Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Erkən doğulan uşaqlarda Rop
Erkən doğulan uşaqlarda Rop
Göndərən: Qlamurr
Şərhlər: 8
Baxılıb: 712
Səs ver:
Vaxtında aşkarlanmayan xəstəlik korluğa səbəb olur

Bədəndə baş verən anormal dəyişikliklər, xəstəliklər hər hansı bir siqnalla özünü göstərsə də, elə xəstəliklər var ki, onların heç bir simptomu əvvəlcədən özünü büruzə vermir. Təəssüf ki, bu cür xəstəliklər aşkar olunduqda çox gec olur. Gecikdirilmiş müalicələrin isə effekti əksər vaxt nəticəsiz qalır. ROP adlandırılan yarımçıq retinopatisi məhz bu cür xəstəliklərdəndir ki, onun vaxtında aşkar edilməsi olduqca çətindir.

Valideynlər tərəfindən bu diaqnozun qoyulması, ümumiyyətlə, mümkün deyil. ROP müayinəsi inkişaf etmiş ölkələrdə körpə dünyaya gələn gün edilir. Azərbaycanda isə valideynlər, ümumiyyətlə, bu cür problemin varlığından xəbərsizdir. Müayinə edilməsi isə klinikalardan asılıdır. Bir sözlə, təhlükə bütün erkən doğulmuş körpələr üçün mövcuddur.

ROP uşaqlıq zamanı ən çox korluq səbəbi olan və yarımçıq doğulan körpələrdə görülən göz xəstəliyidir. ROP xəstəliyi 32 həftədən tez və 1500 qr-dan az çəkisi olan yeni doğulmuş körpələrdə rast gəlinir. Erkən doğulmuş uşaqlarda ROP muayinəsi mütləq edilməlidir. Erkən doğulmuş, çəkisi az olan uşaqlarda göz dibi damarlarının inkişafının başa çatmaması uşaqlarda korluğa səbəb ola bilər. Bunlardan əlavə böyüdükcə çəpgözlük, görmə zəifliyi bu uşaqlarda ən çox rast gəlinən xəstəliklərdir.

Oftalmoloq Xəlil Özcanın sözlərinə görə, göz körpələrdə ana bətnində ikən gec formalaşan orqanlar sırasındadır. Bütün orqanlar doğuş ərəfəsinə kimi inkişafını bitirdiyi halda ciyərlər və gözlər inkişafını davam etdirir. Erkən doğuş zamanı bu orqanlar tam inkişafını tamamlaya bilmir. Digər orqanların inkişaf azlığı doğumdan dərhal sonra nəzərə çarpsa da, gözlə bağlı problemlər müayinə edilmədikdə özünü göstərmir. Buna görə də, valideynlərin bu cür xəstəliklərdən xəbərdar olması vacibdir ki, həkim müayinə etməsə belə onlar məcburi müayinə tələb edə bilsinlər: "ROP xəstəliyinin valideynlərin aşkar edə biləcəyi bir əlaməti olmadığı üçün uşaq xəstəlikləri mütəxəssisləri doğumdan 4 həftə sonra bu körpələri ROP müayinəsi edə bilən bir göz mütəxəssisinə göndərirlər. Bu səbəbdən ata-analara düşən vəzifə körpələrini doğumdan bir ay sonra göz müayinəsinə aparmaqdır. Reanimasiyada yatmaqda olan körpələrdə reanimasiya şəraitində ROP müayinəsi edilə bilər". Normal hamiləlik müddəti 280 gündür. Bu, tam 40 həftə hesab olunur. 37-ci həftədən erkən doğulan uşaqlarda göz tam inkişaf etmir. Üstəlik erkən doğulan uşaqları həyatda saxlamaq üçün onlara verilən yüksək oksigen də göz damarlarının yüklənmə və zəifləməsinə səbəb olur. Bunun nəticəsində gözün orta qatında olan torlu qışada ROP adlandırdığımız retinopatiya yaranır. Əksər doğum evlərində erkən doğulmuş uşaqlarda gözdə retinopatiya olub-olmaması yoxlanılmır. Həkimə müraciət etdikdə isə çox gec olur. "ROP vaxtında müayinə edilib müalicəsinə başlanılmadığı halda hər iki gözdə korluğa səbəb olur". Həkim deyir ki, əksər qadınlar qeysəriyyə üsulu ilə daha erkən doğuşa üstünlük verirlər. Məsələn, analar düşünür ki, 6 aylıq körpə dünyaya gələn zaman həyatda qala bilirsə, 36 həftənin tamamından sonra dünyaya gələn uşaqda ümumiyyətlə, problem olmaz. "Bu, yanlış düşüncədir. Uşaq 40 həftənin tamamına kimi inkişaf edir. Onun hətta 1 gün erkən ana bətnindən ayrılması hansısa bir damar və ya orqanda kiçik bir iz qoyur". Dünyaya gələn körpənin çəkisi 1 kilo 500 qram və bundan azdırsa, belə körpənin 100% müayinə edilməsi lazımdır. Çünki bu çəkidə doğulan körpəyə ROP diaqnozu əksər hallarda qoyulur. Xəstəlik ilkin 5 mərhələdən ibarətdir. İlk 2 mərhələ zamanı uşağın gözləri sadəcə müşahidəyə alınır. 3 və 4 cü dərəcədə artık lazer müalicəsinə başlanılır. 5-ci mərhələ isə artıq əməliyyat tələb edir və ən pisi odur ki, edilən hər 3 əməliyyatdan 2-si nəticəsiz olur. Yeni dünyaya gələn körpələrin ilk 1-ci ayında müayinəsi vacibdir. ROP olmasa belə göz dibi problemləri, çəplik, gözdə təzyiq, göz yaşı kanalının tutulması və s. problemin olub-olmaması müəyyən edilməlidir. Erkən diaqnoz bütün xəstəliklərdə olduğu kimi göz üçün də müalicənin effektliyi baxımından önəmlidir. Həmsöhbətimizin sözlərinə görə, hamiləliyin dördüncü ayına qədər gözdə damar olmur. Bircə arteriya olur və onun hesabına göz qidalanır. Dördüncü aydan başlayaraq gözün mərkəzindən burun nahiyəsində doğru şaxə şəklində damarlar inkişaf edir. Və bu səkkizinci aya qədər davam edir. Səkkizinci aydan isə damarlar yanaq, gicgah və alın nahiyəsinə qədər inkişaf edir. Bu isə qırxıncı həftəyə qədər çəkir. Hətta uşaq dünyaya gələndən bir ay sonra proses davam edir. Uşaq bu tamamlanma başa çatmadan əvvəl, xüsusən də 32 həftədən tez, 1500 qram çəkidə doğularsa, deməli, gözdə damarlanma başa çatmayıb və torlu qişanın yarıdan çoxunda damar yoxdur. Bu isə doğumdan sonra sadəcə müayinə əsnasında aşkar oluna bilər.


Şərhlər: 8
Baxılıb: 712
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
ilk defedir esidirem ..ALLAH UZAQ ELESIN. oglumda olandan sol gozunde soyuqluq vardi qiyilib temiz cirklenirdi her sey etdim indi sukur yaxsidi...vaxtindab her bir xesdeliyin qarsisi alinmalidi.

ilk defedir esidirem ..ALLAH UZAQ ELESIN. oglumda olandan sol gozunde soyuqluq vardi qiyilib temiz cirklenirdi her sey etdim indi sukur yaxsidi...vaxtindab her bir xesdeliyin qarsisi alinmalidi.
17 may 2015 00:53
# 8
vipbetul
Onun hətta 1 gün erkən ana bətnindən ayrılması hansısa bir damar və ya orqanda kiçik bir iz qoyur"bu qederini bilmirdim
16 may 2015 22:32
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Melissa
birinci dfefedir
16 may 2015 21:17
# 6
Fialka
Bu xəstəlik haqqında ilk dəfədir öyrənirəm , Allah bütün körpələri qorusun və əziyyət çəkənlərə şəfa versin amin.
16 may 2015 20:32
# 5
guler19
Birinci defedir ki bu xəstəlik haqda eşıdirəm. ALLAH heç bir uşağa gösterməsin Heç bir valideyni balası ilə imtahana çəkməsin RƏBBİM uzaq etsin bu xəstəliyi amin
16 may 2015 20:27
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
talis balasi
Allah uzaq elesin allah hec bir valideyni ovladiyla sinaqa cekmesin
16 may 2015 19:36
# 3
BARBI
Men yalan demerem birinci esitdim bu xestelik haqda . Allah komey olsun.
16 may 2015 19:35
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
bu haqda hec bir melumatim yox idi,xesteliyin adini ve yaranma sebebinide bilmirdim sizden orgenmis oldum allah uzaq elesin ana uzun en boyuk dertdir gozunun onunde xeste usaginin olmasi...
16 may 2015 19:20
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz