Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Anaya möhtac analar
Anaya möhtac analar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2593
Səs ver:


"Ana olarkən anl
alt
 
arsan
" sözü, anaların qız uşaqları üçün söylədiyi, ağır amma gerçək olan sözlərdən biridir.
Qızlar, uşaqkən anaları ilə çox razılaşa bilməzlər. İkisinin də yola getməməsinə, ikisində də olan kapriz, səbəb olmaqdadır. Bir-birlərinin kaprizini çəkə bilməyən hər iki adamın da kaprizini qısa bir müddətə tək bir kişi çəkər, o da atadır)) Qısa müddətə sığınılan ata qucağında; ana, özünü anlamayan qızına "Ana olanda anlarsan" deyər. Bu söz "duadırmı yoxsa qarğışdırmı" naməlumdur amma gerçəkləri izah edən bir söz olduğu qətidir. Ana ilə qız arasında yaşanan bu qısa dövrlük problem keçdikdən sonra yenə qızların dönüb gəzib gələcəkləri yer ana qucağıdır. Çünki qızlar, tez ya da gec anlayarlar ki "ağlayarsa , anam ağlar, gerisi yalan ağlar". Təbii ki, bu cür sözlərin əhəmiyyətini, bəzən anamız həyatda ikən bəzən deyilkən bəzən daha uşaqkən bəzən də ana olanda anlayırıq.
Anamızın qiymətini, ana olunca anlayırıqmı, həqiqətən?Ana olacağımı öyrənəndə də, artıq ana olanda da Ana qucağına sığındım. Ana olmuşdum amma mən də bir anaya möhtacdım.
Uşaq doğulanda övladına gözü kimi baxan anam, köhnə günlərə dönərək, körpəliyimin ilk günlərindəki kimi gecəni yuxusuz keçirdi. Onun üçün əhəmiyyətli olan övladının rahatlaması və uşağına baxa bilməsi idi! Yaxşı, mən nə etdim?
Uşaq doğulduqdan sonra evə gələndə, anamın körpələri qucağına götürməsini xatırlayıram ))"Salacağını zənn edərək, əlinin altına əlimi qoyaraq, ona güvənə bilməmişdim". O məni böyütməmişdimi? Bəs niyə idi, bu etibarsızlıq? Uşağı çimdirməyimizi xatırladıqda da yenə bənzər duyğuları yaşayaraq, anamın sanki körpəni əlindən salacağını zənn edərək, hər hərəkətini izlədiyimdə isə yenə bir etibarsızlıq vardı. Ana olmanın vermiş olduğu bir instinktləmi davranırdım, yoxsa "mən yanaram balama, balam yanar balasına" sözü gerçək idi bundan ötərimi belə davranırdım?
Zamanla ana və uşaq olma tarazlığını quraraq, anamın əslində şəfqət sahibi biri olduğunu anladım.
Uşağa baxdıqca hər ikimizdə keçmişə dönür və o günləri xatırlayaraq, fərqli duyğular yaşayırdıq. Onun gözündə hələ uşaq olan mən, ana olmuşdum və ona bu duyğuları yaşadırdım. İkimiz də zamanın nə qədər tez keçdiyinə inana bilmir amma ikimiz də çox şanslı olduğumuzu görürdük.
O, mənim uşağa baxarkən yorulmağıma , ac qalmağıma narahatlıq edərkən, mən də övladımın nərdivanlardan enib çıxarkən yıxılmasından narahatlıq edirdim. Hər ikimizin də etdiyi tək şey vardı, o da dua etmək idi. O mənə dua edir, onun duası da məndən övladıma keçirdi, "Allaha əmanət". "Allahım, uşaqlarımı sən bütün uşaqlar ilə birlikdə qoru".
Analıq belə bir şey idi. Anlayırsan qiymətini ananın amma istədiyin dəyəri verə bilmirsən. Anasansa, birincilik balana aid olur. Hər ikisi üçün də övlad deyildiyində burnunun dirəkləri sızlayır amma ana dəyincə elə olmur. Çünki "mən yanaram balama, balam yanar balasına" sözü gerçək olur yəqin. .
Qadını analıqla yüksəldənin qüdrətinə şükürlər olsun!!!


Şərhlər:
Baxılıb: 2593
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz