Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin vanna qəbulu üçün məsləhətlər
Körpənin vanna qəbulu üçün məsləhətlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 653
Səs ver:
İlk çimdirmələr ram edici ola bilər. Narahat olmayın: Sürüşkən, büzüşən körpəni təmizləmək təcrübəsi olmayanlar üçün çətin ola bilər. Lakin narahat olmayın; çimdirmək gedərək asanlaşacaqdır. Körpənizi çimdirməyə dair bəzi yaxşı məsləhətləri oxuyun.
Körpəni ilk dəfə çimdirmək həqiqətən böyük işdir. Lakin bunu etmək, necə və harada olduğunu dilə gətirməsək, hər valideynin soruşduğu sualdır. Sürüşkən, büzüşən, bəzən isə qışqıran körpəni çimdirmək təcrübə tələb edir. Buna görə rahatlayın: çimdirmək gedərək asanlaşacaq və körpəniz tezliklə suda çapalamaqdan ləzzət alacaqdır. Bu bölmədə çimdirməyə dair bəzi suallarınızı cavablandıracağıq və çimdirməyi hər ikiniz üçün əyləncəli, təhlükəsiz və asan etmək üçün məsləhətlər verəcəyik.

Nə zaman çimdirməli: Çirklənmə
Körpəni nə zaman çimdirmək onun yaşından çox asılıdır. Yeni doğulmuş körpənin altını təmiz saxlayırsınızsa, əlini və üzünü gündə bir neçə dəfə yuyursunuzsa, onu həftədə iki-üç dəfə çimdirmək kifayət olmalıdır. Ağzından qaytarmasa və ya özünü çirkləndirməsə, körpələr demək olar ki, çirklənmir.

Körpə böyüdükcə, xüsusən də iməkləməyə və ilk yeməyini yeməyə başladıqdan sonra çimmək müntəzəm olmalıdır. Körpə yeriməyə başladıqda onu demək olar ki, hər gecə çimdirməlisiniz və ya yatmazdan əvvəl  rahatlamaq üçün ən azından gün ərzində batmış yerlərini təmizləyərək onu rahatlaşdırmalısınız.

Çimdirmək üçün ən yaxşı vaxt nədir? Ümumiyyətlə, körpə çox ac deyilsə, onu yeməkdən əvvəl çimdirmək yaxşıdır. Yeməkdən dərhal sonra o, ağzından tökə bilər. Böyük körpələr üçün yatmazdan qabaq çimmək yaxşıdır, onlar təmizlənir və rahatlayırlar. Bu gecə vərdişini yaratmaq məsləhətdir: çimmək, nağıl oxumaq, ardından yatmaq. Lakin öz fikrinizlə hərəkət edin və körpənin ehtiyacı olduqda, istənilən vaxt onu çimdirin.

Necə çimdirməli: Süngərləməli və ya süngərləməməli?
Körpənin göbək bağının kökü düşməzdən qabaq (doğuşdan sonra 10-20 gün arası) göbək bağının islanmaması üçün onu süngərlə çimdirmək daha yaxşıdır.

Çimdirmə qaydası:
Körpəni yumşaq, düz yerə uzadın (təmiz dəsmalın üzəri məsləhətdir). Bir qaba ilıq su qoyun, süngər və ya yumşaq əski götürün.
Körpənin üstünü örtün, hər dəfə bir hissəsini ehmalca yuyun.
Həmin nahiyəni qurulayın, üstünü örtüb, başqa nahiyəyə keçin.
Təsadüfən göbək bağını islatsanız, onu ehmalca dəsmalla silib qurulayın. (Göbək bağına qulluq haqqında məqaləni oxuyun.)

Əsaslı çimdirmək
Göbək bağı düşəndən sonra körpəni kran çanağında və ya vannada çimdirmək olar. Vannanı seçin, onun içərisinə dəsmal sərin ki, yumşaq olsun. Sürüşkən körpənizi tutmaq üçün kömək də istəyə bilərsiniz. Çimdirərkən körpənin üşüməməsi üçün hər şeyi əvvəlcədən əlinizin altına qoyun. Ləvazimatların siyahısı:
Böyük dəsmal
Yumşaq əski
Pambıq topları
Uşaq sabunu və ya vanna üçün yuyunma vasitəsi
Göz yaşartmayan körpə şampunu
Körpə fırçası və ya darağı
Yuxarıda sabun yazılsa da, adətən sabuna ehtiyac qalmır, çünki yığılan çirkin çox hissəsi su ilə çıxır. Sabun körpənin təbii nəmləndiricilərini qurudaraq, dərini quru edə bilər.

Əməlli çimdirmək üçün 2 düym ilıq su bəsdir. Körpənin üşüməməsi üçün qarnına ilıq əski qoyun. Bu ilk çimmə proseslərini uzatmaq lazım deyil, cəld yuyundurub yekunlaşdırmaq məsləhətdir. Körpəni möhkəm tutun və yığılan çirki və ya tökülən dərini təmizləyin. Vannada ikən həmişə bir əlinizi onun üstündə tutun. Yeni doğulmuşlarda yuyunma zamanı başı və beli tutmaq lazımdır. Lakin özü oturan körpələrdə də bunu etməlisiniz. Onu yuyundurarkən bunlara diqqət yetirin:

Cinsiyyət orqanları və bez qoyulan hissələr.
Əllər və ayaqlar. Əl və ayaq barmaqlarının arasına da baxın.
Üz və boyun. Gözlərin ətrafında çirk yığılıbsa, zərif pambıq topla kənara doğru silin.

Görünməyən çirkli nahiyələr
Yeni doğulmuşlar çox çirklənmir, lakin görmədiyiniz yerlərdə çirk yığıla bilər. Bu nahiyələri yoxlayın:
Dizlər, boyun və qasıq nahiyəsində qatlanan yerlər.
Qoltuqaltı – parça tozları burada yığıla bilər.
Qulaqların arxası.
Saça qulluq

Hər uşağın doğuşda başı tüklə dolu olmur. Lakin sizin körpənizdə varsa, onu yumşaq körpə şampunu ilə yuyun. Bir damcı şampunu onun başına sürtərək zərif masaj edin və yumazdan qabaq bir az başında qalmasına imkan verin. Körpənin saçını axırda yuyun ki, şampunlu suda çimməsin.

Nəhayət, ilk yuyunmalarda körpə ağlasa, təəccüblənməyin. O, tanımadığı hisslə üzləşib. Otaq temperaturunu isti, suyu lazımi temperaturda saxlayın (aşağıya baxın), sığallayaraq və mahnı oxuyaraq onu sakitləşdirin. O, tezliklə çimməyi xoşlayacaq.

Çimdirərkən vacib məqamlar
Çimərkən körpə çox əylənir, siz iki məqamı unutmamalısınız: suyun temperaturu və onu heç vaxt tək qoymamaq.

Çox isti olması
Körpənin dərisi sizinkindən həssasdır. Nəticədə, sizə xoş olan su onun üçün çox isti olacaqdır. Körpəni vannaya qoymamışdan qabaq əlinizin arxası və ya dirsəyinizlə suyu yoxlayın. Bu hissələr daha həssasdır. Su ilıq olmalıdır, isti yox! Nəzərə alınmalı başqa məqamlar:

Körpə vannası üçün termometr alın. Körpə üçün uyğun temperature 90 dərəcə F və ya daha aşağı temperaturdur.
Bir qəfil yanmanın qarşısını almaq üçün su qızdırıcısını 120 dərəcə F temperature salın.

Evdə təksiniz?
Çimdirərkən nəzərə alınmalı ən vacib məqam onu heç vaxt bir saniyə belə tək qoymamaqdır.  Körpələr 1 düym kimi az suda belə boğula bilər. Siz qapıya baxana və ya telefona cavab verənədək körpə boğula bilər. Buna imkan verməyin. Əgər çimdirərkən mütləq hansısa işi görməlisinizsə, körpəni bükün və özünüzlə aparın.


Şərhlər:
Baxılıb: 653
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz