Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda zehin açan qidalar
Uşaqlarda zehin açan qidalar
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1588
Səs ver:
Uşaqlıq və yetkinlik dövründə öyrənməyi çətinləşdirən və ümumi bədən müqavimətini salan əhəmiyyətli faktorlardan biri pis bəslənmə vərdişidir. Təəssüf ki, indiki vaxtda orqanik və qatqı maddədəsiz qida tapmaq az qala qeyri-mümkün hala gəlmişdir. Bunun yanında tez-tez istehlak edilən hazır qidaların qida dəyəri olmadığı kimi, köklüyə də səbəb olması ayrı bir problem halına gəlmişdir. Yaxşı bəslənə bilməmək, bədəni xüsusiyyətlədə beyni, bir çox vitamindən və faydalı qida maddəsindən məhrum buraxar. 
 
Beyin enerjisini tam ala bilmədiyi üçün, funksiyasını da lazım olduğu kimi edə bilməz. Bunun nəticəsində diqqət dağınıqlığı, qəbul etmə pozuqluğu, öyrənmə çətinliyi olur. Ayrıca immunitet sistemi zəiflədiyi üçün, bir çox xəstəliyində meydana gəlməsi asanlaşar. Bunun üçün uşaqlarımızın bəslənməsinə diqqət göstərməli, zaman-zaman qan təhlili etdirərək bədəndəki mineral və vitaminlərinə nəzarət edilməlidir. 
 
Beyin bədənin ən çox bəslənməyə ehtiyac duyan orqanlarının başında gəlir. Hal-hazırda inkişafını davam etdirən bir beyin isə daha çox vitamin və minerallara ehtiyac duyar. Aşağıda möcüzə qidalardan bəziləri gostərilib. 

ANA SÜDÜ
Yeni doğan körpələrdə ana südünün əhəmiyyəti böyükdür. Ana südü ilk altı ay yeni təbiətin bütün qida ehtiyacını qarşılayar. Edilən araşdırmalar ana südü ilə bəslənən uşaqların zəka səviyyəsinin daha çox olduğunu sübut etmişdir. Özəlliklə doğumdan sonra verilən ilk süd, ilk peyvənddir. 
 
BALIQ
Yağlı balıqlar beyin böyüməsi və funksiyası üçün təməl əhəmiyyətə sahib olan DHA və EPA omeqa-3 yağ turşusu qaynağıdır. Bəslənmələrində bu yağ turşuları bol olan kəslərin ümumi qabiliyyət testlərində daha müvəffəqiyyətli olduqları bilinməkdədir.
 
YAĞLI TOXUMLAR
Badam, fındıq, qoz, fıstıq kimi yağlı toxumlar ehtiva etdikləri omeqa-3 və omeqa-6, maqnezium və sink ilə beyin inkişafında və yaddaşın gücləndirilməsində əhəmiyyətli rol oynayarlar. 

YUMURTA
Yumurta yaxşı bir zülal qaynağı olduğu kimi, yaddaş inkişafında əhəmiyyətli bir rol oynayar. 
 
TAXILLAR
Beynin davamlı qlükozaya ehtiyacı vardır. Taxıllardakı liflər bədəndə qlükozunı nizamlayır. Sinir sistemini sağlam edən B vitaminləri qaynağıdır. Yarma, uşaqlar üçün həm bəsləyici həm də sevdikləri bir taxıl variantıdır. Yulaf, həm zəngin bir enerji qaynağı olmasının və bol lif olmasinin yanında sinir sisteminin tam tutumla çalışması üçün lazımlı olan E və B vitamini, kalium və sink qaynağıdır.
 
ÇİYƏLƏK, QARAĞAT, BÖYÜRTKƏN, MORUQ
Bu tünd rəngli meyvə ailəsi yüksək səviyyədə antioksidan qaynağıdır. Göz, diş əti və ümumi sağlamlıq üçün lazımlı A vitamini və C vitaminləridir və yaddaşı gücləndirirlər.
 
PAXLALILAR
Zülal və kompleks karbonhidrat müsbət lif anbarı olan paxlalılar, bol miqdarda vitamin və mineral qaynağı olduğundan xüsusilə günorta yeməyində məğlub yeyil iklərində uşağın zehni fəaliyyətlərinin günortadan sonra yüksək səviyyədə qalmasına köməkçi olarlar. 
 
RƏNGLİ TƏRƏVƏZLƏR
Pomidor, bal balqabağı, kök, ispanaq, beyin hüceyrələrinə güc və sağlamlıq verən antioksidan qaynaqlarıdır.
 
SÜD VƏ QATIQ
Süd məhsulları, güclü sümük və dişlər üçün lazımlı D vitamini və kalsium ehtiva etmələrinin yanında fermentlərin istehsalı üçün lazımlı zülal, karbonhidrat və B vitaminləriylə doludur.
 
ƏT
Ətdə olan dəmir, uşaqların məktəbdəki enerjiləri və konsentrasiyaları üçün təməl əhəmiyyətə sahib bir mineraldır. Yağsız ət dəmir qaynaqlarından biridir. Ətdə ayrıca yaddaşa köməkçi olan sink və bəzi B vitaminləri var.


Şərhlər:
Baxılıb: 1588
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz