Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin qaz sancısını azaltmağın 6 yolu
Körpənin qaz sancısını azaltmağın 6 yolu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 764
Səs ver:
Yenidoğulanlarda ilk 3-4 ay qaz sancılarına çox təsadüf edilir. Bu sancılar onu yuxudan oyadır, ağlamasına, narahatlığına səbəb olur. Qaz sancıları ilə bağlı materialımız olub. Lakin bu dəfə sırf gənc valideynlərin xahişi ilə körpəni bu sancılardan xilas etməyin yollarından ətraflı şəkildə danışacağıq.
 
Qaz sancılarını necə azaltmalı?
Körpələrdə qaz sancısını artıran inkarolunmaz faktlardan biri də siqaret tüstüsüdür. Odur ki, körpə olan evdə birmənalı olaraq, siqaret çəkilməməlidir! Süd verən analar kafein tərkibli içki və qidalardan (qəhvə, çay, kola, şokolad və s.) uzaq durmalı, soğan, sarımsaq, süd və süd məhsulları, ədviyyatlı yeməklər, brokkoli kimi məhsulları ya azaltmalı, ya da lazım gəlsə tamamilə rasionlarından çıxartmalıdırlar. Bununla da körpədə qaz sancıları azalmırsa, o zaman digər üsullara əl ata bilərsiniz.
Musiqi – qaz sancısından qıvrılan balacaya musiqi dinlətmək çox faydalı ola bilər. Musiqi onu rahatladacaq, əbəs yerə deyilməyib ki, musiqi ruhun qidasıdır. Həmçinin ürək döyüntülərini diskə yazıb, onu da körpəyə dinlətmək yaxşı olar. Bu zaman o, özünü ana bətnindəki kimi tam təhlükəsiz hiss edərək, sakitləşəcək.
Laylay və ya mahnı oxumaq – 9 ay bətndə yaşayan balaca ana səsini tanıyır, onu eşidər-eşitməz sakitləşir. Odur ki, problemin bir həlli kimi psixoloqlar anaların körpəyə ya laylay, ya da sadəcə mahnı oxumasını tövsiyə edirlər.
Qucağa götürmək – ağlayan uşağı qucağa götürmək onda hələ balacalıqdan özünəgüvənlik, əminlik oyadar. Yəni ki, arxamda dayanacaq biri varmış kimi... Bu səbəbdən də qaz sancısı çəkən uşağı valideynlərin, xüsusilə də ananın qucağına alması, əzizləməsi, isti ədyala bükməsi onu xeyli rahatlaşdıra bilər.
Yağla masaj – Körpəni üzüüstə qoyun, kürək-bel nahiyəsini yüngülcə masaj edin. Daha sonra qarnını ilıq günəbaxan yağı ilə kompres və ya masaj edə bilərsiniz.
Körpəni rahatlamaq – bəzi uşaqlar arabada gəzərkən, bəziləri maşında səfərə çıxarkən rahatlaşır. Siz də övladınızın nə xoşladığını mütləq bilməlisiniz. Sancı zamanı onu tətbiq etmək narahatlığını aradan götürməyə kömək edər.
 
Aygün Quliyeva


Şərhlər:
Baxılıb: 764
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz