Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni doğulmuş körpənin dərisinə qulluq
Yeni doğulmuş körpənin dərisinə qulluq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 510
Səs ver:
Körpə dərisi bir möcüzədir. O, məxməri və yumşaqdır. Dərinin sağlam saxlanması gigyenik cəhətdən vacib olduğu kimi, həm də sağlam dəri mikroblar üçün baryer rolunu oynayır.  
Uşaq 9 ay ana bətnində su mühitində olur. Orada onun bədəni xüsusi yağlı örtüklə örtülü olur. Bu onu suyun zədələnmələrindən qoruyur. Doğuşdan sonra bu qatı təmizləyirlər. Vaxtından gec doğulan uşaqlarda bu qat ümumiyyətlə olmur. Onların barmaq ucları suyun təsirindən büzüşür.  Doğuşdan sonra uşaq su mühitindən hava mühitinə düşür. Ona görə də doğuşdan təxminən bir həftə sonra dərinin fizioloji soyulması baş verir.
Bu zaman körpə dərisinə qulluq üçün qidalandırıcı-nəmləndirici vasitələrdən istifadə olunur. Dərinin soyulması zamanı kosmetik süd istifadəsi daha məqsədəuyğundur. Çünki o, daha geniş hissəyə sürtülə bilir. Təmiz əllərlə südü körpənin dərisinə sürtmək lazımdır. Körpə dərisi çox incə olduğu üçün asan zədələnə bilir. İstənilən zədələnmə həm yerli, həm də yayıla bilən infeksiyaya səbəb ola bilər.Uşağın bələkləri, paltarları,  vannalarının təmizliyi dərinin mühafizəsində vacibdir.

İndi ardıcıllıqla dəri təmizliyinə nəzər salaq.
Uşaq səhər yuxudan durub. Günü onun əl-üzünü yumaqla başlayın. Yumağa gözlərdən başlayın.

Hər gözə ayrı pambıq götürün, qaynamış, suya batırın, gözün kənarından içərisinə doğru silin. İlk aylarda körpələrdə gözdə ağ yığıntı ola bilər. Bu zaman gözləri çobanyastığı dəmləməsi ilə silmək olar.
Uşağın nəfəs almasını asanlaşdırmaq üçün burnunu uşaq yağı ilə yağlanmış pambıqla müntəzəm olaraq təmizləyin. Təmizliyin bu mərhələsində xüsusi diqqətli olmaq lazımdır. Körpənin burnunu zədələmək üçün maksimum ehtiyatlı davranın. Bundan başqa nəfəs yoluna birbaşa tətbiq olunan kosmetik yağ allergiya doğurmasın.

Təmizliyin sonuncu mərhələsində körpənin üzünü qaynamış suya batırılmış pambıqla silin.

Bəs gün ərzində körpə dərisinə necə qulluq etməli?
Körpə bədənində ən çox qayğıya ehtiyacı olan yer sağrı və qasıq büküşləridir. Çünki bezlə təmasda olmaqla bu nahiyələr sidik nəcisin mənfi təsirinə məruz qalır. Körpənin bezini tez-tez dəyişmək lazımdır. Onu yedizdirməzdən əvvəl dəyişin. Əgər uşaq bezini batırıbsa, onu uşaq sabunu ilə yuyun. Uşaq sabununun qələviliyi daha az olur və körpənin dərisini qurutmur. Bundan başqa onların tərkibində yumşaldıcı əlavələr- qliserin, lanolin, kokos yağı olur. Qız uşaqlarını öndən arxaya yumaq lazımdır. Oğlanlarda penis və xayaları penisin dərisini çevirmədən təmiz yumaq lazımdır. Sonra isə təmiz dəsmalla qurulamaq lazımdır. Sağrı və qasıq nahiyəsinə uşaq kremi ehtiyatla nazik qat çəkilir. Uşaq kremlərinin tərkibinə qliserin, arı mumu, pantenol, A, D, E, C vitaminləri, gülümbahar, çobanyastığı ekstraktı daxildir. Bu komponentlər mikrob və iltihab əleyhinə təsirli olub, zədələnmiş dərinin də tez bərpasına kömək edir.
Axşam isə körpə mütləq çimizdirlməlidir. Bu 2-3 dəqiqəlik prosedur onun dərisinin ümumi gigiyenasında əvəzsizdir. Körpənin suyu 37° olmalıdır. Onu uşaq sabunu ilə çimizdirdikdən sonra yumşaq dəsmala bükün. Ehmalca, sürtmədən onu silin.
Körpə başı gündəlik yuyulmalıdır. Bəzən yanidoğulmuşlarda seboreyalı qabıq əmələ gəlir- buna qneys deyilir. Bu halda körpə başı çimməzdən 1 saat əvvəl yağlanır və çimərkən kiçik daraqla daramaqla təmizlənir. Çimərkən uşaq şampunu istifadə etmək məqsədəuyğundur. Körpə dərisinə qulluq üçün  xüsusən də, onun həyatının ilk günlərində təsadüfi kosmetik vasitədən istifadə etmək düzgün deyil. Seçim edərkən, bu məsələ xüsusi diqqət tələb edir. Analar övladlarına kosmetik vasitələr seçərkən ilk növbədə məhsulun təbii komponentlərdən hazırlanmasına fikir verməlidirlər.

Ülviyyə Səid


Şərhlər:
Baxılıb: 510
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz