Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda lazımsız antibiotik istifadəsinin zərərləri
Uşaqlarda lazımsız antibiotik istifadəsinin zərərləri
Göndərən: Nazlı_qız
Şərhlər: 11
Baxılıb: 1498
Səs ver:
Uşaqlarda və körpələrdə antibiotiklər başda olmaq üzrə dərman istifadəsinə diqqət etmək lazımdır. Xüsusilə həkimlə məsləhətləşilmədən verilən dərmanlar, faydadan çox zərər verə bilir. Asqırma, öskürmə və burun axıntısı əlamətləriylə özünü göstərən üst tənəffüs yolu infeksiyalarında, ishal kimi xəstəliklərdə antibiotik istifadəsi təklif edilmir. Infeksiyalarda lazımsız yerə istifadə olunan antibiotiklərin müalicə prosesinə müsbət bir təsiri olmadığı kimi irəli yaşlarda da yan təsirlərə bağlı olaraq qaraciyər, böyrək və ürək xəstəliklərinə  gətirib çıxardır. Körpələrdə və uşaqlarda antibiotik istifadəsində diqqət edilməsi lazım olanlar bunlardır.

Lazımsız antibiotik istifadəsi hansı problemlərə səbəb olur?

Həkim məsləhəti olmadan istifadə edilən  antibiotiklər, uşaqların normal florasında olan bakteriyaların müqavimət qazanmasına səbəb olur. Uşaqda bu bakteriyalardan qaynaqlı bir xəstəlik ortaya çıxdığında həqiqətən lazımlı olan antibiotiklər, bakteriyaların müqaviməti üzündən kifayət qədər təsiri göstərə bilmir. Bu vəziyyətdə doza artımıı lazım olur. Dərmanlar ümumiyyətlə, böyrəklər və qaraciyər tərəfindən xaric edilir. Antibiotikləri davamlı və yüksək dozada istifadələri sonunda qaraciyər və böyrək funksiyaları mənfi təsirlənə bilər. Antibiotiklər xəstəliyə görə uyğun vaxtlarda uyğun dozalarda istifadə edilməlidir. Məsələn, sidik yolu infeksiyaları üçün verilmiş bir antibiotik həkimlə məsləhətləşmədən boğaz infeksiyası üçün istifadə edilməməlidir.

Körpələrə antibiotik hansı hallarda verilir?

3 aydan böyük körpələrdə bir-iki gün yaşanan, qızdırma salıcı dərmanlarla aşağı salına bilinən 37,5-38 dərəcə arası qızdırma üçün dərhal antibiotik verilməməlidir. Bu vəziyyətdəki 3 aydan böyük körpələrin ümumi vəziyyətində və qidalanmasında bir çətinlik yoxsa, narahat olmamaq, qızdırmanı salaraq gözləmək lazımdır. Vaxt itirmədən bir həkim  tərəfindən qiymətləndirilməsi, lazımlı isə antibiotik müalicəsinin başlaması lazımdır. Antibiotiklər uşaqlarda tez-tez orta qulaq infeksiyası, badamcıq iltihabı, sətəlcəm və sidik yolu infeksiyası kimi vəziyyətlərdə istifadə edilməlidir.

Antibiotik istifadəsi necə olmalıdır?

Antibiotik alanda valideynlər mütləq həkimin təklifinə uyğun hərəkət etməlidirlər. Antibiotik verilən uşağın ailəsinə dərmanın dozası, verilmə vaxtı, ac və ya tox qarnına olaraq istifadə edilməsi və görülə biləcək yan təsirlər baxımından məlumat vermə işi də həkimin ən əhəmiyyətli vəzifəsidir. Antibiotik istifadəsinin müddəti və dozası antibiotikin növünə və xəstəliyə bağlı olaraq dəyişər. Antibiotik həkimin təklif etdiyi müddətdən əvvəl buraxılmamalıdır. Uşağın qismən yaxşılaşması sonrasında müalicə bitmədən antibiotikin buraxılması halında xəstəlik təkrarlayar.

Antibiotiklərin uşaqlara yan təsirləri nələrdir?

Antibiotik qəbul edən uşaqların bir hissəsində ishal ortaya çıxır. Yalnız  üst tənəffüs yolu infeksiyası olan uşaqda həkim təklifi olmadan antibiotik verilməsi ishal, bağırsaq florasına mənfi təsir edir, iştah azalması və bədəndə maye itkisinə da yol aça bilir. Uşaqlar bu səbəblə daha yorğun və halsız hala gəlirlər.

Antibiotik istifadəsində ailələr nələrə diqqət etməlidirlər?

• Ailələr uşaqları xəstələndiyində antibiotik istifadə qərarını həkimə buraxmalıdırlar.

• Antibiotik  ağrı kəsici olaraq istifadə edilməməlidir.

• Həkimə antibiotik yazılması mövzusunda məcbur edilməməlidir.

• Həkimlə məsləhətləşmədən aptekdən antibiotik alıb istifadə edilməməlidir.

• Doktor ailənin gözləməsi üzərinə antibiotik yazmamalı, ailəyə dərmanın yan təsirlərini izah etməlidir.

• Körpələri infeksiyadan qoruyan ən təbii antibiotikin ana südü olduğu unudulmamalıdır.

• Yalnız bakterial infeksiyaların müalicəsi üçün uşaqlarınıza antibiotik verilməlidir. Soyuqdəyməyə tutulan uşaq antibiotiklə müalicə edilməməlidir.

• Qətiliklə başqasına verilmiş antibiotiklər istifadə edilməməlidir.

• Bir əvvəlki reseptlərlərdən qalma istifadə edilmiş antibiotiklər əsla təkrar istifadə edilməməlidir.

• Bəzi xroniki xəstəlikləri olan uşaq qrip peyvəndi olmalıdır.


Şərhlər: 11
Baxılıb: 1498
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tesekkurlərr. .
15 avqust 2016 19:34
# 11
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Catwoman666
bir coxlari usaqlarina her xeste olanda derman verir. dusunurem ki dermandan daha az istifade etmek korpelerin saglamligina daha az ziyam vurar
12 iyul 2015 01:42
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Happy
Oz badhina antibiotik vurmamishiq. Hskim meslehet edib, onds vurublar qizima
10 iyul 2015 20:43
# 9
Luna-90
Oglum dogulanda bagirsaginda cox problem yasadiq cox antibiotikler vurulurdu axirda qulagi qribok olmusdu curuyurdu .sukur bu probler geride qaldi indi sagligi ile bagli hec bir problem yoxdu.hamsi savadsiz tupoy hekimlere gore olmusdu.
10 iyul 2015 20:10
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
gulka azeri
men hemise hekm meslehetiler verirem ,ozbawima derman vermeye qorxuram uwaga,1dermain xeyri varsa bawqa orqana zereri de ola biler
9 iyul 2015 02:46
# 7
xeyalperest
Umimlikde neye gerek tebii yolla mualice daha gozeldi
8 iyul 2015 23:43
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
vipbetul
faydali melumatdi
8 iyul 2015 21:36
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ell.nell
Ümumiyyetle uşağa iyne dermanın əleyhineyem.tebii usulla mualice daha yaxşıdı.....
8 iyul 2015 20:57
# 4
aliceWOnDer
Mence etiyac olmadigi surece usaga abtibiotik vermek duz deyil..
8 iyul 2015 20:08
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
usaqlara mumkun qeder az antibiotik verilmelidir.cunki orqanizme cox ziyandir
8 iyul 2015 19:13
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
my_angel
Lazım olmayınca uşaqlara antibiotik vurmaq olmaz,uşaqlara antibiotik vurularkən diqqət etməmiz gərəkən şeylər xəbərdə qeyd olunub.Təşəkkürlər.
8 iyul 2015 19:10
# 1
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz