Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpə qidasında duz
Körpə qidasında duz
Şərhlər: 13
Baxılıb: 1002
Səs ver:
Valideynlərin etdikləri ən böyük səhvlərdən biri, heç şübhəsiz, uşaqlarına duzlu qidalar yedirtmək olur. Təəssüf ki, araşdırmalar zamanı müşahidə olunmuşdur ki, Türkiyədə uşaqların çoxuna tövsiyə edilən gündəlik miqdarın 2 misli qədər duz istifadə etdilir. Duz insan bədənində maye elektrolit balansı ilə sinir ötürülməsi təmin edilməsində və əzələlərin fəaliyyətində mühüm funksiyanı boynuna götürən bir mineraldır. Xüsusilə yodlu duz uşaqların zehni və beyin inkişafı ilə yanaşı fiziki böyümə və inkişafında olduqca əhəmiyyətli olan trioit hormonun istehsalı üçün lazımdır. Bu səbəbdən böyüklər kimi uşaqların da duz qəbul etmələri lazımdır, ancaq minimum miqdarda! Acıbadem Fulya Xəstəxanası Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Demet Matben əks halda duzun fayda təmin etmək yerinə uşaqların sağlamlığını ciddi ölçülərdə təhdid etdiyinə diqqət çəkərək, "Çox duz istifadəsi böyrəyin işini artırır və yüksək təzyiqə yol açır. Bunun nəticəsində uşaqların ürək-damar ilə böyrək xəstəlikləriylə erkən yaşda tanış olmalarına səbəb olur. Hətta bu problemlər uşaqlıq çağında belə inkişaf edə bilir" deyir.

1 yaşına qədər duz qadağandır!

Edilən araşdırmalara görə ölkəmizdə valideynlərin 60 faizi uşaqlarına 1 yaşından əvvəl böyüklər üçün edilən duzlu və tomatlı yeməklərdən daddırmaq kimi son dərəcə səhv bir addım atırlar.

1 yaşı tamam olanadək  körpənin duza ehtiyacı yoxdur və sağlamlığı üçün də qətiyyən verilməməsi lazımdır. Çünki bu dövr həddindən artıq natrium, yəni duz istehlakına bağlı irəli yaşlarda inkişaf edən təzyiq xəstəliyi cəhətdən təyinedici bir dövr olur.Bunun səbəbi isə odur ki, 1 yaşdan kiçik uşaqların böyrək funksiyaları tam inkişaf etmədiyi üçün yüksək duz və elektrolit yükünü kifayət qədər tarazlaya bilmir. Bunun nəticəsində də böyrəyə həddindən artıq yük düşür. Dr.Demet Matben 6 aya qədər ana südündəki, daha sonra da qatı qidalardakı qidaların içindəki duz miqdarının körpə üçün kafi olduğunu vurğulayıb.

Yüksək təzyiq

ABŞ-da bir təcrübə aparılmışdır. Bir sıra uşaqları doğumundan etibarən 15 yaşına qədər izləmişlər və təcrübə zamanə müəyyən edilmişdir ki, qan təzyiqi olan uşaqlar bir yaına qədərki dönəmində çox duz qəbul edən uşaqlardır. Duzu yüksək miqdarda qəbul etdikləri üçün yetkinlik yaşında onlar artıq təzyiq xəstəliyi ilə üzləşməli olurlar. Bunun nəticəsində isə uşaqlarda yetkin yaşlarda ürək böhranı və iflic keçirmə riski artmaqla yanaşı mədə xərçəngi və sümük əriməsi (osteoporoz) də meydana gələ bilir. Hətta astma əlamətləri də şiddətlənir.

İştahı yoxdursa, həlli yeməklərə duz əlavə etməkdə axtarmayın.

Uşaq yemək yeməkdə problem yaşayırsa və bu problemi duz əlavə etməklə həll edəcəyiniz düşünürsüzsə ,yanılırsınız. Dr.Demet Matben körpələrin hələ duz dadını bilmədiyi üçün duzsuz dadı olduğu kimi qəbul etdiklərini bildirib. "Bundan əlavə damaq dadı ilk 2 ildə inkişaf etdiyi üçün siz körpənizə yeməyi duzlu təqdim etsəniz, irəli yaşlarda duzu çox istifadə edəcək", xəbərdarlığını etdi.

Diqqət! Şəkərli qidaların içində belə duz var!

Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Demet Matben duz qəbulu ilə əlaqədar qarşılaşılan ən əhəmiyyətli problemin duzun uşaqların ən sevdiyi qidalarda olması olduğunu ifadə edir. Məsələn, hazır hamburger uşağın gündəlik ehtiyacının 2 qatından çox duz almasına səbəb olur. Eyni zamanda çörək, pizza, kolbasa, hazır şorba, cips və çərəzlərdə də çox duz olur. Hətta nahar yeməkləri, biskvit, pudinq ilə isti şokolad kimi şəkərli qidalarda da yüksək miqdarda duz olur.

Uşağınızın duza olan tələbatını azaltma yolları

Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Demet Matben uşaqlarda duza olan tələbatının azaltma yollarını vurğuladı.

- 1 yaşına qədər yeməklərinə süfrə duzu vurmayın.

- Körpənizə öz yeməyinizin suyundan yedirməyin. Çünki o yeməkdə duz çoxdur.

-  Kolbasa və hazır şorba kimi işlənmiş məhsullardan, zeytun və pendir və turşulardan uzaq durun.

- Şəkərli biskvit, kraker ilə qatqı və qoruyucu ehtiva edən qidaları verməyin.

- Hazır qidaların natrium miqdarına nəzarət edin.

- Təzə və duz əlavə edilməmiş qidaları seçin.

-  Süfrədə duz qabı istifadə etməyin. Bu sayədə duz istehlakını 15 faiz azaltmış olarsınız.

- Ədviyyat, cəfəri, nanə, kəklikotu və reyhanı duz əvəzinə istifadə edin.

- Tərəvəz və meyvəni təbii olaraq verin. Çünki qurudulmuş və ya konservləşdirilmiş tərəvəz və meyvələrdə daha çox duz olur.

- Həftədə 4-5 boşqab quru paxlalı qidalar verməyə diqqət edin.

- Tərkibində duz olduğu üçün üçün qazlı içkilər əvəzinə su və ya təzə meyvə verin.

Gündə nə qədər duz qəbul etməli?

1 yemək qaşığı 6 qram duz deməkdir.

 Uşağınıza 0-6 aylığında 1 qramdan az, 7-12 aylığında 1 qram, 1-3 yaşında 2 qram, 4-6 yaşında 3 qram (yarım çay qaşığı) duz verə bilərsiniz.


Şərhlər: 13
Baxılıb: 1002
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Körpə nə bilir ki,duzun dadını valideyn özü öyrədir, sonra da uşağa duzsuz yemək verəndə uşaq da yemir.Ən yaxşısı uşağa ayrı yemək bişirmək lazımdı.
12 aprel 2015 11:44
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
gulka azeri
mende balama yemek bisirerken duz atmirdim.ve o oyrewmiwdi qewengce yeyirdi ancaq NENESi imkan vermezki isdediyim kimi boyudem,duz da tokurdu yemeyine yag da ozu de az yox boyuk adam kimi,ne deyrem olmaz vermek sanki menim acigima ziyanli weyler verir,kolbasa turwu suxarikler wokolat ve hetta wampan vermeye cehd etdi bugun qoymadim onu,usagi nene baba yaninda boyutmeyesen offf
12 aprel 2015 02:08
# 12
emis
sef elemiremse bele bir xeber olmusdu saytda ya men yaniliram tanis geldi) korpeye duz tebii ki ziyanlidi ama bezi valideynler bunu anlamir ta da duzu elden qoyur duz tek usaq ucun deyil boyuklerin ozunde ne qeder ziyandi boyreklerin evini ele duz yixir dana
11 aprel 2015 22:40
# 11
Catwoman666
duz ziyan deyil. lakin normadan artiq qebul etmek ziyandi!
11 aprel 2015 22:09
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Korpelere duzlu qida qetiyyen olmaz her bir maddenin bitkinin meyvenin terkibinde kifayet qeder duz var ona gore duz istifadesine ehtiyac yoxdur
11 aprel 2015 20:52
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
usaqlar indi duzlu yemekleri xosluyur
11 aprel 2015 20:32
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Duz nəinki körpələrə eyni zamanda böyüklərə də ziyandı çalışıb duzdan az istifadə etmək lazımdır, birdə uşağın şəkərə olan tələbatını təbii yəni meyvələrdə olan şəkərdən də əldə etmək olar..
11 aprel 2015 20:11
# 7
aliceWOnDer
Boyuklərə belə artıq duz ziyandı amma duz olmasa olmazdı
11 aprel 2015 19:57
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
talis balasi
Cox faydali xeber idi tesekkur edirem
11 aprel 2015 19:46
# 5
Tomris Müslümova
ziyanlidi axi...mende cox duzlu svirem
11 aprel 2015 19:42
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
Duzlu ziyandi amma wit olandada dadi olmur mecburr duz tokuruk
11 aprel 2015 19:16
# 3
SVETA
arzum-aysum
son vaxtlar yemekleri yaman duzlu edirem, hami şikayət edir.
bele seyleri ise men atamla meslehetlesirem, usaq hekimi oldugu ucun
11 aprel 2015 19:14
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Nezka
Çox duz ziyandı ancaq mən yeməyin dadına baxmamış duz tökürəm
11 aprel 2015 19:08
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz