Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlara hansı yaşda bal verilməlidir?
Uşaqlara hansı yaşda bal verilməlidir?
Göndərən: Nazlı_qız
Şərhlər: 9
Baxılıb: 1068
Səs ver:
Bal təbiətin bizə bəxş etdiyi misilsiz ləzzətlərdən biridir. Təkibindəki vitamin, mineral və fermentlərə görə təbii bir şəfa qaynağı və qiymətli bir qida sayılır. Bu gün balın kiçik yaşlı uşaqlar üçün əhəmiyyətindən danışacayıq. 1 yaşından sonra uşaq qidalanmasında əhəmiyyətli bir yeri olan bal, xüsusilə qış aylarında tənəffüs yolu infeksiyalarından qorunmasında və müalicəsində də yer alır.

İmmunitet sistemi üçün bal
Vitamin, mineral, turşu, fermentlər kimi bir çox həyati maddə ehtiva edən bal, həzmi asanlaşdırması, iştaha açması və inkişaf pozuntularında bədənin güclənməsinə yardımçı olması səbəbindən uşaq qidalanmasında çox lazımlıdır. Bal uşaqlarda dəmir çatışmazlığının aradan qaldırılmasına kömək olur. Balın tərkibindəki maqnezium damarlarda qanın laxtalanmasının qarşısını alır və stressin mənfi təsirlərindən qoruyur.
 
Həmçinin bağırsaq mikroflorasının yaxşılaşmasına olan təsirləri səbəbi ilə hər yaş qrupunda qəbizliyin qarşısının alınmasında da yardımçı olur. Balın immunitet sistemini möhkəmləndirdiyi, yara və iltihab yaxşılaşmasında müsbət təsirə malik olduğu da məlumdur. Araşdırmalarda bal yeyən uşaqların böyümə və inkişaf templərinin daha yaxşı olduğu müəyyən edilmişdir. Balın süd və süd məhsulları ilə qarışdırılması öskürək, boğaz xəstəliklərinə qarşı məlum olan ən qədim qorunma üsullarından biridir. Südü şirinləşdirmək məqsədilə şəkər əvəzinə bal istifadə edilməsi uşaqların həm bal, həm də süd qəbulunu asanlaşdırdığı üçün faydalıdır.
 
Uşaqlar nə qədər bal yeməlidir?

Balın qəbul edilmə miqdarı əhəmiyyətlidir. Uşaqların kilo hesabına orta hesabla 1 q. bal yeməsi təklif edilir. Məsələn, 20-25 kq. olan bir uşağın, gündə 20-25 q. yəni təxminən 2-3 çay qaşığı bal yeməsi inkişafı üçün böyük fayda verir.
Bal 1 yaşından sonra uşaqlara verilməlidir

Balın tərkibində Clostridium adı verilən bir bakteriya olur. Böyüklər üçün təhlükəli olmayan, amma 1 yaşına girməmiş körpələrdə immunitet sistemi inkişaf etmədiyindən Botulizm xəstəliyinə, astma, allergiya, tənəffüs və sinir iflicinə belə yol açır.
 
Təbii və qidalandırıcı bir məhsul olmasına baxmayaraq, bal tərkibindəki zəhərli və allergen maddələr səbəbindən zərərli ola bilər. (Arı pətəklərinin yerləşdiyi ərazidə aparılan dezinseksiya və kənd təsərrüfatdan təsirlənərək zəhərli və allergen tərkibi yaranır). Bu səbəblə, bal qəbul edərkən və satın alarkən seçici davranılmalı, keyfiyyəti və etibarlılığı məlum olan məhsullar seçilməlidir. 1 yaş ərəfəsində uşaqlara qətiyyən bal verilməməlidir.
 
Hamiləlik və əmzdirmə dövründə ananın bal qəbul etməsində heç bir maneə yoxdur, hətta faydası var. Ancaq əmizdirmə dövründə anaların çox tez-tez etdikləri bir səhv vardır ki, o da uşağın rahat döş əmməsi üçün döş ucuna bal sürtülməsi, ağlamasını kəssin və ya rahat yatması üçün döş ucunun bala batırılaraq körpəyə verilməsidir. Analarımızın nənələrimizdən gördüyü bu ənənə təəssüf ki, ciddi problemlərə yol açır.
Balda zərərli maddə olurmu?

Bal təbii bir qida maddəsidir. Təbii şəkildə istehsal olunur. Balın təbiətində zərərli maddə yoxdur. Ancaq bütün kənd təsərrüfatı məhsulları kimi, bal istehsalında da istehsalçılar zərərvericilərlə və xəstəliklərlə mübarizə üçün dərmanlara müraciət edirlər. Kor-təbii halda dərman istifadəsi, bəzi balda kimyəvi formula olmasına səbəb olur. Balda yerləşən bu cür zərərli və ya yad maddələrin müəyyən edilməsi qabaqcıl texnologiya ilə təchiz olunmuş laboratoriyalarda, mütəxəssislərlə aparılacaq təfərrüatlı analizlərlə mümkündür.


Şərhlər: 9
Baxılıb: 1068
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
FISTIK
Bali daha cox usaqlar xeste olanda oskurek ucun sinelerine kelemle kampres koyuram qizisdirib makrotani tökür.Bele amma usaqlar sirin yeyen deyiler.

çalışacam azda olsa verem
8 may 2015 03:55
# 9
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Nur k-off
Bali çox sevirem

Bali çox sevirem
6 may 2015 23:45
# 8
SVETA
vipbetul
lazimli melumatdi
6 may 2015 22:43
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Men bali coooox sevirem ozde lap lap lap lapppp coxxxxx. Indi verseler de yeyerem)) yeni o derecede cox sevirem bali. Coxxx ffaydali ve dadlidir
6 may 2015 22:42
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Balın faydalarını saymaqla bitməz ancaq çoxda istifadə edən birisi deyiləm çox şirin olduğuna görə adamın boğazını yandırır)..
6 may 2015 21:30
# 5
Antikvar
Duzu usaqlarima hec bal yedizdirmemisem.Versemde inanmiram yesinler.Faydali oldugundan xeberim var bundan bele calisaram azda olsa usaqlara yedizdirmeye calisim.Ozum yeyirem coxda sevirem)
6 may 2015 20:26
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Tomris Müslümova
hee bu haqda burda oxumusdum bilirdim tesekkur))
6 may 2015 19:43
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
yarpaq33
Umumiyyetle pediatorlar usaqlara bal verilmesinin eleyhinedir cunki bal boyuk bir allerqendir cox usaqlarin yeni korpelerin orqanizmi bali yaxsi qebul etmir
6 may 2015 19:32
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Usaqliqdan bala nifret edirem mumkun qeder az istifade edirem
6 may 2015 19:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz