Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpə açıq havadan nə qədər və necə gəzdirilməlidir?
Körpə açıq havadan nə qədər və necə gəzdirilməlidir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 937
Səs ver:
Gəzintinin ana və körpəyə xeyri. Analar üçün. Fiziki aktivlik maddələr mübadiləsini stimulə edir, tonusu qaldırır və immuniteti möhkəmləndirir. Bundan ələvə gəzinti, mühiti dəyişmək və dörd divar arasından çıxmaq üçündür.
Körpələr üçün. Daimi havada gəzinti körpənin orqanizmini möhkəmləndirir, qanı oksigenlə təmin edir, əsəb sistemini sakitləşdirir, eyni zamanda xəstəliklərin qarşısını alır. Yadda saxlayın ki, təmiz havada gəzinti infeksion xəstəliklərdən körpənizi maksimum dərəcədə qoruyacaq və ona digər uşaqlarla təmasda olmasına imkan yaradacaq.
 
Gəlin əvvəldən başlayaq! Gəzintiyə nə vaxtdan başlamaq lazımdır?
İliq havada, körpəylə artıq xəstəxanadan çıxdıqdan dərhal sonra gəzmək olar. Amma yaxşı olar ki, səhəri gün sizi ziyarət edəcək tibb bacisinin fikrini və icazəsini də alasınız.
Soyuq havada,  ilk gəzintini xəstəxanadan çıxdıqdan bir neçə gün sonra həyata keçirmək olar ki, bu zaman da havanın temperatur -10 dərəcədən aşağı olmasın. Əsası odur ki, siz körpənizi diqqətlə izləyəsiniz. Nə zaman görsəniz ki, o, artıq öz otağına və yatağına alışıb, deməli artıq onun gəzintiyə çıxmaq vaxtıdır. Əgər siz gəzintidən  ehtiyat edirsinizsə, bu zaman körpəni eyvana çıxardaraq (şüşəli olmasi məsləhətdir) müşahidə aparın.
 
Körpə ilə nə qədər gəzmək lazımdır?
Körpənizin havaya çıxarılması və nə qədər gəzməyi ilə bağlı müəyyən vaxt yoxdur. Çox şey sizin körpənizin rejimindən, özünü necə hiss etməsindən, hava şəraitindən və sizin rayounun gəzinti yerlərindən asılıdır. Bununla belə aşağıdakıları nəzərə almaq lazımdır:
Sizin yenidoğulmuş körpənizlə gəzintiniz qış vaxtı 10 dəqiqəni, isti vaxtlarda isə 20-30 dəqiqəni keçməməlidir.
Hər gün gəzinti vaxtini 5-10 dəqiqə artırın. Gəzinti müddəti 1 saatdan az olmamalıdır.
Siz uzun  müddət əsasən yayda gəzə bilərsiniz. Amma qida vaxtini ötürməyin, əsas da əgər ana südü verirsinizsə.
Əgər siz ekoloji təmiz yerdə və şəhər kənarında yaşayırsınızsa, bacardığınız qədər çox gəzin.
Əgər şəhər mərkəzində yaşayırsınızsa maşın yolundan kənar bir parka gedib 1 saatdan az olmamaq şərti ilə gəzin.
Siz yəqin diqqət etmisiniz ki, körpəniz uşaq arabasının ritmik hərəkətində daha rahat yuxuya gedir. Əgər sizə uyğundursa,                                             körpənizin yuxu vaxtını gəzinti vaxtına sala bilərsiniz. Bununla yanaşı hava şərtlərini nəzərə almaq lazımdır.  Soyuq havalarda                                      isti geyinin ki, 1-2 saat havada qala biləsiniz.
Möhkəm küləkli havalarda çalışın hava arabaya çox girməsin. Bunun üçün çexol və ya örtükdən istifadə edin.
Körpəyə günə ərzində 3 dəfə də gəzə bilərsiniz. Tez-tez gəzəcəyiniz halda hər gəzinti 40 dəq və ya 1 saatdan az çəkməlidir. Əgər siz yeməkdən sonra gün ərzində bir dəfə havaya çıxırsınızsa, 2,5 saat gəzə bilərsiniz. Yayda istəsəniz bütün gün gəzin əgər körpənizin yeməyini rahat verə bilir və bezini dəyişə bilirsinizsə.
 
Xeyirli məsləhətlər
Təmiz havada yatma rejimini xüsusi diqqətlə təşkil etmək lazımdır ki, körpənizin sağlamlığı üçün "qızıl orta”nı tuta biləsiniz.
Diqqətə alın ki, uşaq qalın geyinsə, belə uzun müddət eyvanda yatmağa qoymaq olmaz. Soyuq eyvanda havanı dəyişmədən yatmaq uşağın soyuqlama riskini artırır.
Yadda saxlayın gəzinti zamanı uşağı yatızdırmağın da həddini aşmaq lazım deyil.  Yuxu zaman çox hərəkət uşaqda buna öyrəncəlik yaradacaq və sonra hər dəfə yatmaq üçün onu uzun uzun yellətməyiniz tələb edəcək.
 
Körpəni gəzintiyə gedərkən necə geyindirək?
Uşaği gəzintiyə özünüz necə geyinirsiniz elə geyindirmək lazımdır və üstəgəl bir qat daha. Əsas diqqəti başa, əllərə və ayaqlara verin. İsti havalarda pambıqdan olan papaq geyindirin.
Əvvəlcə özünüz sonra isə uşağı geyindirin. Çünki siz geyinənə kimi körpə tərləyər və çölə çıxanda soyuqlaya bilər.
Bəzi analar istəyirlər ki, körpələri yeməkdən sonra yatsın və geyindirən zaman oyanmasınlar. Amma bunu həyata keçirmək çox çətindir. Siz evdən çıxana kimi oyandısa, narahat olmayın. Çox yəqin ki, isti geyimdə uşaq arabasında olandan sonra o yenidən yuxuya gedəcəkdir.

Gəzinti barəsində daha nə bilmək lazımdır?
Nəzərə alın ki, aşağı temperaturda rütubətli hava körpəni daha çox üşüdür. Küləkdə isə hava daha da soyuq olur. Bu amilə əsasən fəsillərarası diqqət edin.
Yayda isti havada uşağa evdə çox havasız ola bilər. Ona görə evin, gəzirsinizsə həyətin ən havadar yerini tapın. Birbaşa günəş şüalarından qaçınmaq şərti ilə belə havalarda gündəlik yuxunu gəzintidə təşkil etmək daha yaxşıdır. Əgər siz şəhərdənkənar bağ evindəsinizsə, yatmaq üçün ona ağacaltı kölgəlikdə yer düzəldə bilərsiniz. Təbii ki, onu həşaratlardan qorumağın yolunu tapdıqdan sonra.
Əgər sizin eviniz soyuq həyət çox istdirsə, körpənizi səhər,  birdə axşam 5-6-dan sonra gəzməyə çıxarın. Öz istəyinə görə yeməyi dayandırdıqdan sonra (yəni artıq siz gündə 3 dəfə yemək normasına keçdikdə) gəzinti saatlarını dəyişməli olacaqsınız. Gəzməyə hər ikiniz üçün də uyğun bir vaxt seçin. Ancaq həmin müddət gündə 2 saatdan az olmasın.
Əgər uşaq xəstələnibsə, mütləq həkimlə məsləhətləşin. Adətən həkimlər əgər körpənizin teperaturası yoxdursa gəzintiyə icazə verir. Amma yenə də əlavə soyuqlamamağına diqqət edin.

Yaqut Abiyeva


Şərhlər:
Baxılıb: 937
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz