Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağa çox süd verməyin! Qanazlığı yarana bilər
Uşağa çox süd verməyin! Qanazlığı yarana bilər
Göndərən: emis
Şərhlər:
Baxılıb: 722
Səs ver:
Süd çox xeyirli məhsuldur. Bunu hamı bilir.
Məhz bu səbəbdən analar uşaqlara israrla  süd içizdirməyə çalışır. Lakin onu da nəzərə almaq lazımdır ki, həddən artıq süd içən uşaqda qanazlığının inkişafı riski artmış olur.
Elmi araşdırmalar nəticəsində məlum olub ki, hər gün 2 stəkandan artıq süd içən uşağın  qanında dəmirin səviyyəsi düşür.
Dəmir qan sisteminiz üçün olduqca vacib elementdir. Qırmızı qan hüceyrələri olan eritrositlərin tərkibində xüsusi zülal hemoqlobin var. Hemoqlobin orqanizmdə çox vacib funksiyanı yerinə yetirir - oksigeni orqanizm boyu daşıyır və bütün hüceyrələrə çatdırır. Oksigensiz orqanizmdə gedən bir çox proseslər mümkün deyil. Ümumillikdə oksigensiz insan yaşaya bilməz. Dəmir hemoqlobinin tərkibinə daxildir və dəmir olmadan hemoqlobin öz transport funksiyasını yerinə yetirə bilmir.
Dəmir orqanizmə daim daxil olmalıdır. Dəmirin səviyyəsi aşağı düşdükdə orqanizm oksgenlə pis təmin olunmağa başlayır ki, bu da müxtəlif pozulmalara səbəb olur. Böyüməkdə olan uşaq orqanizmi üçün hemoqlobinin normal səviyyəsi xüsusilə vacibdir.
Gün ərzində südün 2 stəkandan artıq miqdarda qəbulu qanda dəmirin səviyyəsini aşağı salır. Uşaq nə qədər çox süd içərsə, dəmirin səviyyəsi də bir o qədər çox düşəcək.
Beləliklə, gün ərzində uşağa 2 stəkandan artıq süd vermək tövsiyə edilmir. Uşağın qidalanmasında südün miqdarını azaldıb, kəsmik, təbii yoqurt, kefir kimi məhsullarının miqdarını artırın.


Şərhlər:
Baxılıb: 722
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz