Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqları həddən artıq yedizdirməyin
Uşaqları həddən artıq yedizdirməyin
Göndərən: Bestoş
Şərhlər: 18
Baxılıb: 1836
Səs ver:
Susuzluq və aclıq hissi insanın minilliklər boyu sağ və sağlam qalmasına səbəb olan əsas instinktlərdəndir.

Bu faktı unudaraq qidanın bol olduğu müasir dövrdə bütün anaları narahat edən əsas məsələlərdən biri uşağın passiv yemək yeməsidir. Əksər hallarda uşağın iştahı passiv deyil, ananın narahatlığı aktivdir. Dietoloq Rebecca Byrne qeyd edir ki, daha çox analar uşaqların kifayət qədər yeməməsi və az çəki almasına görə narahat olaraq, uşaqları normalarından artıq yemələrinə təzyiq göstərirlər. Müasir dövrdə uşaqların qidalanması onların aclıq və susuzluq instiktinə uyğun olaraq deyil, ananın uşağı nə vaxt və hansı miqdarda yedizdirmək istəyi ilə həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistik məlumata görə dünyada 2013-ci ildə 42 milyondan artıq 5 yaşından kiçik uşaq piylənməyə məruz qalıblar. Harvard Universitetinin hesablamalarına görə isə son 20 ildə müvafiq yaş uşaqların piylənməsi 60% artmışdır. Bariatrik əməliyyatlar həyata keçirən ümumi cərrah Dr. Elmir Əsgərov qeyd edir ki, insanın mədəsinin ölçüsü simvolik olaraq yumuruğu ölçüsündədir. Uşaqlar da isə üstəlik olaraq mədə anatomiyası hələ tam yetkinləşməmişdir.

Mədənin genişlənmə qabiliyyətini malik olmasını nəzərə alaraq gələcəkdə uşağın normadan artıq yeməsi piylənmə probleminə səbəb ola bilər.

Professor Catherine Law 12 min nəfər 3 yaşlı uşaqlar arasında apardığı araşdırmanın nəticələrinə görə müntəzəm olaraq nənə və baba tərəfindən qayğı görən uşaqlar 3 dəfə daha çox piylənməyə məruz qala bilərlər. Səbəb nənə-babanın uşağı zərərli qida ilə şirnikdirmələrindən irəli gəlir. Adətən uşaqları yedizdirmək üçün nəinki nənə-baba, ana-ata aşağıdakı metodlardan istifadə edirlər:

-Yeməyi israf etməmək. Boşqabı nəyin bahasına olursa olsun, təmiz olana kimi yeyib bitirməyə alışdırmaq doymaq hissinə əsasən qidanı qəbul etməyə mane olur. Gələcəkdə mədə doysa belə, göz doymur kimi pis vərdiş yaranır.

- Yeməklə mükafatlandırmaq. Valideynin istədiyi miqdarda yeməyi yeyib bitirdiyi təqdirdə uşağa mükafat qismində xoşladığı başqa bir şey etmək, vermək düzgün deyil. Bu üsul istənilən yeməkdən sonra mütləq şəkildə hər hansı bir şirniyyatın qəbulu vərdişini və ya hər hansı şirni yeməmişdən öncə mütləq qida qəbul etməsi vərdişinin əsasını qoyur. Nəticədə insan lazım olandan qat-qat çox kalori qəbul etmiş olur.

- Yeməklə cəzalandırmaq. Uşağa yemədiyi təqdirdə hədə-qorxu gəlmək onda yeməyə qarşı ciddi ikrah hissi oyada bilər. Üstəlik xoşlamadığı yeməkdən nəyin bahasına olursa olsun can qurtarmaq üçün uşaqlar yalan və digər xoşagəlməz xassələrə yiyələnirlər.

- Yedizdirərkən diqqəti yayındırmaq. "Təyyarə gəlir, ağzını aç”, "Bunu ananın, bunu atanın əvəzinə” oyunları, dilə tutmaq, nağıl danışmaq, cizgi filmi göstərmək kimi üsullar qida qəbulu ilə paralel nə isə etmək vərdişi yaradır. Yemək yeyənin fikri boşqabından kənara yayındıqda isə o doyma hissini ötürür və lazımından artıq qida qəbul etmək təhlükəsi ilə üzləşir.

- Yeməklə təsəlli vermək. Əhvalı olmayan, uğursuzluq, ağrı və digər fiziki və emosional narahatlıq yaşayan uşağa təsəlli vermək məqsədi ilə ona dadlı və ya maraqlı qida hazırlamaq, vermək böyüdükdə hər dəfə stress və ya əhval düşkünlüyü keçirdikdə qidaya təsəlli mənbəyi kimi müraciət etmək vərdişi yaradır.

Müəyyən müddət arıqlama mərkəzində çalışan psixoloq Anna Bıkova qeyd edir ki, uşağının sağlam gələcəyini istəyən valideyn yuxarıda verilən üsullardan qətiyyən istifadə etməməlidir. Gələcəkdə bu cür üsullar nəinki piylənmə kimi ciddi fiziki hətta bəzi ciddi psixoloji problemlərə də səbəb olacaqdır.

Dietoloq Tutu Zeynalova müasir uşaqların piylənmə səbəbləri kimi fiziki fəallığın az olması, fabrikat və genetik modifikasiya olunmuş qidaların qəbulu, ana və nənələrin uşağın əvəzinə işləri görməsi, televizor və kompüter qarşısında keçirilən vaxt, hormonal problemləri, genetik meylliyi sadalayır. Digər tərəfdən isə uşaqların iştahasız olması öncəki yeməyin aşırı qəbulu və ya sağlamlığında problemin olması ilə əlaqəli olmasını qeyd edir. Hər bir uşağın individual enerji sərfini nəzərə alaraq, nə qədər yediyinə deyil, nə yediyinə nəzarət etmək gərəkdir. Həmçinin uşaqlarda sağlam qida vərdişlərini tərbiyə etmək üçün valideyn öz nümunəsində göstərməlidir.

Mütəxəssislərin qeyd etdiyi kimi, sağlam qidalanma vərdişlərinin əsasları körpəlikdən qoyulur. İstənilən yaşda sağlam qidalanmağa və qidalandırmağa başlamaq mümkündür.

Səhv qidalandırma üsullarına alternativ olaraq aşağıdakıları nəzərinizə çatdırırıq.

- Sağlam qida ilə həyata başlamaq. Sağlam başlanğıc üçün ilk qida sözsüz ki, ana südüdür. Ana südünün əvəzolunmaz özəlliklərindən savayı, əmizdirilən körpə özü aclıq və toxluq balansını qoruyur. Nəticədə müdaxilələr olmadan öz doyma norması qədər qidalana bilir.

- Doymaq sözünün öyrətmək. Lap erkən yaşlarından etibarən hər dəfə yeməyə başlamamışdan öncə uşağınıza doyma hissini bildirməyi xatırladın. Əvvəllər bu başını qaşıqdan kənara çevirmək, ağızını açmamaq, ağzına qoyulan yeməyi tüpürmək kimi hərəkətlər olur. Bu zaman uşağın başını nəyin bahasına olursa olsun qatıb boşqabı bitirməyə cəhd etməyin.

- Uşağın qida ritminə uyğunlaşın. Bəzi uşaqlar yuxudan oyanan kimi digərləri isə oyanandan bir neçə saat sonra yeməyi üstün tuturlar. Bunları mütləq şəkildə nəzərə alın. Üstəlik bəzi günlər hətta böyüklər xarici və daxili şəraitdən asılı olaraq iştahlı və ya iştahsız ola bilirlər. Uşaqlar da eynilə gündən-günə iştahları ilə fərqlənə bilərlər.

- Özünün yeməsi üçün şərait yaratmaq. Uşaqlarda çəngəl, qaşıq, küt bıçaq ilə və ya əllə yemək bir proses olaraq maraq oyadır. Bunu üçün onlara imkan yaratmaq, həmçinin yemək əsnasında onu tələsdirməmək, qidanı rahat çevnəyib udmasına vaxt vermək gərəkdir.

- Yemək payını vizuallaşdırmaq. Uşağınıza yemək seçərkən onun yumruğunu vizuallaşdırın, bu sizə onun mədəsinin təxmini ölçüsünü təsəvvür etməyə yardım edəcəkdir. Boşqabda qalan artıq qidanı uşağı dilə tutaraq yedirtməkdənsə, kiçik ölçülü şüşə qida konteynerlərinə boşaldıb növbəti qida qəbuluna saxlayın.


Şərhlər: 18
Baxılıb: 1836
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
mende qizimi zorla yedizdirirem burda yazilan kimi bosqabda qalmasin,hemde balacadi , aglada glada verirem aqzina yemeyi,,ziyanli oldugnu bilmirdim daha emel edecem burda yazilanlara,,, twk
22 aprel 2015 01:07
# 18
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
emis
Mənim babamın bir sözü var həmişə deyir uşaq yemək istəyənə kimi verməyin qoyun özü istəsin onda yaxşı yeyəcək. .deyir heçkim acınnan ölməyib nə dura bilərki uşaq acınnan uzağı axşama qədər dözəcək və axırda deyəcək mənə yemək verin . onda iştahla yeyəcək yeməyini. Anaları başa düşürəm uşaqlar yemeden ananın boğazından keçmir yediyi. Ama usagida zorlamaq olmaz. Mənim də bacım yemirdi mamam bir qaşıq toyuqlara verirdi bir qaşıq da bacıma o elə elə öyrəndi yemək yeməyi. Ama emis nə qədər edirik heçnə yemir. Bir qaşıq yemək yeyəndə də o qədər hərəkət edir ki yediyini xərcləyir.
21 aprel 2015 17:24
# 17
Rakella
coxlari fikirlesirki usaq mutleq toppus olmalidi eger ariqdirsa demeli xestedir butun bunlar yanlis dusuncelerden ireli gelir
21 aprel 2015 15:48
# 16
Impossible is not a word,it's just a reason for someone not to try
cinqosh
mən özü sərbəst oturub yeyən uşaqlara həsrətlə baxıram...Boşqab əlində evi 3 dövrə vurmadın ki, yeməsən səni parka aparmiyacam deyə hədə qorxu gəlmədin ki, ağzına 1 qaşıq yemək qoyub heç üstündən 5 san keçməmiş 2-ci qaşığı da uşağın xirtdəyinə basmadın ki, nə ləzzəti olar uşaq yedizdirməyin???
21 aprel 2015 12:33
# 15
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Antikvar
Qızlar anneləri bu dərəcədə qınamayın)inşallah bir gün bu gözəl hissi dadınca nə qədər çətin olduğunu anlayarsız.
Çox əziyyətli günlər yaşadıb böyük oğlum bu barədə.Yemək verməsəm heç yeməz,heç deməzdə,uşaq vaxtı yedızdirərdim və abratnı hamsını qaytarmaq ,bir saat əziyyətlə yedizdirdiklərin hədər getsin dəhşatamız hal))Uşaq yemək verməsən,mədəsi yığılar dahada işhalsız hallar baş tutub gedər.Onlara qalsa cəmi bir iki qaşıqla yetinirlər amma bir ana qəlbi necə?))iki qaşıqlamı uşaq heç doyar?yox«)(təbii mənim fikrimcə))Bu səbəbdən balaca vaxtları çox üstlərinı düşsəmdə indi çoxda təyziq altına saalmıram.İstədikləri qədər yeyirlər.Təsadüdən görsəmki az yeyirlər onda məcbur edirəm yesinlər))
21 aprel 2015 01:23
# 14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Qlamurr
Düzdü valideyin uşağını çox istədiyindən yedizdirməyə çalışır,ancaq gələcəkdə köklük,acgözlük kimi pis vərdişləri aşılamış olur.Əslində uşaq lazımı qədər yeyir,artığına ehtiyac yoxdu.
21 aprel 2015 00:35
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Luna-90
Oglumun yemek yemeyi cox cetin olub ve 6 yasi var davam edir .sudu zorla icirdim 1 yasina kimi .indi de ozum yedizdirirem ozu yemek yemir .yemek vermesen demirki acmisam ac gunu yola verer.evvel cox narahat idim .indi yox serbest buraxmisam normal yedizdirirem .6yasi var 26 kqdi .normaldi.
20 aprel 2015 21:45
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Gunka13
Menim qizim yemek vermesem hec yemek yadina dusmeZ.yemeyi yaxsi yemir.bir saata verib gutariran yemeyi.zulm veeir mene.
20 aprel 2015 21:25
# 11
Aileli.
Catwoman666
usaqlarin qidasina xususi fikir vermek lazimdi normasindan artiq yedizdirmek qeti qadagandir mence bir de saglam dadli ve vitaminli yemekler yedizdirilmelidi usaqlara
20 aprel 2015 21:15
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
usaqlari mecbur yaxuddaki cox verirlerki kokelsin deye bunlar sehfdi usaq oz isdedikde onsuzde yeyegey
20 aprel 2015 20:35
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Uşaqları məcburi şəkildə yedirtmək düzgün deyil düşünürəm ki, yemək verərkən yeməyi daha maraqlı düzəldib, uşaqda maraq oyadaraq verilsə həmdə özü istəyənə qədər yesə yaxşı olar, nəinki zorla doyanacan))
20 aprel 2015 20:09
# 8
BARBI
Anada bele bir psixologiya var hemise usagim acdir yedizdirim hec dogru deyil hemin usagin medesi genislenir ve obezite xesteliyi yaranir
20 aprel 2015 20:01
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yasemin
Mənim Bacımın uşağı balacadı elə yeyən deyil
20 aprel 2015 19:44
# 6
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
aliceWOnDer
Sitat: Nur k-off
Menim bir refiqem var balaca yawlarindan cox yedizdiribler qizin indi 17 yawi var helede pehriz saxlayir

aynen oyle , usagliqda meni doye-doye yedizdirlermis indi ariglamisam , amma 5 kq vermeliyem
20 aprel 2015 19:41
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nur k-off
Menim bir refiqem var balaca yawlarindan cox yedizdiribler qizin indi 17 yawi var helede pehriz saxlayir
20 aprel 2015 19:38
# 4
SVETA
Nezka
Hər şeyin çoxu zərərdi
20 aprel 2015 19:15
# 3
İçimi görsən mənə aptek alarsan.
ayan97
Usaglara yemek yedizdirmek , qeyri mumkun dur mencee. Cox usag yemirr...
20 aprel 2015 19:09
# 2
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Meleknur
Bacimin balasi o qeder de yeyen deyil hec emele de gelmir cullutdu)
20 aprel 2015 19:04
# 1
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz