Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeriməyi öyrənirik
Yeriməyi öyrənirik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 514
Səs ver:
Körpənizin yeriməyini nə qədər çox istəsəz də, onu tələsdirmək lazım deyil. Uşağın dayaq-hərəkətedici aparatı tədricən formalaşır, buna görə o qarşıdakı yüklənmələrə hazır olmalıdır. Gərəkdir ki, uşaq iməkləmənin texnikasını yaxşı öyrənsin. Çünki məhz uşaq vaxtı insanın bütün dayaq-hərəkətedici funksiyaları formalaşır və təkmilləşir və əzələ sistemi bərkiyir. Uşaq üçün yerimə böyük əmək və enerji istəyir,  buna görə də "addımlamağa" çox erkən həvəslənməyin. Uşağın öyrənmək həvəsindən istifadə edirik
Uşada maraq oyadın, onun bu arzusunu stimullaşdırın. Bunu etmək elə də çətin deyil, axı körpələr hər şeylə çox maraqlanırlar. Əgər sizin uşağınız iki əli və iki ayağı üstdə durursa, ondan hündürdə olan nəyəsə marağını oyadın. Körpə qalxan kimi həmin predmetin yerini dəyişin. Körpədə hədəfə addımlamaq arzusu yaransın. Ona kömək edin, dayaqlarla addımlaya bilsin. Məsələn, uşaq  divandan tutunsun, daha sonra stuldan, sonra daha bir stuldan, kreslodan…  və beləcə tutaraq getsin. Əvvəlcə dayaqların arasındakı məsafələr minimal olmalıdır, amma zamanla siz  körpəni sərbəst yeriməyə həvəsləndirərək, predmetlərin arasında məsafəni artıracaqsınız.
Uşaq ilk addımlarını atmağa başlayanda yıxılmağının qarşısını alın, onu sığortalayın. Bəzən uğursuz nəticədən və ya yıxılmadan sonra uşaqlar yeriməyə qorxurlar və sonra uzun vaxt yerimənin cəhdlərindən imtina edirlər. Onun  ən kiçik müvəffəqiyyətlərini tərifləyin, yerimək arzusunu gücləndirin.
Yamsılama
Uşaqlar yamsılamağı və davranışı təkaralamağı çox sevirlər. Buna görə  çox  uşaqlı parkda gəzin. Uşağa başqa uşaqların hərəkətlərini şərh edin – "Oğlan qaçır", "Qız gedir".

Ehtiyatı əldən vermirik.
Evinizə diqqət edin və uşağın gəzməsi üçün təhlükəsiz edin. Bütün sınan predmetləri, döşəmədəki vazları ortadan götürün, mebelin kəskin kənarlarını təhlükəsizləşdirin, şkaflar üçün qapılarını blokatorlarından istifadə edərək bağlayın.
"Xadunoklardan" çox istifadə etməyin. Çünki belə olarsa, uşaq "xadunoka"a vərdiş edir və özü gəzməyə etiraz edir. Ancaq uşağın əlindən həddindən artıq tutaraq gəzdirmək lazım deyil. Çünki hər iki halda körpədə qamətin əyri inkişafı, ayaqlarının altının, baldırların deformasiyası ola bilər. Buna səbəb isə ağırlıq mərkəzinin yerdəyişməsidir.
Ən yaxşısı uşağın qolunun qabaq hissəsidən və əllərindən və ya bir əlindən dəstəkləyin, kapüşonundan tutun.  Əsas odur ki, uşaq kürəyini əyməsin və irəli doğru aşmasın.
Gəzinti zamanı körpəni uşaq arabasında mümkün qədər az saxlayın. Tənbəllik etməyin. Bu arabanı uşağa dəstək kimi istifadə edə bilərsiz. Yəni uşaq bu arabadan tutaraq addımlaya bilər. Uşağı  parkda və ya uşaq meydançasında hərəkətə  həvəsləndirin: yeriməyə, uşaqlarla oyunlara. Döşəmədən asılı olmayaraq bütün uşaqlar uşaq arabasını diyirlətməyi sevirlər. Uşaq meydançasında digər uşaqların aktiv hərəkətlərini görən uşaq daha da çox hərəkət etməyə, sürətli olmağa və qaçmağa həvələnir.
Masaj haqqında da unutmayın. Masaj uşaq orqanizminin bütün sistemləri üçün çox faydalıdır. Hər gün özünüz sərbəst şəkildə masajın yüngül seansını həyata keçirə  bilərsiniz və ya mütəxəssisə müraciət etmək olar.

Yalın ayaqlar. 
Körpəniz  ayaqları üstündə yaxşı durmağı öyrənməyənədək və yeriməyədək, ona ayaqqabını geyindirməyin. Çünki bu pəncənin əyriliyinə gətirib çıxara bilər. İmkan yaradın ki, uşaq evdə ayaqyalın gəzsin. Ayaqyalın yerimək tək pəncənin düzgün formalaşması üçün faydalı deyil, həm də uşağın düzgün inkişafının əsas elementidir. Axı, pəncələrdə bir çox əsəb sonluqları var və müxtəlif səthlərin təsiri onları stimullaşdırır. Körpəyə həm də rezin altlıqlı xüsusi corabları geyindirmək olar ki,  uşaq gələcəkdə yastı ayaq olmasın.
 
Yıxılmalar.
Uşaq yeriməyə başlayanda yıxılmalar bu prosesin ayrılmaz hissəsinə çevriləcək. Nə qədər diqqətli olsaz da və ondan bir addım ayrılmasanız belə yıxılmalar qaçılmazdır. Buna görə sizin üçün ən vacib olan yıxlmasına düzgün münasibət bəsləməkdir. Əsas odur ki, siz qorxmayasınız və uşağın hərəkətini  məhdudlaşdırmayasınız. Uşaqlar ananın qorxusunu çox böyük həssaslıqla hiss edirlər. Və bu onun sərbəst yerimək arzusuna təsir edə bilər.
Uşaq yıxılan zaman çalışın uşağı çox çəkməyəsiz, dartmayasız. Bu ona ziyanlı ola bilər.

Hərəkət sərbəstliyi
Uşağa yetişkinlərlə müqayisədə olduqca çox müxtəlif hərəkətlər etməlidir. Elə buna görə də onu hərəkətə həvəsləndirin. Misal üçün körpə iməkləyir, harasa dırmaşır, maneələrin öhdəsindən gəlir. Yıxılarkən imkan yaradın uşaq özü qalxsın. Məhz bu cür olanda o, müxtəlif vəziyyətlərdə ayağa durmağı öyrənəcək.
Uşaqla oynayın. Onunla birlikdə sürünün, divana dırmaşın, divandan düşün. Nərdivanlar, təpələr.... Evdə uşaq üçün müxtəlif "maneə zolaqları" təşkil edin. Balınclar, xalçalar, mütəkkələr, oyuncaq kubları, pufiklər – bütün bunlardan uşağı  inkişaf etdirən mühitin yaradılması üçün istifadə edilə bilər.


Şərhlər:
Baxılıb: 514
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz