Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq bezlərini seçərkən diqqət
Uşaq bezlərini seçərkən diqqət
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 660
Səs ver:
İlk dəfə təqribən 50 il öncə Qərbdə meydana gələn birdəfəlik bezlər körpə qulluğu mövzusunda inqilabi dəyişikliyə səbəb oldu. Bu gün bütün dünyada belə bezlər geniş yayılıb və evində körpə olan hər kəs (böyük əksəriyyət) birdəfəlik bezlərdən istifadə edir. Bəs görəsən, onların uşaq orqanizminə bir zərəri varmı? Ümumiyyətlə, bezlərdən necə istifadə edilməlidir?

Bezlərin tarixi və faktlar
İlk dəfə uşaq bezləri 1961-ci ildə amerikalı baba, mühəndis Viktor Millson tərəfindən hazırlanmışdı. O, öz nəvələrinə tez-tez güvəcə oturmağı məsləhət görürdü. Elə ad da buradan meydana çıxdı: "Pampers”, yəni "pamper” felindən – nazlamaq, əzizləmək mənasını verir. Bu gün həmin söz o qədər geniş yayılıb ki, insanlar körpə bezi əvəzinə istənilən firmanın məhsuluna "pampers” deyirlər.

Müasir uşaq bezləri əsasən kağızdan ibarətdir, sidiyi canına çəkən qat isə sellülozun və kristallarının qarışığından təşkil edilib. Orta hesabla hər müasir uşaq belə bezlərdə təxminən 18-20 min saat vaxt keçirir.

Bezlər haqqında miflər
Mif 1: Uşaq bezləri oğlanların gələcəkdə sonsuz olmasına səbəb ola bilər. Bu mifi asanlıqla "hörmətdən” salmaq olar. Birincisi, kişilərin nəsil artırma qabiliyyəti spermatogenezlə təyin edilir. Sperma cinsiyyət hormonlarının təsiri altında kisəcikdə yetişir. Amma oğlanlarda o yaşda çox az cinsiyyət hormonları olur və ya tamamilə olmur. Beləliklə, oğlan uşağının təbiətində olmayan və ya çox cüzi olan həmin cinsiyyət hormonlarına necə zərər dəyə bilər ki?!

İkincisi, kişinin nəsilartırma qabiliyyətindən məhrum olmasının daha bir səbəbi kimi yumurtaların həddindən artıq çox qızdırılmasıdır ki, alimlər bunun 45-48 dərəcə temperatur olduğunu deyirlər. Sizcə, bezin altında bu qədər istilik ola bilərmi? Əlbəttə ki, yox. Demək, birdəfəlik bezlər sonsuzluğa səbəb ola bilməz.

Mif 2: Bezlər körpəni tənbəlləşdirir, o güvəcə daha gec öyrəşir.
Bəllidir ki, körpələrdə yalnız 22-30-cu aylarda işəmə və ya "kak” etmə istəyi formalaşır və artıq o, onu iradi olaraq icra edə bilər. Bu dövrə qədər uşağı ona məcbur etmək olmaz. 1 yaşlı körpəni güvəcə məcbur etmək düzgün deyil. Odur ki, körpəni vaxtından tez heç nəyə məcbur etməyin.

"Müasir elm bir daha sübut edir ki, yalnız 22-30 aylar arasında körpənin beyninə siqnal çatır və o artıq sərbəst şəkildə "tualet” istəyini yerinə yetirir. Bəzən 4 yaşlı bir uşağın da bez geyindiyini görmək olur. Burada qorxulu heç nə yoxdur. Bu, sadəcə ananın və körpəsinin rahatlığı deməkdir. Əgər siz 1 yaşından sonra balacanızı güvəcə öyrətmisinizsə, demək, həm də ailə büdcəsinə qənaət etmisiniz. 1 yaşda və 4 yaşda güvəcə öyrəşən uşaqların nə əqli, nə də fiziki inkişafında heç bir fərq olmayacaq. Hətta onu da deyim ki, körpə 24 saat və 3 il bezdə qalarsa, bunun ona bir zərəri yoxdur”-  Bu sözlər məşhur həkim-pediatr Komarovsiyə aiddir.

Bez seçərkən diqqətli olun!
Körpənin cinsiyyətini nəzərə alın
Bəli! Körpənin cinsiyyəti bez seçimində önəmli faktlardandır. Çünki sidik bölgələrinin fərqli-fərqli yerlərdə olması bezin dolmasına səbəb olur. Odur ki, qızlar üçün nəzərdə tutulmuş bezlərin "əmici” hissələri ortada, oğlanlarda isə nisbətən ön tərəfdə olur ki, bu da körpənin poposunun quru qalmasına şərait yaradır.

Gigiyenik və quru olması şərtdir!
Bez alarkən onların təmiz olması vacibdir. Çünki körpələrin genital bölgəsi mikroblara açıq olur. Çalışın tanınmış brendlərin bezlərinə üstünlük verəsiniz və paketlərdə olanı alasınız. Əldə satılan (dənə-dənə) bezlərin təmizliyinə tam da arxayın olmayın. Həmçinin bezin hava keçiriciliyinə, əmiciliyinə və quruluğuna, körpə dərisinə olan həssaslığına fikir vermək lazımdır. Daha bir vacib məqam – bezin quruluğudur. Quru bez həm də uzun, sakit və rahat yuxu deməkdir. Bez seçərkən ən azı 12 saatadək quru saxlayanlarına önəm verin ki, bütün gecə boyu körpə rahat yata bilsin.

Körpənin çəkisinə uyğun bez alın
Bez alarkən körpənin ayı deyil, çəkisi önəmlidir. Çünki çəki hər uşağa görə dəyişir – biri dolu, digəri isə arıq ola bilər. Odur ki, körpənizin çəkisinə uyğun seçdiyiniz bez onun rahatlığı və sızdırmaması deməkdir. Adətən bezlər müxtəlif çəki dərəcələrinə görə 1-6 nömrə arası olur. İstənilən bez paketinin üstündə bu, qeyd olunub.

Yenidoğulanlar üçün özəl bezlər
Artıq bəzi bez şirkətləri yenidoğulanlar üçün xüsusi bezlər hazırlayıblar ki, ondan istifadə çox sadədir: göbək ciyəsi hələ üstündə olan körpələrin tam göbəyindən aşağıda qalır və gənc ananın təşvişini də azaldır.

Bezlərin digər üstünlüyü körpə sağlamlığının nəzarətdə saxlanılmasıdır. Belə ki, gündə 4-6 dəfə körpəni açan və bezinə nəzarət edən ana artıq onun həzm sisteminin necə olduğunu, sidik ifrazının qədərini bilir. Adətən körpələrin sidiyi rəngsiz olur, lakin azca sarı rəng də qorxulu deyil. Əgər körpənin sidiyi qoxulu və başqa rəngdədirsə, o zaman hər hansı infeksiyadan şübhələnmək və həkimə müraciət etmək lazımdır.

Aygün Quluyeva


Şərhlər:
Baxılıb: 660
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz