Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpəyə neçə aylığından su verilməlidir?
Körpəyə neçə aylığından su verilməlidir?
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 1580
Səs ver:
Körpə dünyaya gəldikdən sonra valideynləri narahat edən əsas məsələlərdən biri də onların qidalanmasdır. Süni qidalarla qidalandırılan uşaqlar üçün suyun vacib olduğunu hesab edən valideynlər ana südü ilə qidalanan körpələri sudan məhrum edirlər. Əslində bütün dünyada pediatrlar ana südü ilə qidalanan körpələr üçün suyun elə də vacib olmadığı qənaətindədirlər.

Körpənin qəbul etdiyi süddə qida ilə yanaşı suyun miqdarının da kifayət qədər olduğunu deyən pediatrlar ilk 6 ay sudan, ümumiyyətlə, imtinanı məsləhət görürlər. Maraqlı haldır ki, bütün pediatrlar bu fikirdə deyil. Onların içində susuz həyatın olmadığına inanan və ilk gündən körpəyə su verilməsinin vacib olduğunu deyənlər də var.

Uşaqlara əlavə qidalar verilənə qədər onlar qidanı yalnız maye şəklində alırlar. Ya ana südü, ya da onu əvəz edən adaptasiya olunmuş süni qida şəklində. Əksər hallarda bu qidalarda olan mayenin miqdarı uşağın suya olan tələblərini təmin edə bilir və uşaq əlavə olaraq su içmək istəmir. Əsasən bu, yalnız ana südü ilə qidalanan uşaqlara aiddir. Süni südlə qidalandırılan körpələrə su vermək lazımdır. Ancaq bəzi hallarda hətta yalnız ana südü ilə qidalanan uşaqda suya tələbat yarana bilər.

Pediatr Xatirə İsayevanın sözlərinə görə, ana südü ilə qidalanan körpələrin suya ehtiyacı olur. Əgər ehtiyac yoxdursa, heç bir mayeni körpəyə məcbur vermək mümkün deyil: "Əgər uşaq təbii ana südü ilə qidalandırılırsa, ananın südü müəyyən fərdi xüsusiyyətlərə də malik ola bilər. Məsələn, nisbətən yağlı və ya şirin ola bilər ki, bunun da nəticəsində uşaqda yanğı hissiyyatı yarana bilər. El arasında "qınında yanmaq" kimi bir ifadə var. Yanğısı olub su içməyən uşaqlar belə uşaqlara çevrilir. Arıqlayır, sısqa olur. Çünki bədən maye tələbatını ödəyə bilmir. İnsan quruyur" deyən həmsöhbətimiz, ümumiyyətlə, "ilk 6 ay körpəyə su verilməməlidir" fikrini absurd sayır. "Sudan çıxan canlını sudan qorumaq nə dərəcə düzgündür? Bütün pediatrlar su olmaz deyə bilər, amma səbəbini deyən yoxdur. Su həyatdır. Xüsusən yeni doğulmuş uşaqlar üçün vacibdir".

Pediatr bildirib ki, xüsusən yay aylarına düşən körpələr daim tərlədiyi halda onların suya ehtiyacı daha da artır. Susuz qalan bədəndə qəbizlik və ya tam əksinə ishal, istilik yaranır ki, bunun da qarşısını yalnız suyla almaq mümkündür. Bəzən aclıq və ya köpdən əziyyətin olduğunu bilən valideynlər susuzluğun da əziyyət olduğunu unudurlar: "Çobanyastığı, şüyüd, razyana, cirə, nanə və bu kimi otlardan hazırlanan xüsusi uşaq çayları var ki, bu çaylar da uşaqda susuzluğun qarşısını ala bilir. Çaylar nəinki yanğı hissiyyatını aradan götürür, onlar həmçinin müalicəvi-profilaktik təsir də göstərir. Spazm və sancıları aradan qaldırır, bağırsaq qazlarının və nəcis ifrazının xaric olmasını asanlaşdırır, İmmuniteti yüksəldir, sinir sistemini sakitləşdirir".

Pediatr, uzman həkim Nuranə Məmmədəliyeva isə körpələrə suyun verilməsinin qəti əleyhinədir. Dediyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı 0-6 ay arası uşaqların necə qidalandırılması haqqında məlumatda bildirir ki, 6 ayını keçməyən uşaqlara qətiyyən su verilməməlidir. Ana südünün tərkibində olan su və minerallar körpənin hər ehtiyacını ödədiyindən əlavə verilən su körpəni yükləmiş olur. Hər 2 saatdan bir qidalanmalı olan körpə su sayəsində bu rejimdən də olur: "Əlavə süni qida yeyən körpələrə də əslində su verilməməlidir. Məsələn, körpəyə 60 ml qida verilirsə, nəzərə almaq lazımdır ki, bu 60 ml qidanın 50 ml-i su təşkil edir. Nadir hallarda süni qidan yeyən uşaqlar su üçün ağlayır ki, belə uşaqlarda da su ehtiyacı daha çox olur. Ana südü yeyən uşaqlar isə ümumiyyətlə, su ehtiyacı hiss etmirlər. Çağaya vaxtından əvvəl su vermək onda su zəhərlənməsi adlanan hiper hidrotasiya yaradır. Ana südü məişət dili ilə desək, həm yemək, həm də içməkdir" deyən həkim körpənin ilk 6 ayında ana südündən başqa heç bir əlavəyə ehtiyac olmadığını bildirir.

Onun sözlərinə görə, körpəyə veriləcək hər hansı ot dəmləmələri belə həkim məsləhəti olmadan verilməməlidir. Müsahibimiz yalnız 6 ay tamamlandııqdan sonra damcı ilə suya başlamağı məsləhət görür. "İndi təhlükəlisi odur ki, analar nəinki su, hətta əlavə qidaları belə 3 ayından verməyə başlayırlar. Suyun verilməməsini məsləhət görürük, amma analar artıq 4-cü aya keçəndə şirələr verməyə başlayır. Bu, vaxtından əvvəl körpənin mədəsinin zədələnməsinə səbəb olur".

Susuzluqdan əziyyət çəkən insanlara belə təmiz adi su içilməsi məsləhət görülmür. Tərkibində qlükoza və mineral olmayan adi sular orqanizmə xeyir etmir, sadəcə susuzluğun qarşısını alır. Ana südündə isə mineral maddələr və laktoza olduğundan körpə üçün ideal içki sayıla bilər. Yalnız uşaqların hərarəti olduğu zaman, eyni zamanda bağırsaq pozğunluqları zamanı əlavə suyun verilməsi həkim məsləhəti ilə mümkündür.


Şərhlər: 10
Baxılıb: 1580
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Seher
Bu isdide susuz insan qalar .Menim usagim 4 ayliqdi men verirem.
8 avqust 2015 09:52
# 10
1
Happy
Ushagimda heraret oldugu uchun doguldugu gunden su verirem.
2 iyul 2015 13:20
# 9
WiRiN BaLaM
2 aylığından vermisem su usağın bağırsaqları quruyare susuz qalıb... burda cox soz yazlar her deylen edilse faydasinnan cox zererini gorerik
14 iyun 2015 14:38
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
esasen yayda olan usaqlarcin su verilmesi dahada vagibdir
13 iyun 2015 23:34
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Menim yazigim gelir usaqlara,, axi usaqlarda susayirlar..men qizima vermisem 6 ayindan tez...bir problemde olmamisdi sukur olsun.
13 iyun 2015 22:30
# 6
Qelbim doludu !!!!
Dosta_inam
6-aya qeder su vernemelisen uşaqlara,menim qizlarim burda olduğu üçün hekim dedi 6-ay su verme,hekimden xelvet verdim,ancaq içmadiler,birde 6-aydan sonra içdiler,özü de ağ rengde su fikrimce rengsiz şekersiz.burda qeyd edilenlerle tam raziyam,indi üç ayindan bezi meyve peçenye,yemek verilir olmaz.
13 iyun 2015 19:10
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
analar ucun faydali xeberdi.biz bacim ogluna 3 aydan sonra su verdik..
13 iyun 2015 19:05
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ALESSANDRA
menim dayımın yoldaşı uşağına 3 aylığınnan peçenya,çay ve su vermeye başlamışdı..onlarla beraber südde verirdi..ma heç bir zərəri falan olmamışdım...ne bilime
13 iyun 2015 19:04
# 3
Don't trust anyone ∆
ulduz
men olandan verirem.sud bagirsaqlarini qurudar nolsunki, terkibi sudu
13 iyun 2015 19:03
# 2
BARBI
Mence ana sudunun terkibinde su var 6 aydan sonra su verilmesi mutleqdir
13 iyun 2015 19:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz