Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpəni bələmək lazımdırmı?
Körpəni bələmək lazımdırmı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 843
Səs ver:
Hazırda körpənin bələnməsi ilə bağlı çoxlu sayda mübahisələr mövcuddur.

Xeyirdimi bu ya yox?
Bəziləri XXI əsrdə yaşadıqları üçün bələnmənin nənələrimizdən qalma adət hesab edirlər və düşünürlər ki, bu körpəyə ziyandır.

Əslində bələmə — körpənin özünü təhlükəsizlik hiss etməsi üçündür.

Körpələri bələmək lazımdırmı? Bu zərərlidir və ya faydalıdır?
Körpə ana bətnində yaşadığı dövrdə kifayət qədər darısqal mühitdə inkişaf edir. Doğuşdan sonra isə böyük və onda qorxu yaradan mühit yaranır.  Bu diskomfort barədə körpələr hələ danışa bilmədiklərindən analarına heçccedil; cür xəbər verə bilmirlər. Ətrafda baş verən bütün diskomfort verən faktorlar körpəyə qorxu verir. Və bu səbəbdən də "moro" adlanan refleks işə düşür. Körpə ilk olaraq bu refleksə uyğun olaraq qollarını yana açır. Əllərin belə açılması refleksin ilk fazasıdır. Daha sonra körpə əllərini sinəsinə sıxır və bundan sonra xaotik formada əllərini yelləyərək ağlayır. Bu refleks bütün körpələrdə var. Və heç də tez keçmir. Təqribən moro refleksi 4 ayında zəifləməyə başlayır. Məhz bu problemin həll edilməsidə kömək edəcək yeganə vasitə bələmədir. Bələnəndə körpənin əlləri onu oyatmağa mane olur. Amma bələnərkən körpənin ayaqlarını möhkəm bağlamaq olmaz.

Bələmə iki növ olur – sıx və sərbəst. Sıx bələmə bizim nənələrimiz və analar fəal təcrübədən keçirirdilər, guya inanırdılar ki, bundan sonra körpənin ayaqları düz olacaq. Bu mif hörmətdən çoxdan salınıb. Çünki sıx bələməyə görə uşağın bədəni daha çətin nəfəs alır, qan dövranı normal olmur və körpəni qeyri-təbii pozada olmağa məcbur edir. Buna görə bərk bələmə kəskin tənqid olunur. Çünki ayaqları hərkətsiz olan körpənin qaz çıxartma ilə də problemləri yaranır.

Nəticədə bəzi valideynlər ümumiyyətl,ə bələmədən imtina edirlər. Körpəyə birdən-birə dəst paltarlar geyindirirlər və ya tempratur icazə verəndə çılpaq saxlayırlar.

Ancaq sərbəst bələklər körpə istədiyi pozanı almasına kömək edir və bədəninində taktil kontakta şərait yaradır.
Amerikalı alimlərin fikrincə, təcrübə göstəriri ki, bələnmə körpənin sakit yuxusu üçün çox vacibdir. Körpə ana bətnində qapalı mühitə öyrəşib, sərbəstdir və hərəkətə mane olmayan bələkdə adət etdikləri hissləri yaşayacaq.
Bələnmə təbii ki, uşağın sakit yuxusu üçündür. Ortaq məxrəcə gəlib körpəni sərbəst bələmək daha faydalıdır. Yəni uşağın əlləri bağlı (özünü oyatmasın deyə) ancaq ayaqları boş bələkdə olmalıdır. Oyaq vaxtı və gəzintidə bələyə ehtiyac o qədər də duyulmur.

Səma Abiyeva


Şərhlər:
Baxılıb: 843
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz