Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda sistid xəstəliyi
Uşaqlarda sistid xəstəliyi
Göndərən: ulduz
Şərhlər: 9
Baxılıb: 604
Səs ver:
Sistit - sidik kisəsinin iltihab prosesidir. Bu, uşaqlar arasında kifayət qədər geniş yayılmış xəstəlik olsa da, təəssüflər olsun ki, əksər hallarda "adi zökəm kimi” valideynlər tərəfindən vaxtında diqqət yetirilməyən hallardan biridir.

Buna isə qəti şəkildə yol vermək olmaz!

Çünki vaxtında müalicə olunmamış sistit həm xroniki sistitə, həm də ağırlaşaraq böyrəklərin iltihab prosesinə - pielonefritə (əvvəlcə kəskin, daha sonra isə xroniki) keçə bilər.

Əksər hallarda sistit uretritdən (sidik kanalının iltihabı) başlayaraq inkişaf edir. Anatomik quruluşla bağlı olaraq sistit qızlarda oğlanlara nisbətən daha çox rast gəlinir. Buna səbəb isə qızlarda sidik kanalının uzunluğunun oglanlara nisbətən xeyli qısa olmasıdır. Ona görə də qızlarda sidik kanalında başlayan hər hansı bir iltihab prosesi daha tez bir zamanda sidik kisəsinə yayıla bilir. Qız uşaqları olan valideynlər bunu yaddan çıxarmamalıdırlar!

Sistit zamanı uşaqda tez-tez sidiyəgetmə çağırışı, sidik ifrazı zamanı kəskin ağrı, göynəmə hissiyyatı, həmçinin qarnın aşağı hissəsində agrı, bulanıq rəngli, kəskin, xoşagəlməz iyli sidik ifrazı əlamətləri də olur.

Sistitin inkişaf etməsi bir neçə səbəbdən ola bilər. Onlardan biri, sadə gigiyena normalarına riayət olunmamasıdır. Uşaqların sidik cinsiyyət üzvlərini hər səhər - yuxudan qalxarkən və axşam - yatmamışdan qabaq, eləcə də hər defekasiya (nəcis ifraz edilməsi) aktından sonra (anus ətrafını) yumaq lazımdır.

Hər yuyunmada sabundan (yalnız çimizdirərkən vacibdir) istifadə etmək vacib deyil. Tez-tez sabunla yuyulma qız uşaqlarında uşaqlıq yolunun normal mikroflorasının tələf olmasına, xəstəlik törədici mikrobların isə tez bir zamanda inkişaf etməsinə səbəb olur. Xəstəlik törədici mikroblar isə usaqlıq yolundan ona çox yaxın olan sidik kanalının xarici dəliyi vasitəsilə asanlıqla sidik kisəsinə keçir.

Sistitin inkişaf etməsinin digər səbəbləri - göbələk xəstəlikləri, bağırsaq disbakteriozu və s. də ola bilər.

Çöx zaman valideynlər səhv olaraq sistitin əsasən soyuqdəymə səbəbindən baş verdiyini düşünürlər. Lakin bu heç də belə deyildir. Sistitin inkişafında soyuqdəymənin rolu yalnız orqanizmin immunitetini zəiflədərək zərərli mikrobların inkişafı üçün "yaxşı” şərait yaratmasından ibarət ola bilər.

Uşaqda sistitin ilk əlamətləri aşkar edilən kimi, onu həkimə göstərmək lazımdır. Xəstəliyin müalicəsi əsasən antibiotiklərlə aparılır. Müalicə prosesində qızdırıcı vasitələrdən istifadə edilməsi də (uşağın qarnını yun şala bürümək, budlarının arasına isti su doldurulmuş plastik qab qoymaq, qarın nahiyəsinə tavada qızdırılaraq əsgi torbaya yığılmış duz qoymaq və s.) uşağın vəziyyətini yüngülləşdirir.

Sidik kisəsinin yuyulması məqsədilə uşağa çöxlu miqdarda ilıq maye içizdirmək də məsləhət görülür. Bu zaman həmçinin müəyyən pəhrizə əməl edilməsi də vacib hesab edilir. Bu məqsədlə duza qoyulmuş müxtəlif tərəvəzlər (pomidor, xiyar, bibər, istiot və s.), hisə verilmiş qida məhsulları, eləcə də ketçup, mayonez kimi souslar və s. qida rasionundan çıxarılmalıdır.


Şərhlər: 9
Baxılıb: 604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
sistit daha təhlükəli vəziyyətə çatmadan müalicə olunmalıdır.

...666...
11 avqust 2015 17:16
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Allah uzaq etsin, Allah butun balacalari qorusun Amin Insaallah.
11 avqust 2015 07:16
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
xeyalperest
Mende de variydi balaca olanda amma mende soyuqdanitdi
10 avqust 2015 21:42
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
amaril
Allah butun usaqlara komek olsun.
10 avqust 2015 21:22
# 6
Fialka
Bu cür xəstəliklər zamanı çox zaman bəzi valideynlər nəzərə almır , diqqətsiz davranır amma vaxtında nəzarət edib həkimə müraciət etsələr ağırlaşmadan qarşısı tez və asan alınar .
10 avqust 2015 19:53
# 5
vipbetul
Allah uzsaqlari qorusun insallah,gerek ki usaqi vaxtinda hekime aparib mualige alasanki getdikge dahada cetinleshmesun veziyyeti

Allah uzsaqlari qorusun insallah,gerek ki usaqi vaxtinda hekime aparib mualige alasanki getdikge dahada cetinleshmesun veziyyeti
10 avqust 2015 19:40
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
VIP
Allah iraq etsin.Uşaglar canımda irəlidi
10 avqust 2015 19:18
# 3
Başımın üstündə Allah,yanımda ailəm olsun.
BARBI
Usaqlarda sistit cox agir fesadlar vere biler. Gecikmeden mualice edilmelidir
10 avqust 2015 19:02
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ALESSANDRA
Allah uzaq etsin
10 avqust 2015 19:01
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz