Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana südü ilə qidalanmaya necə hazırlanmalı?
Ana südü ilə qidalanmaya necə hazırlanmalı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 458
Səs ver:
Əsas odur ki, sizdə kifayət qədər arzu və inam olsun.
Bunun üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Balanızı ana südü ilə qidalandırmaq istəyirsinizsə, bunu bacaracağınıza inanırsınızsa, hər şey yaxşı olacaq.
Amma bəzi şeyləri bilmək vacibdir. Süd vermək istəyirsinizsə, hamiləlik dövründə də qalın parçadan hazırlanmış, süd vəzilərini sıxacaq lifçik geyməyin. Təmizliyə riayət edin, amma döş giləsini heç vaxt spirtlə silməyin! Döşü təmiz saxlamaq üçün su ilə yumaq kifayətdir.
Döş giləsi çox kiçikdirsə, narahat olmayın. Əvvəla, uşaq tək giləni deyil, onun ətrafını da çəkir. İkincisi, indi kiçik gilələri böyütmək üçün xüsusi vasitələr satılır. Apteklərə müraciət edin. Həmin rezin vasitələri əvvəl qaynar suda saxlayın (həm dezinfeksiya edirsiz, həm də yumşaldırsız), sonra döşün üzərinə qoyun, uşaq onun vasitəsilə əməndə gilə tədricən böyüyür. Bu, ağrılı, həm də çox ağrılı prosesdir, uşaq əməndə adam ağrıdan ayaqlarını qaldırır, qışqırır. Gilə hətta qanaya bilər, uşaq yatanda çatlayan hissələri vazilenlə yumşaldın. Ağrı keçicidir. 1-2 həftədən sonra rezin örtüyə ehtiyac qalmayacaq.
 
Süd kəsilərsə
Hər şeydən əvvəl narahat olmayın! "Hər dərdin əlacı var” deyib, iş başına keçin. Çoxlu su, çay (apteklərdə süd gətirmək üçün xüsusi çaylar satılır), süd için, çayınıza qatılaşdırılmış süd əlavə edin. Buğda qovurması (az miqdarda qoz, fındıq əlavə etmək olar, çox olsa köp verər) da xeyirlidir.
Sizin sakitliyinizin, istirahətin də əhəmiyyəti böyükdür. Gərginlikdən uzaq olun. Mümkün qədər dincəlin, fiziki işlə az məşğul olun, yuxusuz qalmayın.
Südün azaldığını hiss edirsinizsə, uşaq yemədiyi vaxtlarda südünüzü sağın, bu artımı təmin edər. Sağmaq üçün apteklərdə xüsusi aparatlar var. Əvvəl incidə bilər, getdikcə istifadəsi asanlaşacaq. Aparat ala bilmirsinizsə, əllərinizi bitki yağı ilə yağlayın, döşünüzü kənarlardan mərkəzə doğru dairəvi hərəkətlərlə masaj edin. Döş giləsinin ətrafını barmaqlarınızla tutun, təzyiq göstərmədən döşü dairə cızırmış kimi fırladın. Yenə masaj edin və iki əlinizlə yuxarıdan mərkəzə doğru sıxın.
Hər şeyə rəğmən süd olmasa da, narahat olmayın, indi ana südünə çox bənzəyən qida məhsulları istehsal olunur və milyonlarla uşaq belə məhsullarla qidalanır.

Uşağı döşə vaxtında tutmaq lazımdır!
Bundan çox şey asılıdır. "Vaxtında” deyəndə doğuşdan sonrakı 30-60 dəqiqə nəzərdə tutulur. Uşaq doğulan kimi ona süd verməyin həm körpəyə, həm də anaya xeyri var. (Bu barədə ətraflı "doğuş” bölməsində yazılıb) Balanıza nə qədər tez süd verərsinizsə, laktasiya bir o qədər uğurlu, yəni südünüz daha bol olar. Həm də ilk günlərdə ifraz olunan süd ağzının körpəyə xüsusilə xeyri var.


Şərhlər:
Baxılıb: 458
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz