Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpəmizi ilk anından qoruyaq
Körpəmizi ilk anından qoruyaq
Göndərən: Nazlı_qız
Şərhlər: 11
Baxılıb: 925
Səs ver:
Yeni doğulmuş körpələrin dəriləri çox incə, həssas olur və asanlıqla zədələnə bilir.  Ona görə də valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar. Körpənin dərisinin zədələnməsi onda bir sıra xəstəliklərin yaranmasına da yol aça bilər.

Doğuşdan bir-iki gün sonra körpənin dərisi quru olur. Oynaq yerlərdə isə dəri qıvrılmaları və ya çatlar ola bilər. Buna görə də allergik təsir göstərməyən losyonlar və ya sırf körpələr üçün nəzərdə tutulmuş losyon və yağlardan istifadə edərək körpənizin dərisini gün ərzində bir-iki dəfə nəmləndirməlisiniz.

Yağların sırf körpələr üçün olmağına baxmayaraq, yeni doğulmuş körpələrin dərisinə onları birbaşa çəkmək onlarda allergik reaksiyanın yaranmasına səbəb ola bilər. Ona görə də daha yaxşı olar ki, körpənizi çimdirərkən və ya dərisini islatdıqdan sonra çəkəsiniz. Uşaq yağlarını daha yaxşı olar ki, həftədə bir dəfə işlədəsiniz.

Doğuşdan sonra  körpənizin dərisində ucları sarı-ağ və ya qırmızı rəngdə olan səpkilər ola bilər.  Bunu körpənin bədəninin müxtəlif yerlərində görə bilərsiniz. Körpənizdə bu tip səpkilər varsa, narahat olmayın. Onlar təqribən bir həftə və ya on gün ərzində keçib gedir. Əgər bu müddət ərzində təmizlənməsə və ya əksinə, sayı getdikcə daha da artsa, bu zaman mütləq həkimə müraciət etməlisiniz.

Yeni doğulmuş körpələrdə bişməcələr də tez-tez özünü göstərən bir narahatlıqdır. Onların qarşısını almaq üçün körpənizə hər dəfə süd verməmişdən əvvəl yoxlayın və əgər ehtiyac varsa, bezini dəyişin. Ana südü ilə bol qidalanan körpələrdə bişməcələr az hallarda olur.  Ancaq dəyişilməyən bezlər qaldıqca körpələrdə bu cür narahatlıqlara səbəb olur. Ona görə də körpənizin bezlərini tez-tez yoxlamalı və ehtiyac yaranan kimi dəyişdirməlisiniz.

Əgər körpənizdə bişməcələr yaranıbdırsa, o zaman bezini hər dəfə dəyişdirərkən mütləq bişməcə əleyhinə olan kremlərdən vurun. Əgər krem təsir etməsə və bişməcə getdikcə artsa, bu zaman mütləq həkimlə məsləhətləşməli və körpənizi müayinədən keçirməlisiniz. Həkim hansı krem və ya dərmanı yazsa, onu mütləq körpənizin dərisinə vurmalısınız.

Körpəniz nəcisə getdikdən sonra onun beldən aşağı bütün bədənini yumağınız daha məsləhətlidir. Geyimlərinin isə pambıq və allergiya verməyən yumşaq parçalardan olmağına diqqət edin. Paltarlarını yuyarkən adi təmizləyici vasitələrdən istifadə etməyin. Bunun üçün xüsusi yuyucu tozlar var.

Körpələri öz geydiyimizdən bir qat daha artıq geydirmək məcburiyyətindəyik. Əgər öz əynimizdəki paltardan bir qat çıxarırıqsa, o zaman körpəmizdən də bir qat paltar çıxartmalıyıq. Yəni əgər soyuqdur deyə qalın köynək geyibsinizsə, körpənizin geydiyi köynək sizin köynəkdən bir qədər də qalın olmalıdır və əgər sizə istidirsə, demək körpənizə də müəyyən qədər istidir.

Artıq ana südündən hazır qidalara keçən körpələrə gün ərzində lazımı miqdarda su verilməlidir. Bu, onun dərisinin də quru olmasının qarşısını alacaq.

Ən əsası da unutmayın ki, bir yaşına qədər olan uşaqları günəş şüalarının birbaşa təsirindən qurmaq lazımdır. Çünki körpələrin cildində  dərini günəşin zərərverici şüalarından qoruyan "melonin” adlı təbii qoruyucu qat olmur.


Şərhlər: 11
Baxılıb: 925
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Bunu bilmeyen ana var yeni men ana deyilem men bilirem
4 yanvar 2016 22:05
# 11
ALESSANDRA
yenice ana olmus xanimlarcun yaxsi meslehetdi
7 avqust 2015 17:01
# 10
Don't trust anyone ∆
WiRiN BaLaM
hər bir valideyin əməl etməlidir korpələri qorumaq mütləqdir ilk vaxtlarda
7 avqust 2015 16:29
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Catwoman666
Yeni doğulan uşaqların dərisi hamar, həssas olur. Valideynlər körpəyə düzgün qulluq etməlidir.

...666...
6 avqust 2015 19:06
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
KRALİCEM
Menim qizim 10ayliqdi sepgiler olubdi leyner melhemi cekirdim gedirdi o gunde yani acilmisdi mehemden vurdum getdi
6 avqust 2015 00:34
# 7
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
14MsM
menim qizimda 10gundu olub olmuyanlara qismet(ama problem var dua edin qizlar bir arzum var balamla bagli arzuma catim hecne istemirem dua edin)
6 avqust 2015 00:10
# 6
Tomris Müslümova
Caan şəkildəki uşaq nə gözəldi?? analar üçün eləcədə bizim üçün faydalıdı
5 avqust 2015 22:31
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
VIP
Bunları bilirəm uşaglarıma etmişəm
5 avqust 2015 22:17
# 4
Başımın üstündə Allah,yanımda ailəm olsun.
BARBI
Korpenin derisi cox hessas olur. En azi bir yasina qeder qorumaq lazimdir.
5 avqust 2015 19:48
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
annelercin lazimli meslehetlerdi
5 avqust 2015 19:25
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
guler19
Körpələrin dərisi yumşaq və hamar olduğundan ona toxunmaqdan insan özün saxlaya bilmir. Elə həmişə yumşaq və hamar saxlamaqdan ötrü günəş şüalarından qızartılardan müxtəlif xəstəliklərdən qorumaq valideynlərin borcudu. quc Xəbərdə verilən məsləhətlər də analar üçün olduqca faydalı məsləhətlərdir. tşklər
5 avqust 2015 19:13
# 1
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz