Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqların inkişafında diqqət etməli olduğunuz 7 tövsiyyə
Uşaqların inkişafında diqqət etməli olduğunuz 7 tövsiyyə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1116
Səs ver:
1. Adil və qərarlı bir disiplin tətbiq edin
Uşaqların qarşısında cəmiyyəti ilk təmsil edənlər ana və atalarıdır. Beləliklə, cəmiyyətin tələbləri və bu tələblərin necə yerinə yetiriləcəyini ən yaxşı şəkildə çatdıracaq olan da onlardır. Uşağın cəmiyyətə uyğun bir yeniyetmə halına gətirilməsi böyük önəm daşıyır. Eyni zamanda adil və qərarlı olmaq lazım olduğuna görə intizam qaydası tətbiq etmək həssas bir mövzudur.

2. Özünə inamı yaratmaq üçün tənqidi dozasında saxlayın
Bir uşağın inkişafı hər gün dəyişir. Onlar sadəcə valideynlərinin dediyi sözləri deyil, bu sözləri demək tonlarını da eşidirlər. Uşaqlar valideynlərinin onları çox tənqid etdiyi və sevgisiz davrandığı zaman özlərini dəyərsiz hiss edirlər. Bəzi valideynlər uşaqlarının yalnız mənfi davranışlarını görürlər və həmişə onları tənqid edirlər, ancaq uşaq sadəcə qəzəb və tənqid eşitsə, özünə inamı zəifləyər.

3. Qucaqlayın və sevginizi bildirin
Uşağınıza sarılmaq, onu tərifləmək və sevdiyinizi bildirmək onun yaxşı davranışlarını inkişaf elətdirməsinə kömək olacaqdır. Əgər uşağınız pis bir hərəkət etsə, onun yalnız elədiyi hərəkəti pisləyin, uşağınızı deyil. Hətta bəzi valideynlər onlara "səni görmək istəmirəm”, "səni artıq sevmirəm” kimi uşaqları uzun müddət zədələyəcək sözlər deyirlər, bu da onları həddindən artıq incidir və sonraki həyatlarına da mənfi təsir göstərir. Həmçinin, uşaqları başqa uşaq və ya qardaşıyla müqayisə eləmək və alçaltmaq da onu psixi cəhətdən zədələyən bir hərəkətdir.

4. Uşağınızı planlarınıza daxil edin
İndiki zamanda iş rejiminin ağır və yorucu olması baxımından ailə üzvləri bir-birlərinə vaxt ayıra bilmirlər. Buna görə də bir çox valideyn sadəcə bir neçə sosial fəaliyyətdə uşaqlarının yanında ola bilirlər. Uşağa daha artıq vaxt ayırmaq üçün bütün ailə üzvlərinin şam yeməyini birgə yeməsi daxil paylaşıla biləcək bütün mühitlərdə bir yerə yığışmaq onun inkişafında böyük əhəmiyyət daşıyır.

5. Onu səbrlə dinləyin
Uşaqlarınız nə vaxt yanınıza gəlib danışmaq, ya da sizə sual vermək istəsələr, onlara zaman ayırın və səbrlə dinləyin, hər suala cavab verməyə çalışın. Verdiyiniz cavablar dərs keçirmiş kimi olmamalı və mümkün olduğu qədər qısa və konkret olmalıdır. Cavabını bilmədiyiniz bir sual versə, bunu tapmağa cəhd elədiyinizi göstərin. Uşaqlar sizinlə danışmağa gələndə hər dəfə "indi uyğun deyiləm, sonra danışarıq” cavabı alsa, məyus olurlar və özlərinin heç vaxt sizin üçün birinci planda olmadıqlarnı, önəmsiz olduqlarını düşünə bilərlər.

6. Öhdəliklərinin fərqinə varmağına şərait yaradın
Əgər uşaqlarınıza onlardan gözlədiklərinizi deyib münasibətlərinizdəki qaydaları açıqlasanız, onlar da öz öhdəliklərinin fərqinə vararlar. Beləliklə, uşağınız dürüst davranmağı da öyrənəcəkdir. Ailə içində yaşanan bir problemi uşağınızla danışın və onlarla birlikdə həllini tapmağa çalışın.

7. Onun həyatdakı idealı olduğunuzu unutmayın
Uşağınız həmişə sizə baxaraq həyatda necə var olmaq lazım olduğunu öyrənir, dedikləriniz, danışıq tərziniz və davranışlarınızı izləyərək sizi təkrar edir. Çünki onun üçün ən yaxşı nümunə sizsiniz. Əgər uşaqlarınıza hörmət, şəfqət, düzgünlük, istiqanlılıq, əliaçıqlıq götərsəniz və o belə davrananda təqdir etsəniz, onun bütün həyatında belə davranmağına şərait yaradacaqsınız.


Şərhlər:
Baxılıb: 1116
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz