Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin çimizdirilməsi ilə bağlı verilən suallar
Körpənin çimizdirilməsi ilə bağlı verilən suallar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 696
Səs ver:
Hər bir gənc ana yenidoğulan körpəsinin qayğısına qalır. Təbii ki, onu körpəsinin çimizdirilməsinə aid bir sıra sualların cavabı maraqlandırır. Bunlardan bir neçəsini cavablandıraq.
 
1. Çimizdirmə nə qədər müddət davam edir?
İlk çimizdirmə 2-3 dəqiqə çəkir. Sonralar bunu 10-15 dəqiqəyə qədər uzatmaq olar. Bundan daha çox lazım deyil. Çünki vannadakı su tez soyuyur və körpəniz soyuqlaya bilər.
 
2. Körpəni gündəlik çimizdirmək lazımdırmı?
Bəli, körpəni hər gün çimizdirmək vacibdir. Bu həm gigiyenaya uyğun, həm də körpənin sağlamlığının möhkəmləndirilməsi üçün vacibdir. Su körpəni sakitləşdirir ki, bu da onun sinir sisteminə müsbət təsir edir.
 
3. Sabunla nə qədər yumalı?
Qışda həftədə 1 dəfə, yayda 2-3 dəfə yumalı.
 
4. Suya bitki dəmləmələri və ya köpükləndirici əlavə etmək olarmı?
Bunlar göbək yarası sağaldıqdan sonra əlavə oluna bilər. Buna qədər isə marqanslı su ilə kifayətlənmək olar. Daha sonralar dəfnə yarpağı, dəmirovotu, çobanyastığı dəmləməsi əlavə edə bilərsiniz. Hazır vasitələrdən də istifadə edə bilərsiniz.
 
5. Körpəni nə vaxt böyük vannada çimizdirmək olar?
Bunu yalnız o sərbəst oturmağı öyrəndikdən sonra etmək olar. Qoyan zaman vannanın dibinə sürüşməyən örtük salsanız yaxşı olar. HEÇ VAXT UŞAĞI HAMAMDA TƏK QOYMAYIN. O, HƏTTA 15 SM-LİK SUDA BELƏ BOĞULA BİLƏR VƏ YA QAYNAR SUYU AÇA BİLƏR.
 
6. Uşaq nə qədər müddət qaynamış suda çimizdirilməlidir?
Körpənin göbək yarası sağalana qədər qaynamış suda çimizdirilməlidir.
 
7. Uşaq şampunlarını hansı yaşdan etibarən istifadə etmək olar?
Burada birmənalı söz söyləmək olmaz. Mütəxəssislər 3-4 ayından sonra şampun istifadəsində icazə verirlər. Şampunların bir neçə üstünlüyü var: gözləri yandırmır, baş dərisini qurutmur, yumşaldıcı təsiri var və gündəlik istifadəyə imkan verir. Ancaq hər şampunu da körpə üçün istifadə etmək olmaz. Bunun üçün kosmetik məhsul çox keyfiyyətli olmalıdır. Misal üçün Swiss Nature Baby şampunları sabun tərkibli deyil, saçları qoruyur və saç dərisinin qıcıqlanmasınını aradan götürür, saçların daranmasını asanlaşdırır. Gündəlik istifadə üçün yararlıdır. Buğda, kalendula, edelvesy və bənövşə ekstraktı tərkiblidir.
Uşağınızı çimizdirməkdən qorxmayın. Ona olan sevginiz çimizdirmə prosesini də gözəl bir hadisəyə çevirəcək.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 696
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz