Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənizin sağlam böyüməyinə kömək edin
Körpənizin sağlam böyüməyinə kömək edin
Şərhlər: 12
Baxılıb: 2088
Səs ver:
Bütün psixoloqlar, həkimlər, müəllimlər və s. peşə sahibləri ana südü ilə qidalanan körpələrin masaj edilməsinin əhəmiyyətli olduğunu qeyd edirlər. Çox az valideyn tapılar ki, masajın körpəsinin inkişafında olan əvəzsiz faydasından xəbəri olmasın. Südəmər uşaqların masaj üçün lazım olan hər şeyi xəbərimizdə sizə təqdim edirik.

Masajın faydaları hansılardır?
Masaj – körpənin  fiziki və psixoloji inkişafını sürətləndirir və müxtəlif xəstəliklərin qarşısını almaqda kömək edir . Müasir elmi tədqiqatçılar masajın körpələrə müsbət təsiri olduğunu dəfələrlə sübut ediblər.

- Masaj körpə dərisində olan reseptorların köməyi ilə sinir sisteminin stimullaşdırılmasına və inkişaf etməsinə müsbət təsir edir.

- Masaj zamanı körpənin inkişafında rolu olan beyin sinir impulslarını aktivləşir.

- Masaj vaxtı körpənin inkişafı üçün vacib olan qan dövranı intensivləşməyə başlayır.

- Masaj körpə bədənindəki limfa axınını sürətləndirir və maddələr mübadiləsini tənzimləyir.

-Masaj sayəsində körpənin bədəni infeksiyalara qarşı müqavimət görtərə bilir. Sağlam inkişaf üçün bu da çox vacibdir.

- Masaj vaxtı uşaqlarda stress hormonları aşağı səviyyəyə düşür. Və boy inkişafı üçün lazım olan hormonlar fəaliyyətə keçir.  Əgər  müntəzəm masaj edilərsə, həmin körpədə aylıq çəki artımı və boy inkişafı mümkündür.

- Qarın masajı həzm sisteminin fəaliyyətinə kömək edir.

- Masaj vaxtı ana və körpə arasında emosional əlaqə daha güclü olur.

Pediatrlar ilk masajı yeni doğulmuş körpələrə əsasən həyatının ikinci və üçüncü həftəsindən başlamağı məsləhət görürlər. Vaxtından əvvəl doğulmuş, azçəkili, əmmək refleksi formalaşmamış, suni uşaq qidaları ilə qidalanan, raxitlik əlamətləri olan, təzyiqli uşaqlara, bir neçə xəstəliklə üzləşmiş körpələrə və inkişaf geriliyi olan körpələrə gündəlik masaj daha çox vacibdir.

Masaj üçün məhsulu necə seçək?
Körpə dərisi çox həssas və nazikdir. Ona görə də masaj məhz körpə yağları ilə edilməlidir.  Masaj üçün yağı seçmək göründüyü qədər asan deyil. Masaj yağını alarkən üzərində "Uşaqlar üçün” sözünə baxmaqla yanaşı, tərkibinə də diqqət edin. Çünki bir çox masaj yağlarının təkibinə sintetik yağlar, mineral yağlar, parafin, vazelin və s. daxil edilir.  Bu məhsulları uşaq yağına qatmaqla istehsalçılar malın daha ucuz satılmasını təmin etməyə çalışırlar. Lakin bu cür ucuzluq körpənin dərsində əks təsirini göstərə bilir. Sintetik tərkibli yağlar körpə dərisində nazik qat əmələ gətirir. Hansı ki, uşaq dərsinin nəfəs almasına mane olur və nəticədə allergiyaya səbəb olur. Ona görə də uşaqlara masaj yağı alarkən tərkibinə xüsusilə diqqət etmək lazımdır.

Bitki yağlarının tərkibində olan lipidin quruluşu insan dərisindəki lipidlərlə bənzər olduğu üçün bu tərkibdə kosmetik məhsullar və uşaq yağları istehsal edilir. Bitki yaları insan dərsində yağlı qat yaratmır və dərini yumuşaltmağa nail olur. Bu tərkibli masaj yağı almağınız daha uyğundur.


Şərhlər: 12
Baxılıb: 2088
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
arzum-aysum
men qizlarimin ikinisi de masaj etmişəm. bu usagin diresmeyine, yerimeyine, oturmagina cox yaxsi təsir edir. d vitamini ve küncüt yagi ile masaj edirdim cox vaxt. her cimizdirende de vannaya deniz duzu tokurdum. bu usagin sumukleri ucun cox xeyirdir
4 aprel 2015 23:16
# 12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
vipbetul
annelercin yaxsidi oxusunlar
4 aprel 2015 23:08
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
faydalandirici melumatlardi ama subaylardan usaga meni qeder yaxsi tapilmaz fikrimce 10-11 yasimnan usaq saxlamisam saxlayiramda usaqlara qarsi hessasam temizliklerinde qidalanmalarinda masaj da usaga vacibdir bir cox analar tekce usagin xesteliyi olanda masaj etdirirler ama usaga gundelik de masaj lazimdir..tesekkurler
4 aprel 2015 22:54
# 10
Turkan Abbasova
Olduqca etmeye calisiram.
4 aprel 2015 21:44
# 9
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Qlamurr
Analar üçün faydalı məsləhətlərdi,biz subaylarda gələcək üçün məlumatlanmış oluruq.
4 aprel 2015 21:15
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
WiRiN BaLaM
bilmirdim edecem daha
4 aprel 2015 20:44
# 7
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
KRALİCEM
Men qizimi her axsam masaj edirem onda rahat yatir
4 aprel 2015 20:15
# 6
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Mende masaj edenem usaqlarcun cox faydalidir her gun mutleq edilmelidir
4 aprel 2015 19:47
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
heleki etiyac yoxdu 7-8 ilden sonra oxuyaram 09
4 aprel 2015 19:42
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Masaj haqqında məlumatım var , müxtəlif növ yağlarla edirəm uşaqlara isə çox faydalıdır əsasəndə tez yeriməklərinə görə ayaqlarına edəndə)..
4 aprel 2015 19:30
# 3
Sara035
Masaf edirem,korpe yagi ile.Her bir qadina ana olmaq ve korpesinin qullugunda durmagini arzu edirem
4 aprel 2015 19:14
# 2
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Melissa
tskrler :)
4 aprel 2015 19:01
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz