Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tərləmək uşaqlarda səpki yarada bilər
Tərləmək uşaqlarda səpki yarada bilər
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 6757
Səs ver:
Səpkilər hər yaş qrupunda rast gəlinən bir dəri problemidir. Amma söhbət uşaqlardan gedirsə, vəziyyət bir qədər ciddidir. Səpkilərə bir qayda olaraq körpənin doğulduğu ilk aylarda təsadüf edilir. Ailəsində astma, çil, səpkisi kimi allergik problemi olan uşaqlar bu baxımdan daha riskli olurlar. Xüsusilə də körpələri qat-qat geyindirmək tərləməyə səbəb olduğundan səpkilərə yola aça bilər. Pediatr Gönca Özmen uşaqlarda səpki probleminin səbəbləri və müalicəsi haqqında fikirlərini bölüşüb.

Səbəb tam olaraq bilinmir
Körpə vaxtlarda rast gəlinən allergik səpki, yəni atopik dərinin səbəbi tam olaraq bilinmir. Amma bəzi qidalar, kimyəvi tərkibli əşyalar, sabunlar, yuyucu tozları, kosmetik kremlər, yun geyimlər allergiyaya səbəb ola bilir. Səpki xəstəliyi nadir də olsa, irsi xəstəlik hesab olunur. Ailəsində astma, göbələk, səpişik kimi qaşıntı problemləri olan uşaqların bu xəstəliyə tutulma ehtimalı daha yüksəkdir.

5 yaşına qədər keçir
Körpələrdə səpkilər yeni doğulan uşaqlarda daha çox rast gəlıinir və adətən 5 yaşına qədər təsadüf edilə bilər. Ancaq bəzi körpəlkərdə bu yaşdan sonra da allergik problemlərə rast gəlmək olur.

Ilk öncə yanaqlardan başlayır
Səpkilərə körpələrdə ilk öncə yanaqlardan başlayır. Civzələr daha sonra bədənin digər nahiyələrinə də yayıla bilir. Ayaqlar, qollar, kürək, alın, qulaq arxası və yanaqlarda daha çox rast gəlinir. Qaşınma körpənin dərisində qızartı, qabıqlanma və səpişik yarada bilir. Dəridə yerləşən bu civzələr vaxt getdikcə qanaya da bilir. Allergiyası olan uşaqlarda şiddətli qaşınma və yanma hissi olur. Buna görə də diqqət edin ki, uşaqlar üzlərini qaşıyarkən dərini zədələməsinlər əks tədqirdə infeksaiya qapa bilərlər.

Körpənin dərisin kobudlaşdıra bilər
Səpkiləri xəfif və orta səviyyədə görülən körpələrdə müntəzəm dəri qulluğu və təmizliyi edilsə fəsadları azala bilər. Yuyundurduqdan sonra qızartı yaranan yerlərə qoxusus, uşaqlarçun olan kremlərdən sürtməlisiniz. Əgər körpənin qaşıntısı artırsa iliq su ilə dərisi rahatlana bilər. Amma səpkiləri çox olan körpələrdə antibiotik və ultraviyola işıq müalicəsi edilməlidir. Bununla yanaşı körpədəki səpişiyin səbəbi ola biləcək qidalar seçilərərk pəhriz proqramı tutulmalıdır. Körpələrdəki allergiya müalicə olunmazsa və ya gecikdirilərsə körpənin dərisində kobudlaşma və çatlama kimi problemlər görülə bilər.

Bunları mütləq nəzərə alın:
Körpəni tərlədən paltarlar geyindirməyin. Xüsusilə də uşağın paltarlarını seçərkən pambıq materiallı geyimlərə üstünlük verin.

Paltar körpənin bədənin sıxmamalı və geydirilmədən əvvəl mütləq yuyulub ütlənməlidir.

Uşağı üst-üstə geyindirməyin, yoxsa tərləyər. Mümkün olduğu qədər uşağı adi su ilə yuyun. Əl, ayaq, gental bölgələr kimi tez-tez çirklənən yerləri sabunla yumaq vacibdir təbii ki.

Tərkibində qoxu olan yuyucu toz və təmizlik məhsullarından istifadə etməyin.

Inək südü ilə qidalanan körpələr xüsuslə risk daşıyır
Körpələrin qidalanması da allergiyaya təkan verə bilir. Aparılan araşdırmalar nəticəsində ana südü ilə qidalanan körpələrin səpkilərə daha az yoluxduğu təyin olunmuşdur. Inək südü ilə qidalanan körpələrdə isə allergiyaya daha çox rast gəlmək olar. Bu səbəbdən də, mümkün olduqca körpələrin ana südü ilə qidalanmasını məsləhət görürük. Əgər körpənin ana südünə allergiyası varsa, belə vaxtlar ana süd və süd məhsullarından uzaq durmalı, və qidalanmasına diqqət yetirməlidir. 


Şərhlər: 10
Baxılıb: 6757
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
en cox isti havalarda terleyende usaqlarin bedeni sepir
2 iyul 2015 18:44
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Happy
Menimde bayacamin alni tez-tez terleyir. Sepkiler uaranmasindan qotxuram, yazilanlarada emel edirem
2 iyul 2015 12:57
# 9
vipbetul
maraqli melumatdi
1 iyul 2015 21:38
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ell.nell
Səbəbini bilmək lazımdı.bəzən hamilelikde yeyilen sitrus meyvelerin coxluğu sonradan uşağın uzunde özunu gosterir.
1 iyul 2015 21:25
# 7
aliceWOnDer
Tek usaqda deyil , boyukdede bu problem olur..
1 iyul 2015 20:29
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
guler19
Tez-tez rastlaşdığımız problemlərdən biridir. Uşaqlardada olur elə böyüklərdədə İnsan həyatı üçün çox təhlükəli olmasa ona qarşı biganə olmaq da düzgün olmaz.Lakin bəzən səpgilər həqiqətən ciddi xəstəliyin əlaməti kimi meydana çıxır. Bu səbəbdən uşağın dərisində səpgilər gördükdə dərhal həkimə müraciət etmək lazımdır.Çünki bu səpgilərin səbəbi müxtəlif ola bilər
1 iyul 2015 20:07
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
KRALİCEM
Qizimda dehset teeliyir usaq vaxtdan helexi
1 iyul 2015 19:48
# 4
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Bezen hava cox isti olduqda usaqlarda xirda sepkiler olur
1 iyul 2015 19:35
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
cinqosh
Səpkilər istidən də ola bilər,hansısa qidaya qarşı həssaslıqdan da. Analar yay aylarında xüsusən diqqətli olmalıdır.Faydalı məsləhətlərdi.təşəkkürlər.
1 iyul 2015 19:29
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Tomris Müslümova
Çox maraqlıdır amma məncə böyüklərdə də yarada bilər səpki
1 iyul 2015 19:06
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz