Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın immunitetini necə gücləndirmək olar?
Uşağın immunitetini necə gücləndirmək olar?
Göndərən: Sabrina
Şərhlər: 8
Baxılıb: 1099
Səs ver:
Bir çox hallarda xüsusi müalicənin təyin edilməsinə heç bir ehtiyac olmur, sadəcə olaraq, uşağa savadlı qulluq etmək lazım gəlir. Belə qulluqlarla biz sizi aşağıdakı bölmədə tanış etməyə calışacağıq.

Düzgün qidalanma

Bu haqda danışarkən ən sadə məsləhətlərdən başlayaq. Uşağın immun sisteminin normal şəkildə olması üçün tam və keyfiyyətli qidalanmanın əhəmiyyəti böyükdür. Düzgün olmayan, natamam dəyərli və qeyrirasional qidalanma uşagın immun sisteminə xeyli dərəcədə zərər verir.

Uşağın qidası tərkibinə görə tam dəyərli (zülallar, yağlar, karbohidratlar, vitamin və mikroelementlərlə kifayət qədər zəngin) olmalıdır. Zülalların tərkibində olan amin turşuları immun sisteminin yuksəlməsinə xeyli dərəcədə müsbət təsir edir. Buna görə də uşağın qida rasionu kifayət qədər ət, balıq, toyuq, yumurta, süd məhsulları ilə zəngin olmalıdır. Uşaq orqanizmi üçün yalnız heyvani zülallar deyil, bitki tərkibli zülallar da (noxud, lobya, paxlalı bitkilər) vacib hesab edilir. İmmun sistemi zəif olan uşaqlara ən azı həftədə bir dəfə olmaqla paxlalı bitkilərdən hazırlanmış qidalar vermək lazımdır.

İmmun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün daha vacib hesab edilən vitaminlər A, C, E, B və D qrupu vitaminləridir.

Vitamin A-nın mənbəyi hesab edilən qida maddələri: kök, kahı yarpağı, kələm, balıq yağı, böyrək, qaraciyər, dəniz balıqlarının qaraciyəri, yumurta sarısı, kərə yağı, qaymaq və s.

A vitamini orqanizm tərəfindən E və S vitaminləri ilə birlikdə daha yaxşı mənimsənilir. Buna görə də mütəmadi olaraq uşaqlar üçün bitki yağı (vitamin E) əlavə edilmiş və üzərinə bir qədər limon şirəsi (vitamin S) sıxılmış kök, kələm, kahı yarpağı salatları hazırlamaq məsləhət görülür.

Vitamin S – soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir; məsələn, KRVX-nin ilkin dövrlərində C vitamininin qəbul edilməsi orqanizmin sağalmasına, daha ağır formalara keçməməsinə kömək edir. C vitamininin əsas mənbələri kimi, sitrus meyvələri, itburnu, kələm, pomidor, qara qarağat, qırmızı istiot və s. qeyd etmək olar.

Vitamin E - orqanizmə mikroblardan, viruslardan, hətta xərçəng xəstəliyindən qorunmaqda kömək edir. E vitamini xeyli miqdarda qaraciyər, yumurta sarısı, kahı yarpaqlarında, günəbaxan, zeytun, qarğıdalı yağlarında, təzə cücərdilmş buğdada, qarabaşaq ("qreçka”), düyü və digər yarmalarda var.

Vitamin B1. Orqanizmində bu vitamin çatışmazlığı olan uşaqlar ağlağan, hirsli, dəcəl olur, tez-tez baş ağrılarından, ümumi zəiflikdən şikayət edirlər. Sinir sistemi zəif olan uşaqların immun sistemi də zəif olur. Buna görə də uşaqların qida rasionunda B1 vitamini ilə zəngin olan qida məhsullarının ("qerkules”, lobya, paxlalı bitkilər, qoz, fındıq, araxis, kartof, qaraciyər, böyrək) olmasına fikir vermək lazımdır.

Vitamin B2. Bu vitamin çatışmazlığında da immunitet zəifləyir, müxtəlif mədə və bağırsaq xəstəlikləri baş verir. Tərkibində vitamin B2–nin olduğu əsas qida məhsulları: kələm, təzə lobya, alma, qaraciyər, yaşıl noxud, pomidor, cücərdilmiş buğda, yumurta, süd və süd məhsulları, mal əti. Yadda saxlamaq lazımdır ki, vitamin B2 işıqdan "qorxur” – süd və süd məhsulları 2 saat ərzində günəş şüaları altında saxlanılarsa, qıcqıraraq tərkibində olan B2 vitaminini də itirir.

Vitamin B6 da immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Bu vitaminə qara çörək, ət, balıq, yumurta sarısı, süd, qaraciyər, yarmaların tərkibində də rast gəlinir.

Vitamin B9 (fol turşusu) və B12 – qan hüceyrələrinin əmələ gəlməsi üçün (həmçinin eritrositlərin və immun sistemi hüceyrələrindən olan limfositlərin) vacibdirlər. Uşaqda qanazlığı, tez-tez baş verən soyuqlamalar varsa, ona süd, yumurta, soya, inəyin qaraciyəri və böyrəkləri, ağ və qırmızı turp, şomu, kahı vermək məsləhətdir.

Vitamin D - qanın normal laxtalanması, ürək fəaliyyəti, sinir və immun sistemi üçün vacib hesab olunur. Onun çatışmazlığı zamanı əsasən 1 yaşına qədər uşaqlarda təsadüf edilən raxit xəstəliyi inkişaf edir. D vitamini çatışmazlığı daha iri yaşlı uşaqlarda baş vermiş olarsa, onların boy atması ləngiyir, sümükləri isə daha kövrək olur. D vitamininə yumurta, süd, kərə yağı, qaraciyər, balıq (xüsusən balıqların qaraciyərində) məhsullarının tərkibində rast gəlinir. Bundan savayı, bu vitamin günəş şüasının təsiri altında insanın dərisində də əmələ gəlir. Məhz buna görə uşaqlara günəş vannalarının qəbul edilməsi xeyirli hesab edilir. Ancaq onu da yadda saxlayın ki, günəş şüaları altında olmaq nəticəsində dəridə qızartı əmələ gələndən sonra orada D vitamini istehsalı dayanmış olur.

İmmunitetin normal səviyyədə saxlanılması üçün bir çox mikroelementlər tələb olunur: kalium, mis, maqnezium, sink, yod, dəmir, kalsium, selen, germanium.

Kalium - cəfərinin, kartofun, pomidorun, kələmin, ərik qurusunun, üzümün, qara gavalı qurusunun, xiyarın, greypfrutun, turpun, paxlalı bitkilərin tərkibində olur.

Maqnezium - cücərdilmiş buğdanın, cəfərinin, gavalının, balqabağın, kartofun, nanənin, qaraciyərin, qozun tərkibində insan orqanizmi üçün tələb olunan miqdarda olur.

Mis - südün, cücərdilmiş buğdanın, cəfərinin, göbələklərin, qoz və findığın tərkibində olur.

Sink qida maddələrinin tərkibində çox təsadüf edilmir. Onun əsas mənbələri üyüdülmüş buğda qalıqları, günəbaxan tumu, cücərdilmiş buğda hesab olunur.

Yod elementi endokrin və immun sistemin normal fəaliyyəti üçün vacibdir. Uşaq və yeniyetmələrə böyuklərə nisbətən daha çox yod tələb olunur. Buna görə də uşaqların qidalarina çuğundur, tünd rəngli bütün meyvələr, okean balıqları və onların qaraciyəri, dəniz kələmi, soğan, göbələk, yaşıl noxud, ağ və qırmızı turp, pomidor, yemiş, xurma kimi müxtəlif meyvə və tərəvəzlər də daxil edilməlidir. Vaxtaşırı olaraq həkim təyinatı üzrə uşaqlara yod preparatları (xüsusən onun çatışmazlığı qeyd olunan bölgələrdə) vermək məsləhət görülür.

Dəmirin miqdarı ət, qaraciyər, alma və xurmanın təkibində daha çox olur.

Kalsium orqanizmə daha çox süd məhsulları ilə daxil olur (xama, qatıq, qaymaq, asidofilin). Germanium və selen elementləri dəniz məhsullarının, böyrəklərin, qaraciyərin, cücərdilmiş buğdanın tərkibində olur.

İnkişafda olan uşaq orqanizminin yaxşı qidalanması təmin edilsə də, sadalanan bütün bu vitamin və mikroelementlərlə tam şəkildə təmin etmək çətindir. Xüsusən bu yaz və payız aylarına daha çox aiddir. Çünki bu zaman həm günəş işığı, həm də vitamin və mineral maddələrin əsas mənbəyi olan meyvə və tərəvəzlər daha az olur. Bu zaman uşaqlara hər hansı bir vitamin-mineral kompleksli preparatların (indi onların sayı çoxdur və həkim-pediatr sizin uşağa hansının daha çox uyğun olduğunu deyə bilər) verilməsi məsləhət olunur. Valideynlər onu da bilməlidirlər ki, vitaminlərin müsbət təsirini əldə etmək üçün onları düzgün qəbul etmək lazımdır. Vitaminlərin qəbulu üçün əsas qayda – vitamin həbini uşağa səhər yeməyindən 10-30 dəqiqə sonra az miqdarda su ilə verməkdən ibarətdir. Mikroelementləri (kalsium, dəmir, yod və s.) isə günorta yeməyindən sonra vermək lazımdır. Vitamin və mikroelementlərdən ibarət olan kompleksləri uşağa səhər yeməyindən 10-30 dəqiqədən sonra verirlər.

Yuxu, istirahət, fiziki hərəkətlər

Yuxu (xüsusən axşam vaxtı) uşaq üçün çox vacib hesab olunur. Məhz gecə saatlarında uşağın immun sisteminin mükəmməlləşməsi baş verir. Axşam saatlarında narahat yatan və ağlayan uşaqların immun sistemi rahat yatan uşaqlara nisbətən daha ləng şəkildə formalaşır. Məhz buna görə ana, uşağın axşam saatlarında normal vaxt ərzində rahat yatmasını təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.

Yatmamışdan qabaq uşağı yüngül masaj etmək, bir qədər ballı süd (yaxşı və dadlı "yuxugətirici dərmandır”) vermək olar. Uşagın yatmazdan qabaq adət etdiyi (dişlərini təmizləmək, sevimli yataq paltarını geyinmək, nağıl dinləmək) vərdişlər də tez və rahat yuxuya getməyə kömək edir. Yuxudan qabaq uşağa aktiv oyunlar oynamağa, uzun müddət televizora baxmağa şərait yaratmayın. Yatmamışdan qabaq uşaq çoxlu miqdarda maye, ağır yağlı yemək qəbul etməməlidir. Bütün kiçik uşaqlar çimdikdən sonra daha rahat yuxuya gedirlər. Yay vaxtı bunu hər gün də etmək olar. Uşağın yuxuya pis getməsi və narahat yatması davam edərsə, uşaq nevropatoloquna müraciət etməyiniz məsləhətdir.

Nataman istirahət, yüksək fiziki, əqli və emosional yüklənmələr daha böyük uşaqlarda yorulmaya, stresə səbəb olaraq uşaq orqanizminin müdafiəsini xeyli dərəcədə zəiflədə bilər.

Uşaq yaşlarında idmanla həddən artıq məşğul olmaq çox zərərli olub, yalnız immun sistemini deyil, ürək-damar, sinir sistemlərini də poza bilər, bədənin normal inkişafının və boyun artmasının ləngiməsinə səbəb olar. Ancaq uşaq yaşlarında fiziki aktivliyin olmaması da zərərli hesab olunur. Uşağın fiziki hərəkətlərlə məşğul olmasına vaxt ayırmaq vacibdir. Səhərlər ailəvi şəkildə idman hərəkətləri etmək də yaxşı olardı. Üzgüçülük - ürək-damar, tənəffüs, onurğa sütunu və s. xəstəliklərin profilaktikası üçün universal idman növü hesab olunaraq, həmçinin immun sisteminin möhkəmlənməsinə də xeyli dərəcədə kömək edir.

Hər gün 1,5-2 saat ərzində uşaq açıq havada olmalıdır (parkda, meşədə, dəniz kənarında, magistral yollardan uzaq olan yerlərdə gəzintilər daha yaxşı olardı). Əlbəttə ki, hava yaxşı olmadığı günlərdə (çox soyuq, yağışlı, küləkli və s.) uşaqla gəzintiyə çıxmaq məsləhət deyil. Bu nəinki bədənin möhkəmləndirilməsinə kömək edər, əksinə, uşağın xəstələnməsinə səbəb ola bilər. Bütün digər günlərdə açıq havada olan gəzintilər vacib hesab olunur (uşağınızın yaşının 2 və ya 15 olmasından asılı olmayaraq).

İmmunitetin yüksəldilməsi üçün su ilə olan proseduralar da daxildir. Qısa müddət ərzində insan bədəninə soyuq su ilə təsir etmək onun xəstəlikdən müdafiə sistemini gücləndirir. Kontrast silinmə də yaxşı effekt verir: uşağın bədənini əvvəlcə soyuq suda, sonra isə isti suda isladılmış əsgi ilə silib daha sonra quru dəsmalla yaxşıca qurulayın. Belə silinmə 5 dəqiqəyədək davam edə bilər.

Kontrast duş (ilıq və soyuq suyun növbələnməsi) daha effektlidir. Həmçinin soyuq su ilə yuyunmaq və bundan dərhal sonra uşağın bədənini azca qizarana qədər quru dəsmalla sürtmək də olar. Əlbəttə ki, bu proseduralar ancaq sağlam və bir qədər böyük uşaqlara məsləhət olunur. Əgər uşaq soyuqlamışsa, sağlam deyisə, onu əvvəlcə müalicə etməli və yalnız bundan sonra tədricən və ehtiyatla bədənin möhkəmləndirilməsi üçün su ilə olan proseduralardan istifadə etmək lazımdır. Bu zaman uşağın orqanizminin uyğunlaşması məqsədi ilə suyun hərarətini tədricən azaltmaq (hər 4-5 gündə 1 dərəcə olmaqla) məsləhət olunur. Yaxşı nəticə verməsi üçün bədənin bu cür möhkəmləndirilməsini həmişə davam etdirmək lazımdır. Yalnız bu halda o, yaxşı nəticə verər.

Günəş vannaları uşaqların dərisində vitamin D və melaninin əmələ gəlməsinə səbəb olur ki, onlar da uşağın immun sisteminin yuksəlməsinə köməklik edirlər. Günün 9-11 saatları uşaqların günəş altında olmaları üçün daha məsləhətli vaxtlar hesab olunur. Günəş altında olan gəzintilər ilk olaraq bir neçə dəqiqədən başlayaraq sonrakı günlərdə tədricən artırılmalıdır.

İmmunitetin yüksəldilməsi üçün dərman preparatları

İmmunitetin yüksəldilməsi üçün yalnız həkim tərəfindən məsləhət görülən xüsusi preparatlardan savayı, təbii əsaslara malik olan və orqanizmin müdafiə quvvəsini yaxşılaşdıran dərman preparatları da vardır. Jenşen (kökü), çin limonu (meyvələri, yarpaqları, zoğu), yapon heyvası, qırmızı radiola, eleyterokokk, exinaseya, propolis və s.

Təbii əsasa malik olan bütün preparatları fasilələrlə (məsələn, hər 3 həftəlik müalicədən sonra 2 həftə fasilə vermək) olmaqla xeyli müddət (bir neçə ay) ərzində (xüsusən də qış və yazda) qəbul edirlər (əlbəttə ki, həkimin məsləhətindən sonra). Bu preparatlardan hər birini qəbul etdikdən sonra yarım stəkan ilıq qaynanmış su içmək (preparatın yaxşı sorulması üçün) vacib hesab olunur.


Şərhlər: 8
Baxılıb: 1099
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nur k-off
uwagim yoxdur deye bilmerem inwAllah gelecekde olanda derem
5 may 2015 14:44
# 8
SVETA
Luna-90
Sarmisaq soku vermek immuniteti guclendirir istahani artirir.
5 may 2015 08:59
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
vipbetul
BUTUN QIDALAR INSAN ORQANIZMINE LAZIMDI
4 may 2015 23:23
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
Insallah gelecekde lazim olar
4 may 2015 20:24
# 5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
BARBI
Usagin imunitetini guclendirmekcun daim yediyini icdiyine diqqet yetirilmelidir
4 may 2015 19:43
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
İmmun sistemim güclüdü
4 may 2015 19:26
# 3
İçimi görsən mənə aptek alarsan.
Fialka
Uşağın imuniteti güclü olması üçün onun hər tərəfli inkişafını nəzarətdə saxlamaq lazımdır, yəni uşağın gündəlik vitamin tələbatı, yuxu rejimi, və s. bu kimi şeylərin qaydasında olması üçün diqqətli olmaq lazımdır).
4 may 2015 19:09
# 2
Tomris Müslümova
cox vacibdi bu...balaca olanda mende hemise zeyif olub immunitet
4 may 2015 19:03
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz