Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vannada körpənin təhlükəsizliyi necə təmin olunur?
Vannada körpənin təhlükəsizliyi necə təmin olunur?
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 722
Səs ver:
Körpələrniz vannada  sularla oynamağı sevir və çox əylənirlər. Lakin vannada körpənizin təhlükəsizliyi üçün mütləq bilməniz lazım olan qaydalar da var. Ən əhəmiyyətli qayda isə nə olursa, olsun körpənizi vannada yalnız buraxmamalısınız. Körpənizi çimdirmədən əvvəl bütün vəsaitləri əlinizin altında saxlayacaq şəkildə hazırlamalısınız. Uyğun su istiliyində üşütmədən onu yuyundurmalı və qurulamalısınız. Körpə vannası haqqında anaların ən çox maraq etdiyi sualları cavabları bunlardır.

Körpəmin vanna suyunun istiliyi necə olmalıdır?
Suyun istiliyini termometr ilə ölçə bilərsiniz. Bəzi duş termometrlərinin eyni zamanda uşağınız üçün əyləncəli bir oyuncaq ola bilir. Bir çox termometr ideal bədən istiliyi olan 37-38 dərəcə arasını göstərir. Su istiliyini ölçə bilməyin bir digər asan yolu da dirsəyinizi suya salmaqdır. Əlinizi suya soxaraq doğru şəkildə suyun istiliyini anlaya bilməzsiniz, çünki əliniz suyu nə isti, nə də soyuq hiss edə bilər.

Vannadakı suyun dərinliyi necə olmalıdır?
Yeni doğulmuş və altı aylıq körpələr üçün 13 sm dərinlik idealdır. Yəni körpəniz ləyənində oturduğunda dizlərini bağlayacaq qədər su kafidir. Körpəniz oturaq vəziyyətdə su bel boyunu əsla keçməməlidir. Diqqət yetirməniz lazım olan əhəmiyyətli nöqtələrdən biri də; su axmağa davam edərkən  körpəni ləyənə oturtmamaqdır. Su birdən yüksələ və təhlükə yarada bilər.

Körpəmi ləyəndə necə oturtmalıyam?
Körpənizi yavaşca ləyənə yaxınlaşdırarkən bir əlinizlə altdan poposunu tutun. Digər qolunuzla da baş arxasından dəstək verin. Körpəniz ləyənə rahat bir şəkildə yerləşdikdən sonra üzərinə bir az su tökə bilərsiniz. Körpəniz hələ öz-özünə oturmursa, bir duş zənbili, otura bilirsə, bir duş oturacağı istifadə edə bilərsiniz.

Ən əhəmiyyətlisi oturmağa başlamış olsa belə körpənizi əsla vannada yalnız buraxmayın. Körpələr 3 sm-dən az suda belə boğula bilərlər. Sürüşməsi və başının suya girməsi saniyələr içində ola bilər. Körpələr belə bir vəziyyətdə çırpınamaz və səs çıxara bilməzlər. Körpənizə böyüməyə başladığı zaman vannada necə oturması və dayanması lazım olduğunu öyrədin. Yuyunma prosesi bitər-bitməz ləyəni boşaltmaq da bir digər işiniz olmalıdır.

Körpəmi neçə vaxtdan bir çimizdirməliyəm?
Bu sizin özünüzə qalmış bir işdir. Hamam zamanı həm siz, həm də körpəniz üçün əyləncəli ola bilər. Əgər körpənizi hər gün yumaq istəmirsinizsə, ilk aylarda həftədə iki və ya üç dəfə yumanız məsləhətdir. Körpəniz bir neçə aylıq olduqdan sonra yatmazdan əvvəl rahatlanması üçün onu çimizdirə bilərsiniz. Saçını hər gün yumanıza ehtiyac yoxdur, çünki saçı çox az yağlanır və həftədə 1-2 dəfə yumaq kifayətdir. Körpənizin cildinə uyğun təbii məhsullar seçməniz və dərisini nəmləndirməniz də əhəmiyyətlidir.

Körpəmlə birlikdə yuyuna bilərəmmi?
Körpəniz 2 aylıq olduqdan sonra və vannada  onu möhkəmcə tuta biləcəyinizdən əminsinizsə, birlikdə yuyuna bilərsiniz. Körpənizi vannadan çıxararkən, onu dəsmala dolaması üçün birinin sizə kömək etməsi çox vacibdir. Əvvəl özünüz yuyunun, sonra da körpənizi yuyun.

Bir neçə saniyəliyinə duşdan çıxa bilərəmmi?
Xeyr! Bunu qətiliklə məsləhət görmürük. Başlamazdan əvvəl körpənizin yuyunması üçün lazım olan hər şeyi əksiksiz olaraq əlinizin altında saxlayın. Dəsmallar, şampunlar, duş matı yəni hər şey əlinizin çata biləcəyi bir yerdə olsun. Körpənizi bütün hazırlıqları bitirdikdən sonra duşa salın və əsla onu yalnız buraxmayın. Əgər qapı və ya telefon çalarsa, çox təcili deyilsə, baxmayın və ya körpənizi bir dəsmala bürüyüb qucağınıza alaraq telefona cavab verməyə gedin.


Şərhlər: 10
Baxılıb: 722
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
usaqllari cimizdirmek cetin olur. vannaya salan kimi aglayirlar heyasiz kimi 18
dv vanna
16 iyul 2015 17:25
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Usaqlarimi korpelikddn tek baxib tek yuyundurmusam, ve sukur bir problem olmayib, her zaman diqqetli olmusam.
12 iyul 2015 05:32
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
xeyalperest
Lap uşaqligim yadma duşdu.tebii haminin bildiyi melumatlariydi mence twk
12 iyul 2015 04:47
# 8
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
guler19
Uşağı çimizdirərkən ehtiyatlı olmaq lazımdır.İlk növbədə suyun temperaturuna fikir vermək lazımdır. Soyuq və ya isti suya salınan uşaq gələn səfər sudan qorxacaq. Uşaq ananın əlindən sürüşüb vannaya düşərsə, bu körpənin yadında qalacaq və növbəti dəfə körpə sudan qorxacaq. Əgər valideyndə təcrübə yoxdursa, təcrübəli adamı (nənə, baba və s.) köməyə çağırmaq lazımdır.
11 iyul 2015 22:28
# 7
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
aliceWOnDer
Mence usagi 2 nefer yumalidi, cunki ele usaq var ki, sudan qorxur , aglayir.Tek insan usagi yumaqda cetinlik cekir..
11 iyul 2015 20:59
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nur k-off
Analar çox diqqətli olmalidir
11 iyul 2015 20:02
# 5
SVETA
yarpaq33
Ilk gunlerinde komek laz

Lazimdi elbette sonrasi asan olur cimdirmek
11 iyul 2015 19:48
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Sara035
Canim 1yaw 6 ayliq olmasina baxmayaraq Helede anayla(qaynanamla)yuyundururam.tek bacarmaram,ehtiyat gerek
11 iyul 2015 19:31
# 3
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
vipbetul
usaqi cimizdirerken ehtiyatli olmaq lazimdir elinden fialn dushmesin
11 iyul 2015 19:21
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Korpeni yuyundurarken cox diqqet etmek lazimdir usaq bogulmasin
11 iyul 2015 19:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz