahat etmiş qida, ikinciyə təsir etməyə bilər.
Bəzən yediyiniz şeylər südün dadına, qoxusuna kəskin təsir edir. Məsələn, həddən artıq soğan, sarımsaq yeyən ananın uşağı çox vaxt süddən imtina edir. Ancaq elə uşaqlar var ki, belə südü daha həvəslə əmirlər.
Uşaqda dəyişikliyi həmişə südlə bağlamayın. Bəzən havada dəyişiklik, evdəki mühit uşağa təsir edir. "Günahkarın” ərzaq məhsulu olub-olmadığını bilmək üçün bir aydan sonra yenə həmin məhsuldan, ancaq az miqdarda istifadə edin. Uşaq narahat deyilsə, problem olmaz.


Şərhlər: 6
Baxılıb: 1184
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nur_Naz
maraglidi goresen ana olmag nece hissdi:)
5 mart 2016 23:09
# 6
ayka95
Sud veren zaman cox diqqet edirdim
5 mart 2016 22:29
# 5
1205
Sud verirüm.evveller fikir verirdim indi boyuk uşaqdi her şey yeyirem
5 mart 2016 21:23
# 4
BARBI
Analar sud verdiyi zsman her seyi yeye bilmez. Bezi mehsullar sudle korpeye kece biler. Ona gore diqqetle qidalanmaq lazimdir
5 mart 2016 19:25
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
arzum-aysum
sud veren zaman qida qebulunda cox diqqətli olmalıdır. çünki her qebul etdiyi qida süd vasitəsilə korpenin orqanizminə daxil olur ve düzgün qidalanmadiqda bu dolayısı ile korpenin hezm sistemində, mede bagirsaginda problem yarada bilər. kop yarada biler, qarin agrisi ola bilər
5 mart 2016 19:07
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
vipbetul
anneciklercin yaxsi melumatdir
5 mart 2016 19:01
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz