Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq əşyaları: Yeni doğulan körpə 6 aya qədər
Uşaq əşyaları: Yeni doğulan körpə 6 aya qədər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 943
Səs ver:
Körpələr çox yer tutmurlar, lakin onların əşyaları tutur! Körpənizin ilk həftələrdən bir yaşı tamam olana qədər və ondan sonra nələrə ehtiyacı olduğunu müəyyən etmək üçün bəzi məsləhətləri sizə təqdim edirik. Körpə ləvazimatları seçimi haqqında aşağıda göstərilən məlumatlara nəzər yetirin.
Körpələr çox yer tutmasalar da, onların əşyaları tuturlar. Mağazada gördüyünüz hər şeyə ehtiyacınız yoxdur. Sizə lazım olan bəzi əsas əşyalar var. Aşağıda körpənizi evə gətirəndən sonra bir yaşı tama olana qədər hansı əsas ləvazimatlara ehtiyacınız varsa, onların siyahısı yazılıb.

Yeni doğulan körpə 6 aya qədər
Sizin sevginizdən, istiliyinizdən, südünüzdən və ya onun əvəzedicisindən başqa körpənizin çox şeyə ehtiyacı yoxdur. Lakin işinizi asanlaşdıracaq bəzi əşyalar var.

Uşaq çarpayısı. Körpəniz paltar səbətində və ya şkaf süyürtməsində yata bilər, lakin böyüdükcə onun uşaq çarpayısına ehtiyascı olacaq. Bəzi diqqət yetiilməli olan məqamlar:
 
Çarpayının kənarlarının plankaları arasındakı məsafə 2 3/8 düymdən az olmalı və çatışmayan və ya sıınıq bir hissəsi olmamalıdır.
 
Döşək mçöhkəm və çarpayıya kip yerləşdirilməlidir (kənarlar və döşək arasında məsafə iki barmaqdan artıq olmamalıdır).
 
1985-ci ildən əvvəl hazırlanan çarpayılardan istifadə etməyin, çünki onlar təhlükəsizlik normalarına cavab verməyə bilərlər. Əgər köhnə çarpayını qurursunuzsa, zəhərlənmənin qarşısını almaq üçün çarpayıya 1972-ci ildə əvvəl çəkilmiş boyaları silin.
 
Naxışlar olmasın.
Beşik. Əgər beşikdən istifadə etməyi qərara alsanız, boyabın zərərsiz olduğunu, böşəyin və yerləşdirmənin möhkəmliyini və yırğalama mexanizminin təhlükəsizliyini yoxlayın. Xəbərdar olun ki, beşiklər körpə 3 aylıq olduqdan sonra nadir hallarda istifadə olunur.
 
Oyuncaqlar. Bunlar çarpayıdan 10 - 12 düym hündürdə olmalıdır və sallanan əşyalar olmamalıdır.
 
Avtomobil oturacağı. Dövlət qanununda qeyd olunur ki, xəstəxanadan evə gətirmək də daxil olmaqla, körpənizi harasa apardığınız zaman avtomobilinizdə onun üçün oturacaq olmalıdır. İki seçimdən birini seçə bilərsiniz. Yeni doğulmuş körpələr üçün xüsusi hazırlanmış oturacaq və ya sonradan 20 funt çəkiyə qədər olan uşaqlar üçün də dəyişilib istifadə oluna biləcək körpə üçün avtomobil oturacağı. 20 funta qədər olan körpələrin oturacaqları arxa-yönümlü olmalıdır. Bu o deməkdir ki, körpələr maşının qabağına deyil, oturacağa tərəf baxmalıdırlar. Avtomobil oturacaqları və təhlükəsizliyi haqqında daha artıq məlumat üçün bura klik edin.
 
Önlük. Siz işlərinizlə məşğul olarkən önlük körpənizi sinənizdə saxlayır və onunla daimi əlaqədə olmağınızı təmin edir. Önlüyün körpənizin başını yaxşı saxladığını yoxlayaraq seçin.
 
Oturacaqlı kolyaska. Körpənizlə evdən çölə çıxmaq istəyəcəksiniz və o böyüdükçə bu gəzintilər çoxalacaq və əhəmiyyətli olacaq. Körpələr üçün olan horizontal əyimli halından, daha böyük uşaqlarçün olan şaquli formaya çevrilən kolyaska seçməyə çalışın. Geniş, möhkəm tormozlama mexanizmi və körpənizin təhlükəsizliyini təmin etmək üçün kəmərlər vacib əlamətlərdir.
 
Plastik şüşələr və süd əmziklər. Yeni doğulmuş körpələr 4 unsiyalıq şüşələrdən, daha böyük körpələr isə 8 unsiyalıq şüşələrdən istifadə edirlər. Qeyd: Döşdən əmizdirilən körpələr üçün heç bir şüşə ləvazimatları tövsiyyə etmirik və süd əmziyi sakitləşdirici olaraq istifadə etməyin.
 
Körpə oturacağı. Bir çox valideynlər öz işləri ilə məşğul olarkən, körpələrinin təhlükəsizliyini qorumaq üçün onlar üçün olan oturacaqlardan istifadə edirlər. Möhkəm, rahat oturacaqlı və sürüşməyən oturacaqlar daha yaxşıdırlar. Körpələr üçün avtomobil oturacaqlarını evdə istifadə edə bilərsiniz, lıakin ev üçün olan oturacaqları avtomobildə istifadə etmək olmaz. Körpə oturacaqları avtomobil oturacaqları kimi təhlükəsiz deyil. Körpəniz oturan oturacağı, yüksək yerlərdə saxlamayın. Xəbərdar olun ki, körpələr adətən 4 həftədən sonra bu oturacaqlara sığmırlar.
 
Körpə yelləncəyi. Bir çox valideynlər yelləməyin körpələri sakitləşdirdiyindən əmindirlər. Təhlükəsiz, tanınmış markadan olan yelləncək alın və quraşdırma təlimatına riayət edin. Çox balaca körpə üçün oturacağa yumuşaq bir şey qoyun. Hər zaman kərmərlərdən istifadə edin.
 
Hamam əşyaları. Körpənizin göbəkbağı düşdükdən sonra onu çimizdirə bilərsiniz. Sizə balaca vanna və ya hovuz və hər şeyi yerləşdirmək üçün hazır, təhlükəsiz məkan lazım olacaq. Körpənizi ilk dəfə çimizdirmək üçün təlimatları bura klik edərək əldə edin.
 
Termometr. Rəqəmsal termometrlər istifadə etmək üçün ən rahat üsuldur, lakin bahadırlar. Körpənizin 3 ayı tamam olana qədər qulaq termometrlərindən istifadə etməyin.
 
Dəyişkən stol. Bunu pəncəırə və isitmə sistemindən uzaq qurun. Təhlükəsizlik kəmərindən istifadə edin və bütün dəyişkən əşyaların əlçatan olduğunu yoxlayın.


Şərhlər:
Baxılıb: 943
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz