Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq niyə pis yeyir?
Uşaq niyə pis yeyir?
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 981
Səs ver:
Demək olar ki, hər bir ana bu problemlə üzləşir. Müəyyən müddətə qədər uşaq ananın verdiyi hər bir yeməyi həvəslə yeyir. Birdən o hətta sevdiyi yeməkdən belə imtina etməyə başlayır.
Uşağınızın səhhəti barədə nəticə çıxarmağa tələsməyin. İştahanın təsadüfi və davamlı olmayan müddətə azalmasını çox da narahatlıqla qəbul etməyin.
Uşaq hər hansı bir kəskin xəstəliyə tutulan zaman iştahası müvəqqəti olaraq azalır. Bu zaman ona verilən yeməyi zorla, axıra qədər yeməsini təkid etmək məsləhət deyil. Uşağa daha çox meyvə, tərəvəz, su, müxtəlif şirələr (xüsusilə yüksək hərarət zamanı) və daha yüngül, yarımduru yeməklər verin.
Daimi olan iştahasızlıq çox pis göstəricidir. Yanaşı olaraq uşaq tez-tez xəstələnirsə və inkişafına görə də yaşıdlarından geri qalırsa, bu daha da təhlükəli bir haldır. Belə halda mütləq həkimə müraciət etmək lazımdır.
Bəs uşağın iştahasını necə yaxşılaşdırmaq olar? Hər şeydən əvvəl bütün yaş dövrlərində olan uşaqların gündəlik rejimini qaydaya salmaq lazımdır. Uşaq tez-tez təmiz havaya çıxarılmalı, hərəkətdə olmalıdır. Zəifləmiş uşaqlar daha çox istirahət etməlidirlər. Onlar erkən yatmalı, səhərlər daha gec oyanmalıdırlar. Günorta mütləq yatmalıdırlar.
Heç bir halda, yeməkdən 1-2 saat qabaq uşağa şirniyyat, şirələr, qazlı içkilər vermək olmaz!
Uşaqlarda iştahanın pis olmasının səbəbi, əksər hallarda qida rejiminin pozulmasıdır. Əksər hallarda uşaqlara həddən artıq yağlı, şirin qidalar verilir. Bu zaman onların növbəti qidalanmaya qədər acması ləngimiş olur. Əvvəl yediyi qidanı həzm etmək və aclıq hiss etməsi üçün uşağa bir qədər vaxt vermək lazımdır.
Heç bir halda uşağın başını qataraq və onu əyləndirərək yedizdirməyə çalışmayın. Bu, iştahanın uzun müddətli itirilməsinə səbəb ola bilər. Çünki yemək zamanı uşağın fikri bütünlüklə oyuncaqlara, kitablara, nağıllara, qohumlar tərəfindən qurulmuş "sirk” tamaşalarına yönəlir. Bu zaman həzm şirələrinin ifrazı kəskin şəkildə ləngiyir və nəticədə qidanın həzm edilməsi də pisləşir.
Bundan başqa, yemək zamanı uşaqlar üçün multiplikasiya filmlərinə baxmağa şərait yaratmaq, yemək yeyəcəkləri halda onlara hədiyyələr vəd etmək, daha böyük uşaqlara isə yeyərkən kitab oxumağa icazə vermək olmaz.
Digər tərəfdən, uşagı zorla yedizdirmək, yemədiyi üçün onu danlamaq, üstünə qışqırmaq da olmaz! Bütün bunların nəticəsində sonda valideynlər yalnız bir şeyi əldə edirlər - uşaqda istənilən qidaya nifrət hissi yaranır.
Yeməyin uşağa hansı şəkildə təqdim olunması da çox vacib məsələdir. Yemək masasını uşaqla birgə hazırlayın. Əvvəl uşağa az miqdarda yemək çəkin ki, gözü qorxmasın. Yalnız özü istədiyi halda ona əlavə yemək verin. Çoxçeşidli yeməklər hazırlayın. Eyni yeməyi gün ərzində təkrar verməyin. Yadda saxlayın: qida gatı və kalorili olmalıdır. Çörəyi, sıyığı, supu az miqdarda verə bilərsiniz, amma balıq, ət, kəsmik, yumurtanın normal miqdarda yeyilməsinə fikir verin.
Uşaq mütəmadi olaraq normadan az həcmdə yeyirsə, onu daha tez-tez, gündə 5-6 dəfə yedizdirin. Amma yedizdirmələr arasındakı müddət çox qısa olmamalıdır (təxminən 3,5 saat, südlü qidadan sonra isə 3 saat).
Ən vacib olan daha bir şey də var. Uşaq yemək masası arxasına sakit, yaxşı əhval-ruhiyyə ilə, istirahət etmiş, kefi pozulmamış və qıcıqlanmamış vəziyyətdə əyləşməlidir. Nahar və şam yeməyindən qabaq heç bir səs-küylü, qıcıqlandırıcı oyunlara imkan vermək olmaz. Onlar həzm şirəsinin ifrazını xeyli dərəcədə ləngidir! Uşaq maraqlı oyun oynayarkər qəflətən oyunu dayandırıb onu yeməyə vadar etmək olmaz. Bu onun xoşuna gəlməyəcək, sonda uşaq inadkarlıq edərək yeməkdən tamamilə imtina edəcək.
Yeməyə təxminən 15-20 dəq. qalmış uşağı hər hansı bir vasitə ilə (əllərini yu, masanı açmağa kömək et! və s) qida qəbulu prosesinə hazırlaşdırın. Ona yeməyi tərifləyərək bəzi xoşagələn sözlər də deyə bilərsiniz: məsələn, bu gün ana və ya nənə çox dadlı yemək bişirib, kotlet bu gün çox gözəl görünür, ləzzətli qoxusu var. Əgər uşaq yenə də yeməyə qarşı neqativ fikirdədirsə, yemək vaxtını 15-20 dəqiqə təxirə salın. Oyununu və ya işini başa çatdırmasına imkan verin. Bir müddət sonra isə onu yenidən masaya dəvət edin. Yeməyi axıradək yeyibsə, uşağı mütləq tərifləmək lazımdır!
Bəzi uşaqlar səhərlər pis yeyirlər. Onları yuxudan oyanan kimi yedizdirməyin. Birlikdə səhər idmanı etsəniz, yuyunsanız, oynasanız, uşağın iştahası bərpa olunacaq.
Pis yediyi üçün uşağın yanında həyəcanınızı göstərməyin. Onun iştahasızlıgı, pis yeməsi barədə narahat olduğunuzu ona bildirməyin. Uşaqlar belə şeylərə tez alışır. Sonra ərköyünlük edir, yeməkdən imtina edir, oz istəyinə nail olmaq ücün hər cür şıltaqlığa əl atırlar.
Həkimlə məsləhətləşdikdən sonra iştahası pis olan uşağa xüsusi iştahgətirici preparatlar, C vitamini, kompleks vitaminlər vermək olar.


Şərhlər: 13
Baxılıb: 981
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Happy
Faydali melumat uchun chox sagolun
2 iyul 2015 16:20
# 13
vipbetul
indi cox usaq onsuzda yaxsi yemir
11 iyun 2015 13:43
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Geleceyim uchun lazimli xeber oldu. Chox sagolun :)
10 iyun 2015 18:27
# 11
ALESSANDRA
Həkimlə məsləhətləşdikdən sonra iştahası pis olan uşağa xüsusi iştahgətirici preparatlar, C vitamini, kompleks vitaminlər vermək olar.
9 iyun 2015 18:57
# 10
Don't trust anyone ∆
...AdaDunyam``
genc analar faydalana bilerler
9 iyun 2015 16:25
# 9
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Dosta_inam
Men qizlari mecbur etmirem,özleri serbest yemeklerini yeyir,istemedikde yemesini mecbur etmirem,çox şükür iştahlari da yaxşidir.
9 iyun 2015 06:58
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
FISTIK
Bezen axracan yemir mecbur etmirem. Amma oglum multika baxa baxa yemeyi oyrenib bezense ozu serbes otrub yeyir.
9 iyun 2015 01:44
# 7
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Aristocratic
mecbur yemeyi yedirden analar var
9 iyun 2015 01:19
# 6
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
WiRiN BaLaM
menimde qızımda yemire istahdan kesilib ariqlayib hekim deyir dis cixarma dovrleri butun usaqlarda olur isdahsizliq
8 iyun 2015 23:56
# 5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Ayten666
Beli her gunum bunun esebiyle kecir
8 iyun 2015 22:09
# 4
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
BARBI
Usaqda qurd xestelikleri olanda istahsiz ve esebi olur.

Usaqda qurd xestelikleri olanda istahsiz ve esebi olur.
8 iyun 2015 21:02
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
boyudene kimi muweqeti olan bir cetinlikdi.usaqlarin doyulmesine ustlerine qisqirilmasina men doze bilmirem ve buna siddetle qarsiyam.kimliyinnen asili olmuyaraq bele menzere ile rastlasanda ozumu saxliya bilmirem ve mene tesir edir.sebrle vermek lazimdi yemeyi..ere getmeyi usaq dunyaya getirmeyi bilirsense zehmet cekib usagada normal baxmagida bilmelisen bele canin cixsada!!! tesekkurler))
8 iyun 2015 19:25
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tek umidim sen
Mənim dayım oğlu diş çıxarır deyə heç nə yemir demək olaki…Arıqlıyıb əməlli başdı.
8 iyun 2015 19:12
# 1
Kadın derin ama adam yüzme bilmiyor...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz