Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq bezləri ziyanlıdırmı?
Uşaq bezləri ziyanlıdırmı?
Göndərən: ulduz
Şərhlər: 16
Baxılıb: 1141
Səs ver:
10 il əvvəl ölkəmizə gündəlik "uşaq bezləri" adlanan möcüzə gəldi. Anaların təzəcə paltar yumaqdan canları qurtarmışdı ki, birdəfəlik bezlərin ziyanı haqqında xəbərlər yayıldı.
Birdəfəlik bezlər 3 qatdan ibarətdir: birinci - uşağın dərisini nəmdən qoruyan materialdan olan daxili qatdır, ikinci - sidiyi kütlə halına çevirən sellüloz və geldən ibarət iç qatdır, üçüncü isə nəmi uşağın paltarına sızmağa qoymayan qoruyucu qatdır. Quru bezin çəkisi 50 qramdır.
Alimlərin elmi araşdırmalarından məlum olub ki, bezin daxili mikroiqlimi uşaq dərisi üçün zərərli deyil. Analar bilirlər ki, sidik və nəcisə toxunan uşaq dərisi tez zədələnir: qızartı və dermatit (dəri iltihabı) əmələ gəlir. Bezlərdən istifadə dermatitin əmələ gəlməsinin qarşısını alır.

Yalnız gigiyenik sertifikatı olan keyfiyyətli bezlər alın! Keyfiyyətsiz bezlər dəri zədələnməsinə - dermatitə səbəb olacaq. Həmçinin qənaət etmək məqsədilə uşağı eyni bezdə uzun zaman saxlasanız, yenə də dermatit əmələ gələ bilər. Amma bəzi uşaqlarda keyfiyyətli bezlərdən istifadə edildikdə belə dermatit müşahidə olunur. Uşağın dərisi bezin hazırlandığı materiala reaksiya verir. Bu zaman bezlərdən istifadə qadağandır. Xoşbəxtlikdən belə uşaqların sayı çox azdır.

Körpə dərisi çox incədir. Normalda uşaq dərisi ikitərəfli baryer rolunu oynayır: daxildən nəmi və zülalı saxlayır, xaricdən isə mexaniki və bakterioloji təsirlərdən qoruyur. Dəridə ümumi nəmin 17%-i qorunur. Dəri qorunmasa, incə qatı zədələnəcək və orqanizmi fiziki təsirlərdən qorumayacaq. Dəri örtüyünün formalaşması 2-3 yaşında tamamlanır. Ona görə bu vaxt ərzində dəri xüsusi qulluq tələb edir.

Birdəfəlik bezlərdən düzgün istifadə qaydaları
Uşağa uyğun gələn ölçüdə bez almalı.
Bezləri hər 3-4 saatdanbir dəyişməli.
Uşağı bütün gün eyni bezdə saxlamamalı.
Yalnız keyfiyyətli bezlərdən istifadə etməli.
Gündə bir neçə saat uşağın yumşaq yerini havaya verməli.
 
Bəzən yumşaq yerə krem vurmalı.
Uşağı hər gün çimdirməli və ya yumalı.

Birdəfəlik bezlər oğlan uşaqlarının cinsiyyət orqanına mənfi təsir göstərir?
Belə fikirlər çox səslənsə də, faktlarla sübuta yetirilməyib. Prinsipcə kişilər arasında sonsuzluq statistikası artır. Amma bu sonsuzluq halları birdəfəlik bezlərdə deyil, məhz adi tənzif bezlərdə böyüyən kişilərə aid edilir. Birdəfəlik bezlərə qarşı səslənən daha bir irad uşaqların güvəcə (rus dilində - qorşok) gec alışmasıdır. Əslində, bu, bezlərlə əlaqədar deyil. Düzdür, paltarının yaş olduğunu hiss etməyən uşaqda lazımi refleks sönür - o, sidiyə getmək istədiyi siqnalını verə bilmir. Amma bu o demək deyil ki, uşaq özünü idarə edə bilmir. Sadəcə, uşaq güvəcə normal vaxtından 2-3 ay gec öyrəşir. Əgər bu, valideynləri narazı salırsa, onda uşaqlara birdəfəlik bezləri yalnız axşamlar geyindirmək məsləhət görülür. Yəni gündüz vaxtı uşağı güvəcə alışdırmaq olar. Axşam isə uşaq rahat yatmalıdır. Bəzi valideynlər narahatdırlar ki, bezlər bağırsaq keçməməzliyinə və ümumilikdə həzm etməyə pis təsir göstərir. Bu da doğru deyil. Heç bir daxili orqan bezlərdən əziyyət çəkmir. Onu da qeyd edək ki, Amerika və Qərbi Avropada birdəfəlik bezlərdən 30-35 ildir ki, istifadə edirlər və heç bir zərərini görməyiblər.
 
Bələk dermatiti
İlk dəfə bu xəstəliyin adı eramızın 117-ci ilində çəkilib. O zamanlar uşaqları sidikdə, duzlu məhlulda, pivə qarışığında çimdirirdilər. Ötən əsrin 80-ci illərində bu xəstəliyin səbəbləri aşkarlandı. Bələk dermatitinin uşaq dərisinin sidiklə kontaktı zamanı nəmliliyin artmasından yarandığı müəyyənləşir. Bu yolla dəri yad maddələrə qarşı həssas olur və aktiv bakteriya çoxalması başlayır. Eyni zamanda nəcis fermentləri də dərini qıcıqlandırır. Dərinin müdafiə funksiyası zəiflədiyindən o, infeksiyalar üçün baryer rolunu oynaya bilmir. Və beləliklə dermatit davam edir.


Şərhlər: 16
Baxılıb: 1141
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Mence evde coxda qoyulmamalid usaqa hava deysin))) Cole cixanda ve qonaq gedende qoyulmaqi yaxsidi
1 iyul 2015 15:36
# 16
Acısı çox olan qizların guluşu gozel olur.!
Happy
Menim uchun lazimli melumat idi. Teshekkurler :)
1 iyul 2015 14:06
# 15
dilefruz
elede cox istifade etmemisem evde taxmirdim
1 iyul 2015 11:56
# 14
Sevgi insani yasadan en xosbext duygudur
Dosta_inam
Men elede bezden istifade etmemişem,ancaq qonaq gedende,heyete düşende,evde taxmamışam heç birine,qarşokada tez öyreşdirmişem,yeni elede çetinliyim olmayıb,bu haqda mende eşitmişem ki,bezler gelecekde sonsuzluq yarada biler,ancaq Allah bilen meslehetdir.
30 iyun 2015 06:36
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Catwoman666
usaq bezlerinden her bir valideyn istifade etmelidir (ozleri ucun yox haaa usaqlari ucun nezerde tuturam122) ziyaqni falan da yoxdu mence. indiye ki9mi hec bir usaga hec ne olmayib narahat olmayin
30 iyun 2015 00:44
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
Məndə qızıma balaca olanda qoyurdum ama indi qonaq gedəndə və bayıra çıxanda qoyuram tşəkkürlər faydalı xəbərdir...
30 iyun 2015 00:35
# 11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ell.nell
Az istifade etmişem esasen qonaq gedende bağcada və gecələr
29 iyun 2015 23:33
# 10
ayka95
ziyanli oldugunu bilirem mende ogluma bagliyiram geceler
29 iyun 2015 23:24
# 9
vipbetul
indi usaq bezleri o qeder rahatliq yaradibki anneciklercin
29 iyun 2015 22:57
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Ziyanlı olduğunu mə də eşitmişdim,əsasda oğlan uşaqlarında sonsuzluq olduğu haqqı da məlumatlar daha çox yayılmışdı.Böyük oğlum körpəlikdə bir tək gecələr pampersdə olardı,gündüzlər tutmazdım hətta iki aylıqda özüm uzanma tərzdə tutub yüngül işini eləsin deyə çalışardım.Qorşokada tez öyrəşdirmişəm uşaqlarımı yəni eləddə pamperslərdə olan uşaqlar olmayıblar.Tşk.
29 iyun 2015 22:34
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Nazlinci
Biraz rahat oldum bunu oxuyub men de qızlarımda 2 yaşına qeder istifade elemişem,oglum 6 aylıqdı ona da bez taxıram,ama qorxurdum ki oglan uşagına ziyandı 2 saatdan bir deyişirem içim rahatlaşdı teşekkürler xebere göre
29 iyun 2015 22:11
# 6
aliceWOnDer
Genc valideyinler ucun faydali xeberdi..
29 iyun 2015 20:28
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
rəmsə
Bəli mən də bu haqda eşitmişəmki, guya sonsuzluq yaradır.Oğluma 2 yaşına kimi,qızıma 1 yaşına kimi bez vurmuşam.Allah qorusun gələcəklərini.
29 iyun 2015 19:38
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
qanadli melek
Analar ucun rahat olsada uwaq ucun hecde rahat deyil,heledeki tez tez deyiwdirilmirse
29 iyun 2015 19:38
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
tez tez deyisilmezse ziyanlidir cunki usaq derisi hava almalidir
29 iyun 2015 19:02
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Ucuz ətin şorbası olmaz deyiblər,elə düzdə deyiblər.ucuz bezlər analar üçün rahat və ataların cibləri qədər sərfəli olduğu qədər uşaqlar üşündə bir o qədər ziyanlıdır! ona görədə müəyyən müddət cibinizə əziyyət verin.əks təqdirdə zəhmət çəkib uşaq dünyaya gətirməyin!!
29 iyun 2015 19:02
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz