Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpələrə masaj
Körpələrə masaj
Göndərən: Bestoş
Şərhlər: 15
Baxılıb: 3586
Səs ver:
Valideynlər tez-tez sual verir: 1 yaşına kimi olan uşağa masaj lazımdırmı? Bəli, lazımdır.

Həyatının 1-ci ilində körpənin sağlamlığının təməli qoyulur. Masaj isə uşağın sağlamlığı  və inkişafı üçün olduqca faydalıdır. Masaj uşağın sümüklərinə, əzələlərinə, ürək-damar və sinir sisteminə çox müsbət təsir edir. Masaj alan körpələrin həzm sistemi daha tez tənzimlənir. Vaxtdan tez doğulmuş, zəif uşaqlara massaj daha çox lazımdır.

Yenidoğulmuş uşaq üçün ananın səsi, iyi, toxunması çox vacibdir. Bu onun sinir sisteminin normal inkişafına kömək edir, uşağı sakitləşdirir. Bu səbəbdən masaj həmçinin ana və körpənin çox gözəl və faydalı ünsiyyət formasıdır. Körpənizi bundan məhrum etməyin. Xüsusilə bu süni qidalandırılan uşaqlar üçün vacibdir.

Sağlam uşağa hər hansı xüsusi massaj tələb olunmur. Bu səbəbdən ana özü bu masajın hərəkətlərini öyrənib (bizim saytda tapmaq olar) onları hər gün uşağa edə bilər. Masajı 10-15 dəqiqə ərzində etmək lazımdır. Ananın hərəkətləri yüngül olmalıdır və uşağı narahat etməməlidir. Onurğa sütunu, limfatik düyünlər, ürək, qara ciyər nahiyələrini buraxmaq lazımdır. Uşağın qarnını saat əqrəbi istiqamətində masaj etmək lazımdır.

Pediatrlar 1-2 yaşına kimi olan uşaqlara massaj zamanı yeməli yağlardan istifadə etməyi tövsiyə edirlər (zeytun, günəbaxan, kətan və s. yağları). Yağın iyi kəskin olmamalıdır. Bu uşaqda iştahanın və hal-əhvalın pisləşməsinə səbəb ola bilər.

Pediatrların digər məsləhəti - yatan uşağa masaj etmək olmaz.

Körpədə olan bəzi xəstəliklər və patologiyalar zamanı ona xüsusi massaj lazım ola bilər. Məsələn, əyriboyunluq, bud-çanaq oynağı displazıyası zamanı xüsusi müalicəvi massaj istifadə olunur. Bəzi uşaq nevroloji xəstəliklər zamanı (məsələn, uşaq serebral iflici) masaj hətta ən əsas müalicə üsulu sayılır.

Lakin bəzən valideynlər belə bir problemlə rastlaşır - uşaq masajda dayanmadan qışqırır. Bu yolverilməzdir. Belə masaj uşağa xeyir deyil, əksinə ziyan gətirəcək. Masaj zamanı toxumalar boşalmış (zəifləmiş) vəziyyətdə olmalıdır. Yalnız bu halda masaj lazım olan müalicəvi təsir edəcək. Qışqıran uşaq gərgin olur, onun əzələləri yığılır, gərginləşir. Belə gərgin əzələ dartıldıqda ağrıya və nəticədə uşağın daha çox qışqırmasına səbəb olacaq. Bundan əlavə gərgin əzələnin dartılması əzələləri zədələyir. Beləliklə, uşaq masajda sakit uzanmırsa, dayanmadan qışqırırsa, masajı dayandırmaq lazımdır. Digər mütəxəssisi axtarın. Körpə insanın hal-əhvalını, energetikasını hiss edir.


Şərhlər: 15
Baxılıb: 3586
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lelos
masaj mence mütleq lazimdi
27 aprel 2015 23:59
# 15
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
14MsM
mende eliwkami baca olanda masj edirdim
27 aprel 2015 23:11
# 14
Meleknur
Hec anlamiram korpelerden amma biraz tecrubem var bacimin balasindan gormuwem
27 aprel 2015 22:14
# 13
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
vipbetul
usaqa masaj eletdirmek lazimdir sumuklerini berkidir tez yerimesine komek olur
27 aprel 2015 22:10
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
FISTIK
Usaqlar ucun xususi uprajneyalar var yagla ve vaxdla masaj etmek lazimdir.bunu bilirdim men usaqlarima eliyirem bu usaqlarin inkişafI ucun cox faydalidir. sumuklerine xeyrdir.
27 aprel 2015 21:58
# 11
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Nezka
Körpəli analar oxuusun
27 aprel 2015 21:03
# 10
İçimi görsən mənə aptek alarsan.
aliceWOnDer
usaq ne bilir mesaj nedi? 23
27 aprel 2015 20:54
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Zeynep_Fatih
Faydali xeberdi bebewi olan mamalarcun 02
27 aprel 2015 20:24
# 8
talis balasi
Masaj neki usaqlara boyulerede lazimdi 122
27 aprel 2015 20:20
# 7
ulduz
OLANDAN ANADAN MASAJ EDİREM...COX XEYİRLİDİ...
27 aprel 2015 19:53
# 6
adsiz-a
Korpelere qulluq ve diqqet mutleqdi
27 aprel 2015 19:49
# 5
Fialka
Masajın uşaqlara yeriməsi üçün faydalı olduğunu bilirdim sadəcə hansı yağlarla və uşaq yatan zaman masaj olmamalı olduğunu öyrəndim təşəkkür.
27 aprel 2015 19:44
# 4
Tomris Müslümova
faydali xeberdi analar ucun
27 aprel 2015 19:41
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
sadecə mən
Bəli,körpələrə vaxtı-vaxtında qulluq edilməlidir.Xəbərə görə Təşəkkürlər maarifləndirici xəbər idi.
27 aprel 2015 19:22
# 2
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
BARBI
korpelere qulluq mutleqdir her zaman muntezem olaraq onlara masaj olunmalidir
27 aprel 2015 19:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz