Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana südü niyə vacibdir?
Ana südü niyə vacibdir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 484
Səs ver:
Ana südü balanız üçün ideal qidadır—təbii, isti, steril və pulsuz!
Ana südünün əvəzi yoxdur, çünki onu istədiyiniz yerdə, istədiyiniz vaxt, qızdırmağa ehtiyac olmadan balanıza yedirdə və ona lazım olan bütün vitaminləri qəbul etdiyinə əmin ola bilərsiniz. Ana südünün üstünlükləri çoxdur. Əvvəla uşaq onu çox rahat həzm edir. Ana südü balanızı bəzi infeksiyalardan, xəstəliklərdən, allergik reaksiyalardan qoruyur, uşağın öz immun sisteminin yaranmasına kömək olur. Onun tərkibindəki maddələr uşağın böyüməsi və inkişafını təmin edir. Ana südü balanızla sizin aranızda özünəməxsus ünsiyyət formasıdır, uşağın ailədə və kollektivdə düzgün psixoloji davranışının, sosial inkişafının əsasını qoyur.
Balanızı ana südüylə qidalandıranda həm də doğuşdan sonra planlamadığınız hamiləliyin qarşısını almış olursunuz (amma həmişə belə olmur). Ana südü sizin də orqanizminizi qoruyur, hamiləlikdən sonrakı dövrün normal keçməsinə kömək edir, mastopatiyanın (döş vəzilərinin funksiyasının pozulması), süd vəzilərinin şişinin, uşaqlıq və yumurtalıqlarda şişin qarşısını alır. Süd verən analarda qarın daha tez çəkilir, çünki uşaq ananı əmərkən oksitosin adlı hormonlar ifraz olunur ki, bu da uşaqlığın yığılmasına təsir edir.
Ana südü ilə qidalandırma ilk 6 ayda xüsusilə vacibdir (Dünya Səhiyyə Təşkilatı 6 ay ərzində uşağa ana südündən başqa heç nə, heç su da verməməyi tövsiyyə edir). Son araşdırmalar göstərir ki, ana südü uşaq üçün bir yaşdan sonra da xeyirlidir. İndi uşaqlara iki yaşına qədər gündə 400 ml (2 stəkan) ana südü vermək məsləhət görülür.

Süd necə yaranır?
Döşün ölçüsü südün əmələ gəlməsinə və keyfiyyətinə təsir etmir. İstər iri, istərsə də xırda döşlü qadınlar uşaqlarını ana südü ilə qidalandıra bilərlər.
Ana südü süd vəzilərində formalaşır və süd kanalları vasitəsilə döş giləsinə axır. Giləyə çatana qədər kanallar genişlənir və süd sinusları (süd dolan boşluqlar və ya kanallar) əmələ gəlir. Sinuslar döş giləsinin ətrafındakı tünd dairənin altında yerləşir. Gilə ətrafındakı tünd hissəyə diqqətlə baxsanız, balaca kisəciklər görərsiniz. Bu kisəciklər xüsusi maye buraxır, məhz həmin maye döş giləsi və ətrafındakı dərini yumşaldır və dezinfeksiya edir.
Döş giləsi və ətrafında çoxlu sinir ucları var. Uşaq süd əmən zaman onlara toxunmaqla qıcıq əmələ gətirir, qıcıq nəticəsində süd ifraz olunmağa başlayır. Beləliklə laktasiya (süd vəzisinin süd ifraz etməsinə laktasiya deyilir) iki mərhələdən ibarətdir: südün hazırlanması və çıxarılması.
 
Süd və süd ağzı
Ana südünün tərkibi həmişə eyni olmur. Doğuşdan sonrakı ilk 2-3 gün ərzində qadının döşündən sarımtıl maye—süd ağzı deyilən maddə axır. Sonrakı 1-2 həftə ərzində südün tərkibi dəyişir, 2 həftədən sonra isə əsl ana südü ifraz olunmağa başlayır.
Süd ağzının miqdarı çox az olur–gündə 30ml. Ancaq onun tərkibi olduqca xeyirlidir. Süd ağzındakı bioloji aktiv və qoruyucu maddələr yeni doğulmuş uşağın şəraitə uyğunlaşmasına kömək edir, onu infeksiyalardan qoruyur. Ona görə də doğuşdan sonrakı yarım saat ərzində uşağa döş verin (Əsaslı səbəb olmasa, həkimlər buna icazə verməlidir, əks halda uşağı tələb edin!)

Südün tərkibi nəinki gün ərzində, hətta uşağı əmizdirdiyiniz müddətdə dəyişir. Uşaq əmərkən əvvəl duru, sonra nisbətən qatı və yağlı süd ifraz olunur. Duru süd zülal və minerallarla zəngindir, uşağı ikinci hissəyə–daha "ağır” qidanı, yəni yağlı südü yeməyə hazırlayır.
Südün tərkibi sizin yediyiniz yeməkdən çox asılıdır. Siz hamiləlik dövründə olduğu kimi, süd verdiyiniz zaman da diqqətli olmalı, acı, duzlu, hisə verilmiş ərzaq məhsullarından istifadə etməməlisiniz. Elə məhsullar var ki, uşaqda sancılara səbəb olur. Bu barədə ətraflı "Süd verən ana nəyi yeməlidir, nəyi yeməməli” və "Uşaqlarda köpün qarşısını almağı 6 yolu” yazısında…
 
Ana südüylə qidalanmaya necə hazırlanmalı?
Bunun üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Əsas odur ki, sizdə kifayət qədər arzu və inam olsun. Balanızı ana südü ilə qidalandırmaq istəyirsinizsə, bunu bacaracağınıza inanırsınızsa, hər şey yaxşı olacaq.
Amma bəzi şeyləri bilmək vacibdir. Süd vermək istəyirsinizsə, hamiləlik dövründə də qalın parçadan hazırlanmış, süd vəzilərini sıxacaq lifçik geyməyin. Təmizliyə riayət edin, amma döş giləsini heç vaxt spirtlə silməyin! Döşü təmiz saxlamaq üçün su ilə yumaq kifayətdir.
Döş giləsi çox kiçikdirsə, narahat olmayın. Əvvəla, uşaq tək giləni deyil, onun ətrafını da çəkir. İkincisi, indi kiçik gilələri böyütmək üçün xüsusi vasitələr satılır. Apteklərə müraciət edin. Həmin rezin vasitələri əvvəl qaynar suda saxlayın (həm dezinfeksiya edirsiz, həm də yumşaldırsız), sonra döşün üzərinə qoyun, uşaq onun vasitəsilə əməndə gilə tədricən böyüyür. Bu, ağrılı, həm də çox ağrılı prosesdir, uşaq əməndə adam ağrıdan ayaqlarını qaldırır, qışqırır. Gilə hətta qanaya bilər, uşaq yatanda çatlayan hissələri vazilenlə yumşaldın. Ağrı keçicidir. 1-2 həftədən sonra rezin örtüyə ehtiyac qalmayacaq.
 
Süd kəsilərsə
Hər şeydən əvvəl narahat olmayın! "Hər dərdin əlacı var” deyib, iş başına keçin. Çoxlu su, çay (apteklərdə süd gətirmək üçün xüsusi çaylar satılır), süd için, çayınıza qatılaşdırılmış süd əlavə edin. Buğda qovurması (az miqdarda qoz, fındıq əlavə etmək olar, çox olsa köp verər) da xeyirlidir.
Sizin sakitliyinizin, istirahətin də əhəmiyyəti böyükdür. Gərginlikdən uzaq olun. Mümkün qədər dincəlin, fiziki işlə az məşğul olun, yuxusuz qalmayın.
Südün azaldığını hiss edirsinizsə, uşaq yemədiyi vaxtlarda südünüzü sağın, bu artımı təmin edər. Sağmaq üçün apteklərdə xüsusi aparatlar var. Əvvəl incidə bilər, getdikcə istifadəsi asanlaşacaq. Aparat ala bilmirsinizsə, əllərinizi bitki yağı ilə yağlayın, döşünüzü kənarlardan mərkəzə doğru dairəvi hərəkətlərlə masaj edin. Döş giləsinin ətrafını barmaqlarınızla tutun, təzyiq göstərmədən döşü dairə cızırmış kimi fırladın. Yenə masaj edin və iki əlinizlə yuxarıdan mərkəzə doğru sıxın.
Hər şeyə rəğmən süd olmasa da, narahat olmayın, indi ana südünə çox bənzəyən qida məhsulları istehsal olunur və milyonlarla uşaq belə məhsullarla qidalanır.


Şərhlər:
Baxılıb: 484
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz