Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpəyə qulluq etmək üçün nə qədər məlumatınız var? - TEST
Körpəyə qulluq etmək üçün nə qədər məlumatınız var? - TEST
Göndərən: Nazlı_qız
Şərhlər: 14
Baxılıb: 1241
Səs ver:
Doğulduqdan sonra körpənizə baxa biləcək məlumatlara sahibsinizmi? Körpənin doğumundan əvvəl körpənin sağlıq yoxlamasını və lazım olarsa müalicəsini etdirə biləcəyiniz həkiminizi seçmiş olmanız, eyni zamanda sağlam bir ana olaraq sizin yoxlanışınız üçün həkiminizin olması işləri asanlaşdırmağa köməkç edər. Bəs Sizin, körpəyə qulluq etmək mövzusunda məlumatınız varmı? Təcrübənizə inanırsınızsa, gəlin, test edək:

1. Körpəyə qulluq etmək üçün özünüzü hazır hiss edirsinizmi?
a) Bəli
b )Xeyr

2. Körpəniz doğulduqdan sonra körpəyə qulluq üçün sizə kömək edəcək yaxınlarınız varmı?
a) Bəli
b) Xeyr

3. Bir körpənin ailəyə gətirəcəyi məsuliyyətlər haqqında məlumat sahibi olduğunuzu düşünürsünüzmü?
a) Bəli
b )Xeyr

4. Xasiyyətcə sakin və soyuqqanlı olduğunuza inanırsınızmı?
a) Bəli
b) Xeyr

5. Körpənizin yoxlanılması və peyvəndləri üçün gedəcəyiniz uşaq həkiminizi təyin etdinizmi?
a) Bəli
b) Xeyr

6. Övladınızı xüsusilə ilk altı ay boyunca ana südü ilə bəsləməniz lazım olduğunu bilirsinizmi?
a) Bəli
b) Xeyr

7. Körpələrin xüsusilə ilk bir neçə ay qaz problemi yaşaya biləcəklərini bilirsinizmi?
a) Bəli
b) Xeyr

8. Körpəyə qulluq zamanı həyat yoldaşınızın da məsuliyyət daşımasını istəyirsinizmi?
a) Bəli
b) Xeyr

9. Körpəyə qulluq zamanı bəzən narahat olursunuzmu?
a) Bəli
b) Xeyr

10. Ana -körpə əlaqəsinin əhəmiyyəti haqqında məlumatınız varmı?
a) Bəli
b) Xeyr

11. Təcili yardım zamanı hara və kimə müraciət edəcəyiniz mövzusunda lazım olan hazırlıqları etdinizmi?
a) Bəli
b) Xeyr

12. Bir körpənin inkişaf dövrü ilə əlaqədar olaraq məlumat əldə etmisinizmi, bu mövzuda məsləhətləşəcəyiniz mütəxəssislər varmı?
a) Bəli
b) Xeyr

Nəticə: Verdiyiniz cavablarda "Bəli" cavabı üstünlük təşkil edirsə:

Bir körpənin çox istənmiş belə olsa ana-ataya və ailəyə çox böyük məsuliyyət gətirdiyi bir həqiqətdir. Bunu bilərək hərəkət etmək çox əhəmiyyətlidir. Bir körpəyə qulluq etməyi həm psixoloji, həm də fiziki olaraq bacarmaq lazımdır. Cavablarınızın çoxu "bəli"-dirsə ana- ata olmağın bəxş etdiyi məsuliyyətlərə və körpəyə qulluq etməyə hazır sayılırsınız. Əlbəttə, bəzən gözlənilməz problemlərlə qarşılaşa bilərsiniz. Edəcəyiniz iş qarşınıza çıxan problemləri həll etmə bacarığına sahib olmaqdır. Körpənin doğumundan əvvəl körpənin yoxlanması və lazım olduqda müalicəsini etdirə biləcəyiniz həkiminizi seçmiş olmanız, eyni zamanda sağlam bir ana olaraq sizin həkiminizin olması işləri asanlaşdırmağa kömək ola biləcək tədbirlərdir.

Cavablarınız arasında "Xeyr" üstünlük təçkil edirsə:

Körpəyə qulluq mövzusunda ananın sahib olduğu məlumat və təcrübə çox əhəmiyyətlidir. İlk uşaqlarda təcrübə gözlənilə bilməz, ancaq tədbirli olmaq lazımdır. Xüsusilə, yeni doğulmuş bir körpəyə qulluq üçün ciddi olaraq əmək, səbir və soyuqqanlılıq lazımdır. İlk aylarda yaşanan çətinliklər zamanl ortadan qalxacaq, ancaq bu müddətdə ananın yanında, ona kömək edəcək, dəstək verəcək, etibarlı yaxınları olmalıdır. Siz özünüzü hələ hazır hiss etməyə bilərsiniz, amma bu mövzuda təcrübəli analarla əməkdaşlıq etmək, məlumatları paylaşmaq lazımdır. Ailə böyüklərindən kömək almaq son dərəcə əhəmiyyətlidir və işləri asanlaşdırar. Əgər "xeyr" cavablarınız daha çoxdursa, ya da "bəli" cavablarınızla bərabər nisbətdədirsə, bir az daha çox məlumat əldə etmək və ana olmuş rəfiqələrinizlə daha çox vaxt keçirmənizi təklif edirik.


Şərhlər: 14
Baxılıb: 1241
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
ehtiyacim yoxdu tesde .cunki hamsin bilirem..herseyi atib onla mesggul oluram. esas odu cuppulu balam totusum
12 iyun 2015 11:16
# 14
arzum-aysum
test elemeyine heccccc ehtiyac yoxdu. cunki bu yolu artiq iki defe kecmisem
30 may 2015 23:53
# 13
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Ayten666
Birincide tecrubesizdim. Ikincide artiq tecrubeliydim
30 may 2015 23:05
# 12
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Mrs.Pianist
Menimcin deyil)) amma lazimlidi
30 may 2015 22:37
# 11
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
valideyinler yaxudaki valideyin olmaqa hazirlashanlarcindi bu test
30 may 2015 22:09
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Xeyr cixdi cunki bacarmaram mennen usaq baxan olmaz nedeki evlenmeyi dusunmurem
30 may 2015 20:59
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Deyesen berabere qaldilar
30 may 2015 20:50
# 8
İçimi görsən mənə aptek alarsan.
medine yusif
Hec testi sinamadim.eger uc il bundan once ovlad sahibi olsaydim hazir olmazdim bu mesuliyyet addimini atmaga.indi ama mawallah her weyin ohdesinden gelirem
30 may 2015 20:46
# 7
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Catwoman666
mene gore deyil bu test hem de onsuzda men usaqlari qeti sekilde sevmirem neyniyirler elesinler yaa cox da vecimedi ele

Sitat: Svetoklana
"Beli"daha çox idi.Amma,melumdur ki,aile heyati qurmaq,uşaq sahibi olmaq menimçün qeyri-mümkündür...)

deli qiz vallah))niye ele deyirsen? her sey yaxsi da ola biler axi meleyim 123
30 may 2015 20:39
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
_BELOSNEJKA_
Yasi az ama tecrubeli ana olmagimA iddialiyam cox
30 may 2015 20:38
# 5
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
Nur k-off
menim hele 17 yawim var testi etdim ve hazir deyilmiwem
30 may 2015 19:29
# 4
SVETA
aRzuM209
Oğlum olmazdan əvvəl olsaydı bu testdə Xeyr lə təcrübəsiz cxardim. ..oğlumu tək saxladığım çün hərşeyi nə bələdəm yetəri qədər məlumatım var və yenidən ana olmağa hərzaman hazıram. ..
30 may 2015 19:24
# 3
Içində bitməyən ümüd varsa demək hələdə gec deyill.....çarəsizlikALLAHDAN gələn ən gözəl işarətdir sonsuz şükürlər olsunki əllərimizi sənə açmağ üçün bizi bu çətin yollardan keçirirsən...çox şükür məsləhətinə ALLAHIM!
Tomris Müslümova
BƏLİcox cixdi ama hazir deylem hec
30 may 2015 19:23
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Suallara cavab olaraq birinci variantın cavabı çıxdı) ..inşAllah. Təşəkkür.
30 may 2015 19:19
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz