Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bişməcə haqqında
Bişməcə haqqında
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 652
Səs ver:

Körpələrin dərisi hələ çox qurudur, çünki tər vəziləri kifayət qədər inkişaf etmiş olmur. Buna görə də onların dərisində büküş yerlərində tez-tez bişməcələr əmələ gəlir – dəri çatlayır, qızarır və qıcıqlanır. Əksər hallarda onlar xüsusilə qasıq və sağrılararası büküşlərdə, bəzən isə bədənin digər hissələrində də əmələ gəlirlər. Pis qulluq və eləcə də körpənin alt paltarı və geyimi üçün istifadə olunan yuyucu maddələrə yaranan allergiya – bişməcələrin əsas səbəblərindəndir. Vaxtında müalicə tədbirləri görülməsə, bunlar açıq yaralara (xoralara) keçə bilər.

 

Bişməcələrin qarşısını almaq, sonradan onu müalicə etməkdən daha yaxşıdır. Bişməcələrin profilaktikası üçün uşağı tez-tez yuyundurmaq; uşaq bezini hər 3-4 saatdan bir dəyişdirmək; əsgilərini, paltarlarını hər zaman təmiz saxlamaq; uşaqların paltar və əsgilərini xüsusi uşaq yuyucu tozları ilə yumaq və axar suyun altında yaxşıca yaxalamaq; uşaq paltarlarını qaynar ütü ilə ütüləmək; hava vannalarının müddətini artırmaq lazımdır. Xüsusi uşaq kremlərdən və yağlardan istifadə edilməsi də çox yaxşı effekt verir. Ancaq nəzərə almaq lazımdır ki, uşaq kremləri və yağları ilə uşağın bütün dəri örtüyünü sürtmək olmaz. Bu, uşağın sağlamlığı üçün çox vacib hesab olunan dərinin tənəffüs funksiyasını pozaraq hətta hipoksiyanın (qanda oksigenin miqdarının çatışmazlığı) əmələ gəlməsinə səbəb ola bilər.

 

Qida allergiyasından əziyyət çəkən uşaqlarda bişməcələrə daha tez-tez rast gəlinir. Uşağın və ya süd verən ananın rasionundakı allergen məhsullar uşağın nəcisinə və sidiyinə kəskin yeyici xüsusiyyət verir ki, nəticədə uşağın dərisi qıcıqlanaraq iltihablaşır.

 

Uşağın dərisində bişməcələr əmələ gəlmişdirsə, onunla mübarizədə ən yaxşı üsul – hava vannalarıdır. Dərinin zədələnmiş hissələrinə tərkibində sink olan uşaq kremləri (o, dərini bir gədər qurudur) sürtmək lazımdır. Uşağı çimizdirərkən onun vannasındakı suya kalium permanqanat ("marqantsovka”) və ya ot dəmləmələri (çobanyastığı, adaçayı, pişikdili və s.) əlavə etmək də yaxşı nəticə verir. Bu zaman uşaq tozundan isə imtina etmək tövsiyə olunur. Bu tozlar büküşlərdə yığılaraq, uşağın vəziyyətinə pis təsir edir.

 

Bişməcə mikrob iltihabı ilə qarışarsa, körpədə bələk dermatiti əmələ gəlir. Uşağın dərisi hətdən artıq quru olur, qızarır və şişir. Bu halda mütləq pediatra müraciət etmək lazımdır.



Şərhlər:
Baxılıb: 652
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz