Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda köpün qarşısını almağın 6 yolu
Uşaqlarda köpün qarşısını almağın 6 yolu
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 952
Səs ver:
Köp nədir?
Cinsindən və irqindən asılı olmayaraq istənilən uşaq (bütün dünyada uşaqların 30%-i) köpdən əziyyət çəkə bilər. Bu problem uşağın 2-3 həftəliyində başlayır, 3, bəzən 4 ayına qədər davam edir. Köpün səbəbi çoxdur, həkimlər 50 ildir cavab axtarır, dəqiq bir şey demirlər. Əsas ehtimallar bunlardır:
bağırsağın hərəkətini tənzimləyən sinir sisteminin tam inkişaf etməməsi,
düzgün qidalanmaması (bəzən üstəlik siqaret çəkməsi),
uşağın yaxşı əmməməsi
Nəticədə uşaq qazını çıxara bilmir və dayanmadan ağlamağa başlayır.
 
Köpün qarşısını almağın 6 yolu
1. Çağaların həzm sistemi bəzi qida məhsullarını mənimsəyə bilmir (bir yaşa qədər körpələrin 15%-i hər-hansı qidaya həssas olur). Ona görə də ana bəzi şeyləri ehtiyatla, az-az yeməlidir. Uşaqlarda köp əmələ gətirən ərzaq məhsulları bunlardır: kələm, quru lobya, noxud, limon, portağal, qreypfrut, badımcan, kartof, isti çörək, qoyun əti, qazlı sular.
2. Uşaq düzgün əmməyəndə, döşü tam tutmayanda, ya da sürətlə əməndə çoxlu hava udur. Əmizdirərkən uşağı düzgün tutduğunuzdan əmin olun. Yedirdəndən sonra uşağı dik tutun ki, əlavə qazı çıxara bilsin.
3. Ananın südü yoxdursa və uşaq əlavə qida alırsa, səbəb həmin qida məhsulu ola bilər. Həkiminizlə danışın, lazımdırsa başqa qidaya keçin.
4. Vanna (sancıların artdığı axşam saatlarında daha yaxşı olar), bəzən avtomobildə gəzinti uşağı xeyli sakitləşdirir.
5. Əmziyin əleyhinə deyilsinizsə, köpdən çox əziyyət çəkən uşağı əmziklə sakitləşdirmək olar.
6. Köpün qarşısını almaq üçün dərmanlar da var, ancaq bəzi dərmanların əlavə təsiri olduğu üçün mütləq həkimdən məsləhət alın. Analarımız nanə, yaxud şüyüd suyunu məsləhət görürlər.
Köpün qarşısını heç nəylə ala bilmirsinizsə, sakit olun. Təşvişə düşməmək çox vacibdir. Unutmayın ki, köp xəstəlik deyil, bunun uşağa xüsusi zərəri yoxdur və uzağı 3 aya keçib gedəcək. Uşaq qucağınızda hərəkət edin, gəzin, mahnı oxuyun. Bəzən davamlı səs, məsələn, fenin səsi uşağı sakitləşdirir.

Uşağın məhz köpdən əziyyət çəkdiyini necə bilmək olar?

Köp sancıları adətən günün ikinci yarısında, axşamlar başlayır. Ağrı çox olanda uşaq bütün gün ağlaya bilər
Uşaq ağlayanda ayaqlarını şişib bərkimiş qarnına yığır
 
Ağladıca qaz buraxır
Uşaq müntəzəm şəkildə ağlayır, çünki sancılar müntəzəm olur
Uşaq çox narahatdırsa, əlbəttə, həkimlə məsləhətləşin, bəlkə səbəb heç köp deyil, bəlkə uşaq qulaq ağrısından, sidik yolu infeksiyasından və ya başqa bir şeydən əziyyət çəkir? Sual vermək həmişə işin xeyrinədir.


Şərhlər: 7
Baxılıb: 952
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
Mən pəhriz etdiyim halda yenede alti ayina kimi qebiz və köp oldu. Toyuq belə yeməy qoymadi həkim. Ilahi moqqilim cıxmışdı ariqlıqdan. Hər cure derman hazir klizmalar işə yaramadı. Çətindı körpədə bu problem
3 mart 2016 00:27
# 7
vipbetul
suyut suyu usaqlarda kopu azaldir bunu bilirem
2 mart 2016 23:49
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
adsiz-a
Kop,ayy korpe usaglarda tez tez ras qelinen seydi,yazigligim qelir bele olanda korpelere
2 mart 2016 21:20
# 5
Fi-Ra
Əvvəl köpü çox olanda dərman verirdim. Sonradan dərmanı istəmədi uşaq içirdi sonra qaytarırdı. Şüyüd dəmləməsi verirəm indi həm də özüm içirəm ki , məndə də köp olmasın süd verəndə uşağa keçməsin. Xəbərə görə təşəkkürlər
2 mart 2016 20:26
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Sara035
Cox wukur kopden eziyyet cekmedik,qidalanmama fikir verdim esas ilk iki ay sonra duzeldi,dermanda arada verdim indi agzi awagi qoyuram rahat cixarir
2 mart 2016 19:59
# 3
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
talis balasi
Korpem iki ayliqdi kopu olur bobotik dermandan isdifade edirem cox yaxsidi.masaj ve herba floranin suyud cayi var onnan verirem sukur yaxsidi
2 mart 2016 19:26
# 2
BARBI
Usaqlarda kopu aradan qaldirmaq ucun suyud suyu demlemesi icirmek lazimdir. Bir de qarnini yungul masaj etmeliyik
2 mart 2016 19:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz