Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda erkən diş çürüməsi problemi
Uşaqlarda erkən diş çürüməsi problemi
Göndərən: Nazlı_qız
Şərhlər: 13
Baxılıb: 2243
Səs ver:
Anaların öpüşləri beş yaşından aşağı uşaqlarda erkən diş çürüməsinə səbəb olduğunu bilirdinizmi?

Geniş yayılmış, çox tez inkişaf edən və uşaqların irəliləyən yaşında da ağız və diş sağlamlığını təhlükəyə salan "uşaqların erkən diş çürüməsi problemi”  bəzən körpəyə göstərilən ifrat sevginin yol açdığı səhv davranışların nəticəsində yaranır.

Pediatırların fikrinə görə uşaqlarda erkən diş çürüməsi nəzərə çarpırsa bu, dişində çürümə olan ananın yaxud da dayənin təması nəticəsində yaranır. Yemək qaşığı, əmziyin təmizlənməsi məqsədi ilə ağza salınması, dodaqdan öpmə və s. bu kimi hallar diş çürüməsinə gətirib çıxarır. Və bu xəstəlik son zamanlar uşaqlar arasında daha geniş yayılmaqdadır.

Erkən diş çürümələrinə daha nələr səbəb ola bilir?

Çürük yaradan bakteriyalar, meyvə suyu, süd, şirniyyat, tərkibində bişmiş nişasta olan qidaların yeyilməsi, yaşa uyğun gəlməyən qida rasionu və körpələrin ağız gigienasının gözlənməməsi, anaların öz ağız təmizliklərinə fikir verməmələri, anada olan çürük dişlər və s. Səbəbləri göstərmək olar.

Ana yaxud dayənin körpəyə çürük diş xəstəliyi yoluxdurması bu halda baş verir: tez və uzunmüddətli, xüsusilə də, yatmamışdan əvvəl, yatdığı zaman çürümə verən qidalarda bakteriyaların çoxalması çürük yardacaq həddə çatır. Bu bakteriyalar da ana yaxud dayədən keçir. Ən başlıcası isə ananın uşaq əmziyini öz ağzına salması nəticəsində öz tüpürcəyini uşağa ötürməsi ilə yaranır. Eyni zamanda fasiləsiz öpüşlərə qərq etdiyi vaxt da özü də bilmədən tüpürcəyini uşaq ağzına ötürür, əgər bu zaman ananın ağzında çürük diş varsa bu dişin üzərində toplanmış bakteriyalar uşağın ağzına keçir.



 

Uşaqda dişlər müdafiəsiz qalır.

Xüsusilə 1,5 yaş arası uşaqlarda erkən diş çürüməsinin inkişafında, yatmamışdan qabaq yaxud yatmaq ərəfəsində nələrinsə yeyilməsi, ana döşündən və yaxud əmziklə yeyəndən sonra yuxuya gedib dişlərin hər hansı bir şəkildə təmizlənməməsi  vərdişi bu baxımdan böyük risk yaradır.

Meyvə suları, uşaq qidaları da yatmaq ərəfəsində qəbul olunduğunda qalıqları üst kəsici süd dişlərinin ətrafında toplanaraq diş minasında sürətlə çürüməyə səbəb verə bilər.şirin tərkibli qidalar isə uşaq həkimləri tərəfindən birmənalı olaraq lazımsız qida siyahısına daxil olub.

Uşaqlarda erkən diş çürüməsinin qarşısını almaq üçün birlikdə səy göstərilməli olduğunu təkidlə vurğulayan pediatrlar, bu baxımdan lazımlkı məsləhətlərini verirlər:

Ana namizədlər hamiləlik dönəmində ideal surətdə ağız qulluğu ilə yanaşı düzgün qidalanmalarına da fikir verməlidirlər. Uşaqlar 12-14 aylıq olduqda əmzik tərgidilməli, diş çıxana qədər isə ağız nəm pambıqla silinməlidir.

Çürük yaradan bakteriyalar dişlər çıxmamış da damaqlarda özlərinə yer edə bilərlər. Ilk süd dişinin çıxmasından, iki yaşına qədər olan vaxt kəsiyində xüsusi olaraq uşaqlar üçün hazırlanmış yumşaq başlıqlı, balaca diş fırcalardan istifadə olunmalıdır. Gecə yatmamışdan əvvəl, əgər süd içilirsə, süddən sonra su verilməli, yarım saat sonra fırçalanmalıdır. Ilk diş çıxdıqdan sonra da müntəzəm olaraq diş həkimi ilə məsləhətləşmək lazımdır. 


Şərhlər: 13
Baxılıb: 2243
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu barede ilk defedi esidirem esasen deyirlerki cox sirni yeyendee dishler churuyur
8 iyul 2015 15:27
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Opushun dishlerin churumesine tesiri oldugunu bilmirdim. Melumat uchun teshekkurler
7 iyul 2015 22:54
# 12
Menim balam
Oğlum 5 yaşındadır dişin də çürük yoxdur dişi də yumur.
7 iyul 2015 22:46
# 11
Luna-90
Her gun oglum disini fircaliyir ancaq qabaq dislerinde birazda olsa qaralma var hekim dedi sirniyyati cox yeyir yeqin.dedim he dedi onda her sirniyyat yeyenden sonra fircalasin oda hardadi ele her sirniyyatdan sonra fircalamaq .en yaxsisi sirniyyati dayandirdiq hem kokelmeyinin qarsisini aldiq hem disleri duzeldi.
7 iyul 2015 12:03
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
VIP
Mənim oglumun da dişləri cürüyüb 4yaşı var 5. 6dişi cürüyüb yəqinki sizin dediyiniz səbəblərdəndi
7 iyul 2015 00:40
# 9
Başımın üstündə Allah,yanımda ailəm olsun.
ell.nell
Faydalı melumatdı...
7 iyul 2015 00:25
# 8
xeyalperest
Diş curumesinin kecici oldugnu bilmirdim.yeni orda yazilan sebeblerden birce qidani bilirdimki qidalardan curume tez baş vere biler.amma anadan dayeden nem dodagdan opmeden kecdiyini ilk eşitdim maraqliydi twk
6 iyul 2015 20:18
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
my_angel
Uşaqlarda erkən yaş zamanı diş çürüməsi diş xəstəliklərindən xəbər verir,mütləq stamatoloqa aparılıb müayinə edilməlidir.
6 iyul 2015 20:03
# 6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
yarpaq33
Uwaqlarimi diwlerine korpelikden diqqet yetirmiwem xususi diw fircalari ve korpeler ucun diw pastasiyla temizlemiwem indi boyuyubler ozleri qulluq edirler wukurki curume problemleri yoxdu oz diwlerimde heledi
Bu da dogruduki diwlere qulluq lazimdi ve temizliye riayet etmeliyik
6 iyul 2015 19:57
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
aziz a
Bilmirdimki ana opmekle oz curuk dislerini ovladina oturur, ozde ozu bilmeden...lazimli melumat oldu, tesekkur
6 iyul 2015 19:42
# 4
Qelbim doludu !!!!
aliceWOnDer
Qardasimin 14 yasi var disi curumusdu, yeni duzeldilib..
6 iyul 2015 19:17
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
GünƏşimƏ_AiD_
Ushaq bir ton sakalad yeyendee dishde curuyur...ama men ushaq vaxti yemmeishem....
6 iyul 2015 19:06
# 2
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
BARBI
Usaqlarda erken yasda dis curumesi bir cox problem yarada biler ona gore mutleq usagi stamatoloqa aparmaq lazimdir
6 iyul 2015 19:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz