Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin dırnaqlarını necə kəsək?
Körpənin dırnaqlarını necə kəsək?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 619
Səs ver:
İlk bir neçə ay uşağın dırnaqları çox tez uzanır. Körpə özünü cızmasın deyə, dırnaqları mütəmadi olaraq kəsmək lazımdır.  Kiçik yaşlarda dırnaqları necə düzgün kəsmək lazım olduğuna baxaq

Həyatının ilk həftələrində körpəmizin dırnaqları
Bir çox valideynlər kimi yeni doğulmuş körpənizin xırda dırnaqlarını tutmaq düşüncəsi onun kiçik əllərini zədələmək qorxusu ilə sizi də həyəcanlandırır.  Sizi rahatlada bilərik, ilk 4-6 həftəsində kəsməsəniz də olar.  Doğumdan sonra dırnaqlar çox yumşaq olduğu üçün onlar dırnaq yatağından çox az fərqlənir. Uşağı yaralamaq riski o qədər çoxdur ki, bu dövrdə dırnaqları heç kəsməmək daha yaxşı olar.

Körpənin uzun dırnaqları – nə etməli?
Bununla bir çox körpə çox uzun dırnaqlarla doğulur.  Körpəniz özünü zədələməsin deyə və ya yumşaq dırnaqlarını qoparmasın deyə mütləq nəsə etmək lazım gələcək.

Doğuşdan sonra körpənin dırnaqları çox yumşaq olduğu üçün onları ehtiyatla qopartmaq olar.
Bəzi valideynlər yenidoğulmuşların dırnaqlarını dişləməyi daha rahat hesab edirlər. Dodaqlar və dil hədsiz dərəcədə hissiyyatlı olduğu üçün dırnağı və
Dırnaq yatağını daha yaxşı duyur. Bundan başqa qalmış iti kənarlar da daha yaxşı bilinir.
Əgər siz yenidoğulmuş körpənizin dırnaqlarını kəsmək istəmirsinizsə,  onda siz ona xüsusi corab və ya əlcəklər geyindirə bilərsiniz.

Körpənin dırnaqlarını nə ilə kəsək?
Körpənin dırnaqları müəyyən qədər sərtləşməyə başladıqda siz onu adi üsülla kəsə bilərsiniz.  Bunu adi yoxsa xüsusi dırnaq qayçısından hansi ilə  edəcəyinizə özünüz qərar verin.  Hər ikisi ucu hamar olmalıdır ki, hər hansı bir zədələnmə olmasın. Uşaq qayçıları xüsusən çox xırda dırnaqları kəsmək üçün nəzərdə tutulmuşdur. Dırnaq sürtgəcindən istifadə etmək məsləhət deyil çunki onunla siz körpənizin zərif barmaq uclarını zədələyə bilərsiniz.                                              

Diqqət: əgər körpənizin dırnaqlarının altında lap kiçik də olsa, çirk qalıbsa onları dırnaq sürtgəcinin ucu ilə təmizləməyə çalışmayın. Bu halda siz onun yumşaq dırnaq yatağını çox ciddi şəkildə zədələyə bilərsiniz.

Körpənin dırnaqlarını necə düzgün kəsmək lazımdır?
Otağı yetəri qədər çox işıqlandırın ki, nə etdiyinizi aydın şəkildə görə biləsiniz.  Daha sonra körpənin əlini öz əlinizinə qoyun və baş barmağınızla onun çeçələ barmağını tutun. Barmağı möhkəm tutmaq vacibdir ki, körpə onu tərpədə bilməsin.  Amma eyni zamanda ona ziyan vuracaq dərəcədə də sıxmayın. Daha sonra barmağınızla dırnağın ətrafındakı əti çəkərək dırnağın təbii şəklini izləyin (eyni formada kəsin).  Əgər bir günə bitirməsəniz bunu bir neçə dəfə təkrar edə bilərsiniz.  Dırnaq qayçısı ilə də eyni şəkildə kəsin.  Körpəyə ziyan vurmamaq üçün iti və ya itilənmiş ucluqlardan qaçının.  Uşağın dırnaqları tez uzandığı  üçün həftə ərzində bu prosesi bir neçə dəfə təkrar etmək lazım gələcək.  Ayaq dırnaqları daha gec uzandığına görə onları bu qədər tez- tez kəsmək zəruri deyil.  Nəzər yetirin : ayaq dırnaqları düz kəsilməlidir ki, kutikula zədələnməsin.

Körpənin dırnağını kəsmək üçün əhəmiyyətli məsləhətlər
Sizə və körpəyə əlavə stress verməmək üçün onun dırnağını yatdığı zaman kəsin. Bu halda o hərəkət etməyəcək və onun barmaqları sərbəst olacaq.

Dırnaqları onu çimizdirdikdən sonra kəsmək yaxşı olar. Çunki onda dırnaqlar yumşalır.

Əgər dırnağı kəsəndə problemlər çıxsa, həyat yoldaşınızdan xahiş edin ki sizə kömək etsin.  Bu zaman o körpənin əlini tutar siz isə diqqətinizi gigiyenik prosesə yönəldirsiniz.

Yaqut Abiyeva


Şərhlər:
Baxılıb: 619
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz