Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çimdirməzdən əvvəl körpəyə qulluq
Çimdirməzdən əvvəl körpəyə qulluq
Şərhlər: 13
Baxılıb: 2324
Səs ver:
Çimmək dərini tərdən və tozdan təmizləyir, insanın bütün bədənini gümrahlaşdırır. Buna görə də körpəni bacardıqca hər gün və eyni vaxtlarda çimdirmək lazımdır. Uşağı çimdirmək üçün müəyyən saatlar ayırmalı və buna heç olmazsa, bir neçə ay əməl edilməlidir.

Rejimə öyrəşən uşaq daha sakit olur. Uşağı çimdirməyə başlamamışdan əvvəl bütün şeyləri hazırlamalı, ananın fikri yalnız uşaqda olmalıdır. Uşağı bir saniyə belə vannada tək qoymaq olmaz, məsələn, isti su və ya dəsmal gətirmək üçün onu qoyub getmək olmaz

Uşağın çimdirilmə qaydası onun yaşından asılıdır. Nə qədər ki, uşaq hələ özü oturmur və ayağa durmur, onun üzünü və gözlərini çimənə qədər bələmə stolunun üstündə yumaq olar. Bu vaxt onu bir əllə altdan tutmaq, o biri əl ilə isə üzünü su ilə yumaq lazımdır. Yumağa əvvəlcə gözlərindən başlamaq lazımdır. Uşağın üzünü yuduqda başqa iş görmək, onu tək qoymaq olmaz, çünki uşaq stoldan yıxıla bilər.

Uşağın gözlərinə qulluq
Əgər uşağın gözündə irin və ya çirk varsa, bu zaman ana çobanyastığı dəmləməsinə pambığı batırıb yavaş-yavaş göz qapaqlarının kənarını silməlidir.

Uşağın burnuna qulluq

Pambığı çobanyastığı dəmləməsinə batırıb xarici burun dəliklərini silmək lazımdır. Burunda hətta qaysaq olduqda belə uşağın burnuna pambığı salıb eşmək olmaz, bunlar uşaq asqırdıqda çıxacaqdır.

Uşağın qulaqlarına qulluq
Uşağın qulağını pambığı çobanyastığı dəmləməsinə və ya yağa batırıb silirlər. Qulağın bütün büküşlərini yaxşı silmək lazımdır. Qulağın büküşlərində həmişə çirk yığılır, xüsusən də tez-tez qusan uşaqlarda. Burun yollarını və qulağın içini eşib təmizləmək olmaz.

Uşağın baş dərisinə qulluq
Uşağı çimdirməmişdən qabaq başının dərisinə baxmaq lazımdır. Çox vaxt uşağın başı qabıq verir: bəzən tək-tək yerlərdə sarı qaysaq olur. Uşağı çimdirməzdən 1-2 saat əvvəl başına yağ çəkmək va ya vazelin sürtülmüş parça qoyub yaylıqla bağlamaq olar. Uşağı çimdirməmişdən qabaq parçanı götürüb başını arxadan tutub saçını sıx daraqla darayırlar. Çimdirəndə uşağın başını yaxşı sabunlayırlar, onda daraqla təmizlənməyən qaysağın bir hissəsi təmizlənir. Bu da kömək etməzsə, həkimə müraciət etmək lazımdır.

Uşağın dırnaqlarına qulluq
Uşağın dırnaqlarını onu çimdirməmişdən qabaq tutmaq olar. Südəmər uşağın dırnaqlarını hər 2-3 gündən bir tutmaq lazımdır. Dırnaqları tutub qurtardıqdan sonra hamarlığını barmağın ucu ilə yoxlamaq lazımdır, yoxsa uşaq üzünü cıra bilər. Əllərin dırnaqlarını qövs şəklində ayaq dırnaqlarını isə düz tutmaq lazımdır ki, onların küncləri çıxsın. Belə etdikdə dırnaq "ətə girməz”. Uşaq özünü rahat aparmadıqda onu əvvəlcə çimdirmək və yedirtmək, sonra dırnağını tutmaq lazımdır. Çünki uşaqlar çimdikdən və yedikdən sonra dırnağını tutmağaşərait yaradırlar.


Şərhlər: 13
Baxılıb: 2324
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Seher
Men hec vaxt tek cimizdire bilmerem biz 2 nefer zornan cimizdiririk
5 sentyabr 2015 20:37
# 13
1
emis
usaqlari bir cimizdirmeye razi sala bilmisdim evvelceden qulluq qalmisdi ele))) hec cur mumkun deyil gerek aglada aglada cimizdiresen bunlari menim ucun cox prablemdi tesekkurler
31 mart 2015 15:40
# 12
ece uslu
oyrenek gelecekde lazim olar
30 mart 2015 23:50
# 11
arzum-aysum
bunların hamisini bilirəm. iki defe bu yolu kecmisem. men usaqlarin dərisini temiz günəbaxan yagi ile temizleyirdim. amma Arzuda bir sehf etmişəm. burnuna henise yag qoyub sonra da burda qeyd edildiyi kimi esirdim 122 usagin burnun yekeltmisem ciyy amma Aysu da o sehfi eləmədim 28
30 mart 2015 23:45
# 10
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
vipbetul
usaqlarcin qulluq lazimdi
30 mart 2015 23:20
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
NERGIZ LOVE
Bilirem.bilmiyenlere ela xeberdi
30 mart 2015 23:07
# 8
SENI EBEDI QELBIME YAZDIM///
Luna-90
Bu periodlari kecmisik
30 mart 2015 21:22
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
lelos
Cox faydali meslehetlerdi gelecekde lazim olar.tesekkurler
30 mart 2015 20:43
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
BARBI
Bele melumatlar cox faydalidir gelecekde usagimiz olanda bele seyler cox lazim olacaq
30 mart 2015 20:34
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
Temizlik usağa lazımdı
30 mart 2015 20:29
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Tomris Müslümova
bacim oglunun dirnaqlarini sexsen ozum kesirem 01
30 mart 2015 19:29
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Körpənin gigiyenik təmizliyi vacibdir.
30 mart 2015 19:17
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Faydalı məlumatlardı, gələcək üçün məlumatlanmış oluruq təşəkkürlər.
30 mart 2015 19:15
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz