Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq dərisindəki bişməcə və onun müalicəsi
Uşaq dərisindəki bişməcə və onun müalicəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1192
Səs ver:
Uşaqlar tez-tez tərləyir. Bu zaman onun dərisində qırmızı səpkilər əmələ gəlir. Bu bişməcədir. Narahat olmayın. Bu müalicə olunandır.
Uşaq doqquz ay ana bətnində suda olur. Onun orqanizmi zamanla yeni quru mühitə uyğunlaşır. Bu tər vəzlərinə də aiddir.

Bişməcənin səbəbi.
Uşaq orqanizmi həddən artıq isindikdə bədən onu soyutmaq üçün xüsusi maye ifraz edir. Əgər hər hansısa səbəb (uşaq çox isti geyinibsə və ya dərisinə qalın qat krem çəkilibsə) bu mayenin çıxmasına mane olursa, o, vəzlərdə toplanır. Nəticədə dəri qıcıqlanmış görünür.
Bişməcə uşaq xəstələndikdə əmələ gələ bilər. Çünki qızdırması olan uşaq çox tərləyir. Nəticədə az havalanan nahiyələrdə bişməcə əmələ gəlir. Bişməcə qulaq ardında, ayaq büküşlərində, boyunda, sinə və kürək nahiyələrində, bəzən də budlarda, bezlə təmasda olan hissələrdə müşahidə olunur. Bişməcə getdikcə böyümür, rəngini dəyişmir və düzgün qulluq olunduqda tezliklə keçib gedir.

Bişməcənin profilaktikası
Bişməcə əsasən yay aylarında- uşaq daha çox tərlədikdə əmələ gəlir. Onu müalicə etmək çətin deyil, lakin qarşısını almaq daha asandır. Aşağıdakı qaydalara əməl etməklə bişməcənin profilaktikasını aparmaq olar.
Nəmlə mübarizə aparın. Uşağa təbii parçalardan olan geyim seçin. Bu paltarda dəri nəfəs alır. Yataq da təbii parçadan olmalıdır.
Otaq temperaturuna nəzarət edin. Uşaq otağı çox isti olmamalıdır. İdeal temperatur 20° olmalıdır. Uşağı fəsilə uyğun geyindirin. Gəzməyə getdikdə isti kofta əvəzinə iki nazik kofta geyindirin. Əgər isti olsa, birini soyundura biləsiniz. Evdə də uşağı qalın geyindirməyin.
Uşaq kremini fəsilə uyğun seçin. Uşaq kremi nə qədər yüngül tərkiblidirsə, o daha tez sorulur. Yağ əsaslı kremləri qış ayları üçün saxlayın. Yayda su əsaslı kremlərə üstünlük verin. Həm də uşaq yağlarından istifadə edin. O, uşaq dərisini yumşaldır və nazik qatla örtür.

Bişməcənin müalicəsi
Zədələnmiş dəri xəstəliktörədən mikroblar üçün əla mühitdir. Ona görə onu mütləq müalicə etmək lazımdır.
* uşağı ana südü ilə qidalandırın. Təcrübələr göstərir ki, ana südü ilə qidalanan uşaqlarda bişməcə daha tez keçir.
* uşağı yay aylarında həftədə 2-3 dəfə çimizdirin. Uşağın başını isə həftədə 1-2 dəfə yuyun. Bunun üçün gözləri yandırmayan uşaq şampunlarını istifadə edə bilərsiniz.
* uşaq üçün talk istifadə edin. Bişməcə olan dərini kremləməyin. Talkı əlinizə tökün sonra dərinin bişməcə olan nahiyəsinə lazımi qədər sürtün.
* bişməcə nahiyəsini havalandırın. Hava bişməcənin dərmanıdır.
* bişməcə nahiyəsinin qaşınmasının qarşısını almaq üçün sodalı su kompresi edə bilərsiz. 1 st qaynamış suya 1 ç/q soda əlavə edin və bu məhlula batırılmış tənziflə kompres qoya bilərsiniz.
Diqqətli qulluq nəticəsində bişməcə 2-3 günə keçir. Əgər bişməcə yerində ağımtıl səpkilər əmələ gəlibsə, deməli tər vəzləri iltihablaşıb. Bu halda həkimə müraciət etmək lazımdır.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 1192
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz