Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpəni qaz sancısından necə azad edək?
Körpəni qaz sancısından necə azad edək?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 738
Səs ver:
Yeni ana və ataların ən çox şikayət etdiyi məsələlərin başında körpənin qaz problemi durur. Körpələrin bu problemini həll edə bilməmək valideynləri çox narahat edir.   Bəzən 3 hefte-4 aylıq körpələrdə uzun muddətli ağlama krizləri olur. Bunun səbəbini  köpün yaratdığı sancının olduğunu  düşünürlər. Ancaq bun əsas səbəbi hələ bilinmir. Körpəni bəsləyərkən düzgün tutmamaq və beləliklə çox hava udmasına səbəb olmaq, doyduqdan sonra qazının çıxarmamaq, bağırsaq sinirlərinin yetərincə inkişaf etməməsi, ana atanın naşı olmağı və buna bağlı yaranan narahatlıq təsir edən  səbəblər hesab olunur. Ümumi fikir bunun keçici bir hal olduğu yöouml;nündədir.
Ümumiyyətlə qazın olmasını çoxları ana südündən yarandığını düşünür. Amma körpədə köpün olması ana südü ilə qidalanmasından və ya sıyıq ilə qidalanmasından asılı deyil.  Bu keçici bir haldır.  
Ana ata körpənin köpməsinin qarşısını ala bilərlər ancaq bəzi körpələrdə nə etsəniz də köpmə olacaqdır. Hansı ki, 3-4 aylığından sonra öz özlüyündən keçəcək. Əsas odur ki, bunun böyümənin bir dövrü olduğunu biləsiniz və bu halda təşvişə düşməyəsiniz. Köpün qarşısını almağın yolları.
Əgər ana süd verirsə (əmizdirirsə) onda köp yaradan qidalardan uzaq durmalıdır. Məsələn soğan, brokoli (gül kələmi), kələm, portağal, limon, qreyfurt, kofeinli içkilər. Bundan başqa tərkibində inək südü olan qidaları da (süd, qatıq, pendir və hətta kərə yağı)  azaltmaq lazımdır.
Əgər ana süd vermir və sıyıq verirsə, inək südlü sıyıqlar da köp verə bilər. Bu halda uşağınızın həkimi ilə məsləhətləşib sıyığı başqası ilə əvəz edə  bilərsiniz.
Əgər qidanı əmziklə verirsinizsə, çox kiçik və ya çox iri deşiyi olan əmziklər körpənin çox hava udmasına və köpünün yaranmasına səbəb ola bilər.
Süd vermə zamanı, hər 10-15 dəqiqədə bir və ya bir döşdən digərinə keçərkən və mütləq qidalanmada bitdikdən sonra körpənin qazı çıxarılmalıdır.
Köp sancıları vaxtı ana ata sakit olub, uşağı qucağında layla deyərək gəzdirməlidir. Ritmik hərəkətlər və davamlı səslər sakitləşdirici təsir göstərə bilər. Evdə saatlarla ağlayıb susmayan uşaq həkimə getmək üçün avtomobilə oturan kimi susa bilər, yəni avtomoblillə gəzmək də yaxşı fikir ola bilər.
Körpənin ayaqlarına və qarnına isti dəsmal və ya dəsmal arasında çox isti olmayan dərəcədə su torbası (qrelka) qoymaq olar.
İlıq vanna, xüsusən də daha çox sancının olduğu axşam saatlarından əvvəl körpəni sakitləşdirə, sancıların qarşısını ala bilər.
Ana südü ilə qidalanan və 6 aylıqdan kiçik körpələrə ana südündən başqa bir şeyin verilməsi tövsiyyə olunmur. Amma bəzən çobanyastığı, raziyana çayları, cökə dəmləməsi kömək edə bilər.
Bəzən körpənin qarnının nanə cövhərlə də massajı qazın qarşısını alır. Amma bu massajdan dərhal sonra uşağın qarnı isti bağlanmalıdır.
Narahatlıq və ağlama başladığı zaman həkimə aparıb problemin yalnız köplə əlaqədar olduğunu və başqa bir problem olmadığından əmin olduqdan sonra yuxarıda sayılan üsullar  sınana bilər. əgər heç bir şey işə yaramırsa, bunun keçici bir hal olduğunu, körpənin yaxşı olduğunu düşünərək onu bir az tək qoymaq və ya başqalarından kömək istəyib, bir az körpənin yanından uzaqlaşmaq ana atanın edə biləcəyi ən yaxşı şeydir.
Bundan başqa köpə qarşı müxtəlif dərmanlar var. Ancaq dərman qəbuluna qarşı bir çox mənfi fikirlər var. Bir qismi ciddi yan təsirlərə səbəb ola bilər. Buna görə dərman verməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
 
QEYD: Heç bir halda el arasında yayılmış çöpləmə prossesini həyata keçirməyin. Bu həkimlər tərəfindən qəti sürətdə qadağan edilib.


Şərhlər:
Baxılıb: 738
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz