Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda dəmir çatışmazlığının səbəbləri
Uşaqlarda dəmir çatışmazlığının səbəbləri
Şərhlər: 14
Baxılıb: 2525
Səs ver:
Narahatlıq, iştahsızlıq, halsızlıq və tez yorulma… Bunlar körpələrdə və uşaqlarda görülən dəmir çatışmazlığının ən əhəmiyyətli əlamətləri arasındadır. Bir çox xəstəliyə işarə edən dəmir çatışmazlığı zəka geriliyinin də səbəbləri arasında göstərilir. Mütəxəssislər ana südüylə bəslənməyən körpələrdə dəmir çatışmazlığının olduğunu söyləyir.

Qansızlığın hər yaşda ortaya çıxa bilən bir problem olduğunu, ancaq xüsusilə körpə və uşaqlıq çağında daha çox rast gəlindiyini ifadə edən həkimlər uşaqlarda dəmir çatışmazlığından qaynaqlanan problemlər və müalicə haqqında belə məlumat verir:

Dəmir çatışmazlığının əsas səbəbi körpənin ana südü ilə qidalanmaması və tərkibində dəmir az olan qidalarla qidalanmasıdır. Dəmir çatışmazlığı ilə əlaqədar anemiya yalnız fiziki narahatlıqlara səbəb olmur, eyni zamanda körpələrdə zəka səviyyəsinə də təsir edir. Buna görə də körpə və uşaqlarda tez-tez yaranan anemiyanın əlamətlərini yaxşı müşahidə etməsi və həkimə müraciət etməsi lazımdır.
Diqqətli olun
Südlə qidalanan uşaqlarda narahatlıq, davranış dəyişiklikləri, iştahsızlıq, yuxusuzluq kimi hallar görünür. Daha böyük uşaqlarda və yetkinliyə keçiş dövründə isə yorğunluq, halsızlıq, baş gicəllənməsi, baş ağrısı, tez yorulma və nəfəs darlığı kimi şikayətlər ortaya çıxır.

Dəmir çatışmazlığı anemiyası nədir?
Anemiya - qanda hemoqlobin konsentrasiyasının və ya qırmızı qan hüceyrələrinin sayının birlikdə və ya ayrı-ayrı normal dəyərlərinin azalmasından ibarət olan kliniki cədvəldir. Bu dəyərlərin azalması nəticəsində qanın oksigen daşıma tutumu və toxumalara gedən oksigen miqdarı azalar.

Körpələrdə və yetkinlərdə anemiyaya daha çox rast gəlinir

Uşaqlarda anemiyanın əmələ gəlməsində pəhrizin çox böyük əhəmiyyəti vardır. Pəhrizin ən əhəmiyyətli olduğu yaş qrupları 6 ay - 2 yaş arası və uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Böyüməyin çox sürətli olduğu bu iki dövrdə dəmiri az olan yeməklərlə qidalanma nəticəsində dəmir çatışmazlığı anemiyası əmələ gələ bilər. Adolesan (uşaqlıqdan yetkinliyə keçid dövrü) qızlarda adətən aybaşının nizamsız və çox olması da dəmir əskikliyinə səbəb olan bir faktordur. Qan istehsalında əhəmiyyətli rol oynayan digər iki qida faktoru B12 vitamini və fol turşusudur. Ancaq bu iki qidanın əskikliyinə bağlı anemiyalar uşaqlardakı dəmir əskikliyinə bağlı anemiya qədər çox görülmür. Yalnız pəhriz deyil, bəzi dərmanların istifadəsi də uşaqlarda anemiyaya səbəb olar. Uşaqlarda xroniki xəstəliklərin və tez-tez keçirilən infeksiyaların anemiyaya səbəb olduğu gerçəkdir.

Mütləq mütəxəssis yardımı alın

6 aylıq ikən aparılan təkrar qan araşdırmasında və ya müayinədə hemoqlobin, dəmir və ya ferritin səviyyələrinin azalması ilə diaqnoz qoyulur. Tədqiqatın nəticələrinə görə dəmirlə zəngin pəhriz və ya dəmir preparatları ilə müalicə planlaşdırılır.


Şərhlər: 14
Baxılıb: 2525
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Sukur bizde her sey yolundadi
13 aprel 2015 22:41
# 14
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
emis
Sitat: lariss
tewekkurler

deyesen saytin qaydalarindan xebersizsiz

demir catismamazligi tek usaqlara yox. boyuklerdede bezi adamlarda cavan insanlarda saclarda agarma da yaradir mualiece olunmaq lazimdir bu sebeblerini bilmirdim men usaqlara diqqet edecem tesekkurler
13 aprel 2015 17:21
# 13
gulka azeri
insallah balalrimiz sag saalamat boyuyer

men balaama d vitamini verirem Akvadetrim
13 aprel 2015 01:42
# 12
arzum-aysum
uşaqlarda var idi, demir preparati verdim. indi sukur yaxsidilar
12 aprel 2015 23:17
# 11
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
ILAHE_
Faydali melumatdi.
12 aprel 2015 22:44
# 10
cinqosh
indi qani normal usaq var ki? Hamisi ekologiyadandi.yediyimiz yemekler,meyveler,terevezler ve s. keyfiyyetli deyil axi?
fondaki qizi yeyerem eeey.nece de sirindi.tsk
12 aprel 2015 22:09
# 9
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
vipbetul
lazimli melumatdi
12 aprel 2015 21:57
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
SENSİZ
menim oqlumdada demir catismazdiqi var coxlu meyve yedizdirirem
12 aprel 2015 21:56
# 7
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
aliceWOnDer
Bədəndə dəmirin cox olmağı ucun alma yeməliyik
12 aprel 2015 20:43
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Uşaqların qidalanmasında diqqətli olmaq lazımdır, bu kimi xırdalıqlar nəzərdən qaçsa qeyd olunan xəstəliklər yarana bilər.
12 aprel 2015 20:33
# 5
Catwoman666
demir azligi rexit xesteliyine getirib cixardir ve basqa coox xestelikler yaranir bu haqqda melumatim var idi derslerimizden oyrenirik mektebde
12 aprel 2015 20:26
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nezka
Dəmir azlığı çox pis xəstəlklərə gətirib çıxardır
12 aprel 2015 20:12
# 3
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
Demir catiwmayan zaman sumuk xesteliyi yaranir. Mende de arada bir olur zeiflemek qidalarla temin edirem
12 aprel 2015 19:39
# 2
SVETA
BARBI
Demir eksikliyi cox onemli problemdi bir sira xesteliklere sebeb olur
12 aprel 2015 19:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz