Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin ilk çimizdirilməsi
Körpənin ilk çimizdirilməsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 812
Səs ver:
Hər bir gənc ana yenicə doğulan körpəsinin sevincini və həyəcanını yaşayır. Axı körpəningəlişi yeni qayğılar və yeni vəzifələr deməkdir. Hələ ilk dəfə ana olan qadınlar daha həyəcanlı və ürkək olur. Lakin zamanla o, təcrübə yığır və övladının varlığından zövqalmağa başlayır.

Siz körpənizi ilk dəfə çimizdirməli olacaqsınız. İlk sual olur ki, körpəni  nə vaxt çimizdirmək olar? Doğum evindən evə gələn kimi çimizdirmək olar. Əgər vərəm əleyhinə peyvənd olunubsa, bir gün sonra.
Bəs körpəni günün hansı vaxtı çimizdirmək olar? Günün istənilən vaxtı. Sizə nə zaman  münasibdirsə. Unutmayın ki, uşağı hər gün eyni vaxtda və yeməkdən əvvəl çimizdirmək lazımdır.
Körpənizi çimizdirərkən böyüklərdən kimisə köməyə çağırın. Bu nənə və ya təcrübəli qonşu ola bilər. Çimizdirmədə atanın iştirak etməsi də yaxşı haldır. Bu həm atanın məsuliyyəti daha çox hiss etməsinə və gələcəkdə aralarında daha möhkəm bağlılığın olmasına səbəb olur.
Beləliklə, çimizdirərkən əvvəlcədən sizə lazım olacaq hər şeyi hazırlayın.
Birinci-suyu hazırlayın. Yenidoğulan körpəni göbək yarası sağalana kimi qaynamış su ilə çimizdirirlər. Bu 18-22 gün ərzində olur. Ona görə də suyu əvvəlcədən qaynadın və 38°-yə qədər soyudun.
İkinci- körpəni çimizdirəcəyiniz yer. Bu yer isti olmalı- 22-24° olmalı. Yelçəkən olmamalı.  Sizə uşağı saxlamaq və vannaya hər tərəfdən yaxınlaşmaq rahat olmalıdır. Siz körpəni hamamda və ya mətbəxdə çimizdirə bilərsiniz. Mətbəxdə vannanı stolun üzərinə qoyduqda əyiləməyə də ehtiyac qalmır.
Üçüncü- körpənin geyimini hazırlamaq. Əgər körpəni bələyirsinizsə, bələklərini, paltar geyindirirsinizsə, bez, köynək, retuzunu hazırlayın. Onları geyindirəcəyiniz ardıcıllıqla qoyun.
Bundan başqa sizə lazım olacaq: 1,5-2 litr həcmində su qabı, yumşaq dəsmal, uşaq sabunu, pambıq, qaynadılmış bitki yağı və va vazelin yağı, prisipka, 3%-li hidrogen peroksid və zelyonka, 2 pipet lazım olacaq. Marqans məhlulu hazırlayın. Yenidoğulmuş körpənizin göbək yarası sağalana kimi onun suyuna bu məhluldan tökəcəksiniz.                                                                                                                                                              
Gəlin körpəni çimizdirməyə keçək. Yaxşı olar ki, körpəni iki nəfər: biri çimizdirsin, biri lazımi əşyaları versin.
Otağı hazırlayın, vannaya suyu tökün. Temperturu yoxlayın, 38-39° olmalıdır. Bir neçə damcı marqans məhlulu əlavə edin. Su zəif çəhrayı rəng alır. Su vannaya təxminən 15 sm hündürlüyündə su tökün. Elə olsun ki, körpənin başı, çiyni və sinəsi sudan kənarda qalsın. Göbəyin suya girməsindən narahat olmayın. Axı biz bütün təhlükəsizlik tədbirləri görmüşük. Yanınıza təmiz su qoyun (36°).
İndi körpəni soyundurun. Sol əlinizdə baş və kürəyini, sağ əlinizdə sağrı və ayaqlarını saxlayın. Onu ehtiyatla suya salın. Elə edin ki, baş və çiyinlər sudan kənarda qalsın. Körpənin başını və kürəyinizdə həm sol əlinizdə, həm də satışda olan xüsusi dayaqlardan istifadə edə bilərsiniz. Əvvəlcə körpənin bədənini, daha sonra isə başını yumalıdısız. Belə olsa gec soyuqlayar. Sağ əlinizlə körpənin başını, bədənini sabunlayın, sonra uşağı çevirin arxasını sabunlayın. Sonda təmiz su ilə arxasını və ön hissəni durulayın. Amma körpəni yaxalayarkən üzüstdə bir qolunuzun üstündə tutun, o biri əlinizlə dəstək verin. Köməkçiniz isə suyu axıtsın. Belə etsəniz su körpənin gözlərinə,burnuna, qulaqlarına dolmayacaq.
Körpəni vannadan çıxarın, yumşaq dəsmalın üstünə qoyun. Dəsmala bükün, geyindirəcəyiniz otağa aparın. Ehmalca dəsmalla qurulayın. Büküşləri xüsusi qurulamağı unutmayın. Büküşlərə yağ çəkmək lazım gələcək. Pambığı yağa batırın, boyun büküşlərini, qoltuqaltı və qasıq nahiyələrini yağlayın. Əgər övladınızın bədəni yağ götürmürsə, onu prisipkalayın ya da adi kartof nişastası istifadə edə bilərsiniz. Unutmayın ki, nişasta yalnız quru dəriyə vurula bilər.
Sonra göbək yarasını işləyin. Pipetlə 2-3 damcı hidrogen peroksid tökün. Artığını pambıqla silin. Sonra zelyonka damızdırıb qurumasını gözləyin.
Artıq körpəni geyindirmək olar. Köynəyi önünü arxaya geyindirin.Körpə vaxtı uşağın dərisi çox həssas olduğu üçün körpənin paltarlarını tərs üzünə geyindirin. Belə olduqda tikişlər geyimin xaricində qalacaq. Bezini və retuzunu geyindirin. Başına isə saçı quruyana qədər yaylıq bağlayın.
Çimizdirərkən körpəylə mülayim bir səslə danışmağı unutmayın.


Şərhlər:
Baxılıb: 812
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz