Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Südəmər uşaqlarda zökəmin tez müalicəsi
Südəmər uşaqlarda zökəmin tez müalicəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 524
Səs ver:
Zökəm yer kürəsində ən çox yayılmış xəstəlikdir. Elə bir insan yoxdur ki, ömründə heç olmasa bir dəfə də olsa zökəmə tutulmasın. Bəs onda uşaqlar haqqında nə demək olar? Təəssüf ki, zökəm uşaqlığın qaçılmaz xəstəliyidir. Zökəm ilk baxışdan zərərsiz görünsə də onun ciddi fəsadları ola bilir: sinusit, otit kimi. Buna bakterial infeksiyalar da qoşula bilər.
Zökəm müalicəyə ehtiyacı olan xəstəlikdir. Daha yaxşı olar ki, əvvəlcədən elə tədbirlər görülsün ki, zökəmin qarşısı alınsın. Hələ südəmər uşaqlar üçün zökəm ciddi fəsadlara yol aça bilər. Çünki u ağın burnu tutulubsa, onun yuxusu pozulur, iştah pozulur, o ağlağan və narahat olur. Ancaq uşaqlarda zökəm həmişə intensiv müalicə tələb etmir. 
Uşaqlar burunlarını təmizləyə bilmirlər, valideynlər isə bunu adi vasitələrlə yaxşı edə bilmirlər. Burun boşluğu dar, selikli və burun kanalları kiçik və selikli qişaları tez zədələnəndir. Zökəm zamanı uşaqların burnu çox axır, xüsusən ilk iki gün. Bu dövr valideynlər üçün ən çətin dövrdür. Uşaqları yedirtmək olmur, fikrini yayındırmaq və təsəlli etmək mümkün deyil.
Zökəm heç də həmişə soyuqdəymə demək deyil. O, müxtəlif xəstəliklərin əlaməti ola bilər. Valideynlər bilməlidirlər ki, rinit müxtəlif ola bilər: infeksion-virus və bakterial mənşəli zökəm, və qeyri infeksion-allergiya. Hər şeyi ağzına və burnuna salan balacalarda zökəm burunda yad cismin olmasına da işarə ola bilər. Əksər hallarda 95% zökəm virus təbiətlidir. Burnun selikli qişası soyuq vaxtlarda viruslara qarşı daha həssas olur. 
Yeri gəlmişkən, nənələrin gənc analara "uşağın ayağına isti başmaq və ya papış geyindir" məsləhəti doğrudur. Dabanlarda burunla əlaqəli reflektor zonalar vardır. Ayaqların üşüməsi zökəmə səbəb ola bilər.
Həkimlər zökəmin bir-birini əvəzləyən 3 mərhələsini qeyd edirlər. Əvvəlcə bu burunda quruluq və narahatlıqdır. Sonra burun şişməsi, seliyin gəlməsi. İkinci mərhələ ana üçün ən çətin perioddur. Uşaq yeməkdən imtina edir, ağlayır. Döş və ya əmziyi əmə bilmədikləri üçün çəki azalması müşahidə olunur. Üçüncü, son mərhələdə burnun şişi çəkilir, seliyin gəlməsi azalır, bir qədər qatılaşır. 
Belə bir fikir var ki, zökəmi müalicə etməklə 7 gün ərzində ondan azad olmaq olar. Lakin zökəm vaxtında müalicə olunarsa, 3-4 gün ərzində aradan qaldırmaq mümkündür. Çox ağır olmayan zökəmi özünüz də müalicə edə bilərsiniz. Körpənin burnuna ana südü damızdırmaq lazım deyil. Doğrudur o, immunoqlobulinlərlə zəngin olsa da unutmayın ki, bakteriya və viruslar üçün qidadır. Ondansa imkan verin uşaq xeyli süd əmsin. Bu ona əvəzsiz qidadır. Rahat əmməsi üçün isə burun yollarını təmiz saxlayın. Bunun üçün xüsusi uşaqlar üçün olan vasitələrdən-damcılardan istifadə edə bilərsiniz. 
 
Zökəmdən əziyyət çəkən uşağı həkimə göstərmək lazımdır,əgər:
- südəmər uşağın hərarəti 37,5° , bir yaşından böyük uşağınki 38°-dən yüksəkdirsə;
- boğulma, iştah, yuxu, bayıra çıxmasının pozulması varsa;
- 1 yaşa qədər uşaq yemirsə və zəifləyirsə;
- zökəm 2 həftədən çox davam edərsə;
- zökəm mümkün olan allergenlə ünsiyyətdən sonra yaranıbsa.
 
Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 524
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz